Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                       
Tarix : 8-12-2020, 16:19
“8 Noyabr” metro stansiyasında son tamamlama işləri görülür
Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası Zəfər günü münasibətilə “8 Noyabr” adlanacaq. Hazırda həmin stansiyada son tamamlanma işləri görülür.

Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, stansiyanın ətrafında yerləşən yolun tikintisi və istifadəyə verilməsi başa çatdırılıb. “Bənövşəyi xətt”ə mənsub olan, ümumi uzunluğu 167 metr təşkil edən bu metro stansiyada bəzi yeniliklər mövcuddur. Belə ki, sərnişinlər stansiyaya giriş zamanı həm pilləkənlərdən, həm də eskalatordan istifadə edə biləcəklər.

Bu metro stansiyanı fərqləndirən bir cəhət də ondan ibarətdir ki, qatarların hərəkət zamanı bir istiqamətdən digərinə keçə bilməsi üçün keçid olacaq. Bu da qatarların hərəkətində intensivliyin artmasına və qatarların sayının artırılması şərait yaradacaq.

Yeni metro stansiyası 3 səviyyədən ibarətdir, texniki səviyyədə elektrik təchizatı, havalandırma, işarəvermə, rabitə və digər stansiya avadanlıqları yerləşir. Keçid xarakterli bu səviyyədən sərnişinlər eskalator və pilləkənlə vestibülə enəcəklər. Buradan qatarların hərəkət edəcəyi platforma səviyyəsinə pilləkən və eskalatorlarla keçid mümkündür. Ümumiyyətlə stansiyada çıxışlarla birlikdə sərnişinlərin səviyyədən-səviyyəyə paylaşması 17 eskalatorla həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsünə əsasən, Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası Zəfər günü münasibətilə “8 Noyabr” adlandırılıb.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!