İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                       
Tarix : 22-02-2022, 12:11
Zəngəzur dəhlizinin açılması regionda iqtisadi inteqrasiyanın genişləndirilməsi imkanları yarada bilər - Orxan Məmmədov

Qarabağ bölgəsinin 30 ilə yaxın müddətdə davam etmiş erməni işğalından azad edilməsi ilə yaranan yeni reallıqlar, o cümlədən kommunikasiyaların açılması və Zəngəzur dəhlizinin fəaliyyətə başlaması regionda əməkdaşlığın və iqtisadi inteqrasiyasının genişləndirilməsi üçün imkanlar yarada bilər.

Butov.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Avropa İttifaqının dəstəyi ilə həyata keçirilmiş “Daha əlverişli KOB mühitinin yaradılması və rəqabət qabiliyyətinin artırılmasında Azərbaycan Hökumətinə dəstək” və “Azərbaycanın kənd yerlərində sahibkarlığın inkişafına dəstək” texniki yardım layihələrinin tamamlanmasına həsr olunan tədbirdə KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O.Məmmədov qeyd edib ki, bu xüsusilə, post-pandemiya dövründə iqtisadiyyatların bərpası və davamlı artım tempinin təmin edilməsi baxandan da əhəmiyyətlidir.

"Qeyd etmək istərdim ki, ötən illər ərzində Azərbaycan Hökuməti tərəfindən milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, ölkədə investisiya və biznes mühitinin daha da təkmilləşdirilməsi, kiçik və orta biznesin inkişafının stimullaşdırılması, bütövlükdə dayanıqlı inkişafın təşviqi istiqamətində strateji islahatlar və konkret tədbirlər həyata keçirilmişdir. Pandemiyanın yaratdığı neqativ təsirlərə baxmayaraq, artıq 2021-ci ildə ölkədə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 7,2 faiz, neft-qaz sektorunda isə 1,8 faiz artmışdır.

Əksər iqtisadiyyatlarda olduğu kimi, Azərbaycanda da mikro, kiçik və orta sahibkarlıq subyektləri ölkədə fəaliyyət göstərən bizneslərin böyük hissəsini təşkil edir. Bu baxımdan, ölkənin dayanıqlı inkişafı kiçik və orta biznesin inkişaf səviyyəsi ilə sıx bağlıdır. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi özünün hədəf seqmentləri olan startap, mikro, kiçik və orta sahibkarlıq üzrə biznesin yaradılmasından başlayaraq, onun fəaliyyətinin bütün mərhələlərində müxtəlif vasitələrlə onlara dəstək göstərməklə, dövlət qurumları ilə KOB subyektləri arasında körpü rolunu oynamaqdadır",- KOBİA sədri bildirib.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!