Rubinyandan sərt cavab: Solovyov itdir! .....                        İranda saxlanılan etirazçı edam ediləcək .....                        Deputat öz yerinə onu təyin etdi .....                        Ermənistan Solovyova görə Rusiyaya nota verdi .....                        Xüsusi icra məmurlarının xidmət haqqının ödənilməsi qaydası təsdiqləndi .....                        İrandakı bu etirazçılar çərşənbə günü EDAM EDİLƏCƏK .....                        Yeni gömrük yığımları tətbiq ediləcək .....                        Xaricdə təhsil üçün universitetlərin siyahısı AÇIQLANDI .....                        Kuba lideri Trampa cavab verdi .....                       
Tarix : 25-11-2019, 11:08
Naxçıvana ayrılan dotasiya azaldılır

“Gələn il üçün Milli Məclisin xərclərinin 1,9 milyon manat artırılması təklif edilir”.
Butov.az-ın “Report”a istinadən məlumatına görə, bunu parlamentin bu gün keçirilən plenar iclasında, “2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Bundan başqa, onun sözlərinə görə, Naxçıvan MR-dan da hökumətə müraciət daxil olub: “Həmin müraciətə əsasən, bölgənin gəlir potensialının 19 milyon manat artırılması bura dotasiyanın eyni məbləğdə azaldılmasına imkan yaradır. Qənaət edilmiş 19 milyon manatın isə dövlət büdcəsi kəsirinin azaldılmasına yönəldilməsi təklif olunur. Bu zaman muxtar respublikanın büdcəsinin gəlir və xərcləri dəyişməz olaraq 482 milyon manat səviyyəsində qalacaq”.
S. Şərifov həmçinin deyib ki, aparılacaq dəyişiklik nəticəsində 2020-ci ilin icmal büdcəsinin gəlir və xərcləri təqdim olunmuş layihədəki kimi müvafiq olaraq 27,552 milyard manat və 29,488 milyard manat səviyyəsində nəzərdə tutulub: “İcmal büdcənin kəsiri isə 19 milyon azaldılaraq 1,936 milyard manat təşkil edəcək. Dövlət büdcəsnin gəlirləri isə təqdim olunmuş səviyyədə, yəni 24 134,5 millyon manat, xərcləri isə 19 milyon manat azaldılaraq 26 894,7 milyon manat, kəsri isə 19 milyon manat azaldılaraq 1 876 milyon manat təşkil edəcək. Bunları nəzərə alaraq, təqlim olunmuş 2020-ci il dövlət büdcəsi layihəsində düzəlişlərin edilməsinə ehtiyac yaranır. Təklif edirik ki, bu təkliflər qəbul edildiyi təqdirdə qanun layihəsinin 7.1, 7.3, 7.7 və 7.12 maddələrində müvafiq dəyişikliklər öz əksini tapsın”.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!