Azərbaycanda sükut günüdür .....                        Təyyarə qəzasında həlak olanlardan biri bu universitetin tələbəsidir .....                        Təyyarə qəzası ilə bağlı birgə məlumat .....                        Ərdoğan İlham Əliyevə məktub göndərdi .....                        Təyyarə iki dəfə dövrə vurub, üçüncüdə yerə çırpılıb .....                        "Səkkiz nəfər getmişdilər, ikisindən xəbər var" - VİDEO .....                        Yazıçılar Birliyində kitab təqdimatı .....                        Türkiyədə klub prezidenti istefa verdi .....                        Nazirlər yaralı azərbaycanlılara baş çəkdilər .....                       
Tarix : 24-02-2020, 09:00
İranda yayılan koronavirusun Azərbaycanın turizm bazarına necə təsir göstərəcəyi açıqlandı
Dövlət Turizm Agentliyi (DTA) İranda koronavirusun yayılmasının iki ölkə arasındakı vəziyyətə turizm baxımdan hansı formada təsir göstərəcəyini açıqlayıb.
Butov.az xəbər verir ki, Agentliyin mətbuat katibi Kənan Quluzadə Trend-ə açıqlamasdında bildirib ki, hazırda koronavirusla əlaqədar dünya turizmi krizis mərhələsini keçir:
“Buna görə də hazırkı vəziyyət yalnız milli səviyyədə verilən qərarlardan asılı olmur. Bu, həm də insanların psixoloji durumundan asılıdır. Dünyada bir çox insanlar öz səfərlərini ləğv edir və səfərlərə daha ehtiyatlı yanaşırlar. Dünyanın bir çox ölkələrində hətta irimiqyaslı tədbirlər də təxirə salınır. Əlbəttə ki, bütün bunlar ümumi mənzərəyə mənfi təsir göstərir”.
K.Quluzadə qeyd edib ki, turizm bazarındakı qlobal krisiz Azərbaycanın turizm bazarına da təsir göstərə bilər.
O əlavə edib ki, DTA-nın hazırda turizmlə bağlı atdığı atddımlar və verdiyi proqnozlar iki faktordan asılıdır.
DTA rəsmisinin sözlərinə görə, bu, həm dünyada baş verən qlobal vəziyyətdən, həm də Azərbaycanın sərhəd-keçid məntəqələrində rejimə cavabdeh olan dövlət strukturlarının qərarlarından asılıdır:
“Biz əlbəttə ki, taktiki gedişlərimizi digər dövlət strukturlarının addımları ilə uyğunlaşdırırıq. Situasiyanın qəlizliyi həm də ondan ibarətdir ki, vəziyyət hər gün mənfiyə doğru dəyişir. Amma biz ümid edirik ki, yaxın zamanlarda dünyadakı qlobal vəziyyət dəyişəcək və bu virus yox olduqdan sonra dünya turizmi normal vəziyyətinə geri qayıdacaq, Azərbaycanın da bu il turizmlə bağlı gözləntiləri, planları yenidən aktiv surətdə həyata keçiriləcək”.
Koronavirusun Novruz bayramında ölkəmizə İrandan gələcək turistlərin sayına hansı formada təsir göstərəcəyinə gəldikdə, K.Quluzadə bununla bağlı fərqli proqnozlarının olduğunu söyləyib:
“Çünki sərhəd açıq qalarsa, bu, başqa vəziyyətin, sərhəd bağlı qalarsa, bu, tamam başqa vəziyyətin yaranmasına səbəb olacaq. Biz həmin bu qərarlardan asılı olaraq, biləcəyik ki, turizmlə bağlı hansı konkret addımları ata biləcəyik”.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!