İmamoğlu barəsində "casusluq işi" üzrə ittiham aktı hazırlanıb .....                        Bakıda saxlanılan Rusiya vətəndaşı barədə qərar verilib .....                        Bakıda saxlanılan Rusiya vətəndaşı barədə qərar verilib .....                        Ermənistanın Baş naziri: "Sülh hər kəsə lazımdır" .....                        Paşinyan: "Ermənistan və Azərbaycan münaqişə dövrünü geridə qoyublar" .....                        Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq .....                        Bakıda soyuq havada küçədə qalanlara necə dəstək göstərilir? .....                        Bu mükafatı almaq mənim üçün böyük şərəfdir - Prezident .....                        Prokurorluq qardaşı uşaqlarını baltalayan əminin ölümünü araşdırır .....                       
Tarix : 16-09-2019, 13:21
Azərbaycan ən çox hansı ölkələrə mal satır?
2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 177 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. 107 ölkəyə məhsul ixrac olunub, 164 ölkədən idxal edilib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
2019-cu ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 19932,8 milyon ABŞ dolları, o cümlədən, ixracın dəyəri 11499,1 milyon dollar, idxalın dəyəri 8433,7 milyon dollar təşkil edib. Nəticədə 3065,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə, xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 14,0 faiz, real ifadədə isə 6,0 faiz, o cümlədən idxal 15,6 faiz, ixrac 1,2 faiz artıb.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 30,1 faizini İtaliyaya, 12,2 faizini Türkiyəyə, 6,1 faizini İsrailə, hər biri 5,6 faiz olmaqla Hindistan və Çinə, 4,9 faizini Almaniyaya, 3,8 faizini İspaniyaya, hər biri 3,4 faiz olmaqla Rusiya və Çexiyaya, 3,3 faizini Fransaya, 3,1 faizini Gürcüstana, 2,4 faizini Portuqaliyaya, 2,2 faizini Ukraynaya, 13,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 14,1 faizi İsveçrə, 14,0 faizi Rusiya, 9,7 faizi Türkiyə, 8,6 faizi Çin, 6,7 faizi ABŞ, 4,8 faizi Almaniya, 4,6 faizi Kanada, 3,8 faizi İran, 3,5 faizi Avstraliya, 3,1 faizi Ukrayna, 2,6 faizi İtaliya, 2,0 faizi Fransa, 1,7 faizi Qazaxıstan, 20,8 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
Ölkədən 1133,0 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilib ki, bu da 2018-ci ilin yanvar-iyul aylarına nisbətən faktiki qiymətlərlə 17,0 faiz, real ifadədə isə 12,8 faiz çoxdur.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,9 faiz), Türkiyəyə (22,2 faiz), Gürcüstana (8,9 faiz), İsveçrəyə (7,8 faiz), İtaliyaya (2,9 faiz), Ukraynaya (2,2 faiz), Yunanıstana (2,1 faiz), Çinə (1,7 faiz), İrana (1,6 faiz) və Niderlanda (1,3 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
Təzə meyvə ixracı 26,2 faiz, təzə tərəvəz – 1,0 faiz, şəkər – 49,2 faiz, tütün – 1,9 dəfə, meyvə və tərəvəz şirələri – 36,3 faiz, çay – 2,2 faiz, meyvə və tərəvəz konservləri – 6,4 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 33,5 faiz, pambıq lifi – 2,0 dəfə, pambıq ipliyi – 43,0 faiz, emal olunmamış alüminium – 6,2 faiz, qara metallardan yarımfabrikatlar – 39,5 faiz, bentonit gili – 5,2 faiz artmış, kartof ixracı isə 7,4 faiz, bitki yağları – 33,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 20,7 faiz, polietilen – 1,1 faiz, qara metallardan borular – 82,5 faiz azalıb.
2019-cu ilin yanvar-iyul aylarında buğda idxalı 9,2 faiz, təzə meyvə – 5,1 faiz, xam şəkər və şəkər – 1,6 dəfə, kərə yağı, digər süd yağları və pastaları – 2,4 faiz, kartof – 14,1 faiz, quş əti və onun əlavə məhsulları – 14,7 faiz, mal əti – 14,7 faiz, təzə tərəvəz – 39,7 faiz, minik avtomobilləri – 2,0 dəfə, polad prokatı – 21,2 faiz, mineral gübrələr – 18,6 faiz, hesablama maşınları, blok və qurğuları – 29,2 faiz, rezin şinlər – 10,1 faiz, məişət kondisionerləri – 1,8 dəfə, mebellər – 6,1 faiz, polietilen – 21,7 faiz, yük avtomobilləri – 1,7 dəfə, paltaryuyan maşınlar – 9,0 faiz, qara metallardan künclüklər – 11,9 faiz, avtobuslar – 2,0 dəfə artmış, bitki yağı idxalı isə 5,5 faiz, siqaret – 44,5 faiz, çay – 1,5 faiz, qara metallardan borular – 9,8 faiz, qara metallardan çubuqlar – 11,6 faiz, sement və sement klinkerləri – 20,9 faiz, məişət soyuducuları – 19,4 faiz azalıb.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!