Pakistan Taliban liderini öldürüb? .....                        Nəzrinin ölümünə görə həbs olunan həkimə hökm oxundu .....                        Tramp administrasiyası Nobel qərarından qəzəblidir .....                        İrəvanla Bakı “3+3” formatı ilə bağlı razılığa gəlməlidir .....                        Oqtay Şirəliyevin yerinə YENİ TƏYİNAT .....                        AZAL təyyarəsinin qəzası ilə bağlı istintaq başa çatır - Putin .....                        Azərbaycan və Ermənistan deputatları İstanbulda görüşəcək? - AÇIQLAMA .....                        Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vuruldu .....                        Abşeronda qətl - 60 yaşlı kişi öldürüldü .....                       
Tarix : 31-05-2022, 15:51
SOCAR-dan benzinin bahalaşması ilə bağlı açıqlama

Son vaxtlar ölkədə "A-95 PREMİUM" markalı avtomobil benzininin satışında məhdudiyyətlərin olması və yaxın zamanlarda qiymətinin bahalaşması ilə bağlı məlumatlar yayılır.

Butov.az xəbər verir ki, məsələ ilə bağlı SOCAR-ın İctimaiyyətlə əlaqələr və Kommunikasiya xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq yayılan məlumatların doğru olmadığı bildirilib.

Qeyd edilib ki, heç bir məhdudiyyətdən, bahalaşmadan söhbət belə gedə bilməz:

"Çox güman ki, məhdudiyyət hər hansı yanacaqdoldurma məntəqəsində yaranmış texniki problemlə bağlı olub".

Qeyd edilib ki, ölkəmizdə fəaliyyət göstərən bütün "SOCAR" brendli yanacaqdoldurma məntəqələrində, eyni zamanda Siyəzəndə fəaliyyət göstərən hər iki YDM-də A-92 və digər yanacaq növlərinin satışı ilə bağlı heç bir çətinlik yoxdur.

Rəsmi məlumata görə, hazırda qeyd olunan yanacaq növünün satışı fasiləsiz olaraq həyata keçirilir.

Qeyd edək ki, neft məhsullarının topdan satışının həyata keçirilməsi, qəbulu və saxlanılması məqsədilə Bakı şəhərində və respublikamızın digər bölgələrində “SOCAR PETROLEUM” QSC-yə məxsus neft terminalı bazaları (NTB) fəaliyyət göstərir. Respublika üzrə bunlar 11 ədəddir. Qeyd olunan NTB-lərdə digər yanacaq növləri ilə yanaşı, dizel yanacağının da, topdan satışı həyata keçirilir. Bununla da, respublikamızda fəaliyyət göstərən başqa yanacaqdoldurma məntəqələri və yerli sahibkarlar neft məhsullarına olan tələbatlarını ödəmək üçün “SOCAR PETROLEUM” QSC-yə məxsus, qeyd olunan neft terminalı bazalarından lazımi qədər neft məhsullarını eyni zamanda, dizel yanacağını əldə edərək öz tələbatlarını ödəyə bilirlər.

Xatırladaq ki, "A-95 PREMİUM" və "A-98 SUPER" markalı yanacaq növləri ölkədə istehsal olunmur.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!