“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
Tarix : 6-05-2022, 12:34
Eyni istifadəçilər tərəfindən Şuşaya müxtəlif şəxslərin adına biletlərin alınması halı aşkarlanıb
Sosial şəbəkələrdə bəzi turizm şirkətlərinin Bakı–Şuşa istiqamətində turlar təşkil etməsi ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti araşdırma aparıb.

Butov.az xəbər verir ki, Nazirlikdən AZƏRTAC-a bildirilib ki, aprelin 26-da Şuşa və Ağdam istiqamətində müntəzəm avtobus reyslərinə may ayı üzrə biletlər satışa çıxarılandan sonra bir neçə şəxs Əhmədbəyli–Şuşa–Əhmədbəyli reysinə müxtəlif şəxslərin adına müxtəlif tarixlərə, lakin qrup şəklində biletlər alıb. Araşdırma nəticəsində həmin istifadəçilərin kimliyi müəyyən edilib və onlar Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə dəvət olunublar. Həmin şəxslər etiraf ediblər ki, sosial şəbəkələrdə Şuşaya turların təşkil edilməsi ilə bağlı elanlar yerləşdirərək, əvvəlcədən vətəndaşlardan şəxsiyyət vəsiqələrinin surətlərini alıblar. Biletlər satışa çıxarılandan sonra möhtəkirlər şəxsiyyət vəsiqələrinin surətlərini onlara təqdim edən bir neçə nəfərin adına “www.yolumuzqarabaga.az” saytı üzərindən Əhmədbəyli–Şuşa–Əhmədbəyli reysinə birbaşa vətəndaşların adına biletlər əldə ediblər. Bakıdan Əhmədbəyli istiqamətinə xüsusi avtobus reysi təşkil edərək bilet aldıqları vətəndaşları həmin ərazidə Əhmədbəyli–Şuşa–Əhmədbəyli müntəzəm marşrutu üzrə hərəkət edən avtobusa transfer edirlər. Onlara belə fəaliyyəti birmənalı dayandırmaları haqqında ciddi xəbərdarlıq edilib. Artıq həmin elanlar şirkətlərin sosial şəbəkə hesablarından silinib.

Məlumat üçün bildiririk ki, biletləri kimlərinsə alması və daha sonra digər şəxslərə satması və ya ötürməsi mümkün deyil. Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlər alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil. Onu da qeyd edək ki, bilet sistemi müvafiq dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya edilib və sərnişinlərə biletlə birlikdə işğaldan azad olunmuş ərazilərə giriş icazəsi də verilir. Bu icazə yalnız bilet almış şəxs üçün keçərlidir və ötürülməsi mümkün deyil.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti vətəndaşlara tövsiyə edir ki, belə elanları ciddi qəbul etməsinlər, öz sənədlərini elanlarda gördükləri əlaqə vasitələrinə göndərməsinlər və biletlərin alınmasını heç kimə əlavə vəsait ödəmədən özləri həyata keçirsinlər. Vətəndaşlar qanunsuz bilet satışı halları ilə rastlaşarlarsa, bu barədə [email protected] elektron poçt ünvanı, https://www.facebook.com/AzDANX rəsmi feysbuk ünvanı və (+99412) 566-52-58 telefon nömrəsi vasitəsilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, may ayından etibarən Bakı–Şuşa–Bakı istiqamətində həftədə 3 dəfə deyil, 4 dəfə – cümə axşamı, cümə, şənbə və bazar günləri reyslər həyata keçirilir.

Əhmədbəyli–Şuşa–Əhmədbəyli istiqamətində isə həftənin 3 günü – bazar ertəsi, çərşənbə axşamı, çərşənbə günləri səfər etmək mümkündür. Beləliklə, həftənin bütün günləri Şuşa istiqamətində reyslər təşkil olunur.

Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və məlumat bazasının formalaşdırılması, eləcə də şəffaflığın və rahatlığın təmin edilməsi məqsədilə marşrut xətləri üzrə bilet satışı yalnız “www.yolumuzqarabaga.az” portalı üzərindən onlayn qaydada həyata keçirilir.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!