Samir Nuriyev iclas keçirdi .....                        2026-cı ilin qeyri-iş günləri - CƏDVƏL .....                        II Qaregin çağırış etsə, hər şeyə hazırıq! - Sarkisyan .....                        Paşinyan seçilməsə, Zəngəzur məsələsi necə olacaq? - ŞƏRH .....                        Paşinyanın dediyi müqavilədən sonra olacaq .....                        Əli Əsədov Aşqabadda Kobaxidze ilə görüşdü .....                        Azərbaycan Macarıstana 800 milyon kubmetr qaz satacaq .....                        Bakıda oğurluq edib qaçan şəxslər tutuldu .....                        Paşinyan Moskvadakı iclasa yetişdi .....                       
Tarix : 31-08-2022, 15:22
Tarif Şurasından benzin və dizellə bağlı yeni qərar


Tarif Şurasından benzin və dizellə bağlı yeni qərar

Nazirlər Kabinetinin “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” 23 avqust 2022-ci il tarixli Qərarı ilə Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının aksiz dərəcələrində dəyişiklik olunub. Bu barədə Tarif (qiymət) Şurasının Katibliyindən bildirilib. Qərara əsasən, Aİ-92 markalı avtomobil benzininin aksiz dərəcəsi 42 fazdən 42,5 faizə, dizel yanacağının aksiz dərəcəsi isə 18 faizdən 18,3 faizə dəyişdirildiyindən Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 26 iyul 2022-ci il tarixli Qərarına yenidən baxılması və Nazirlər Kabinetinin Qərarına uyğunlaşdırılması zərurəti yaranıb. Qeyd edək ki, aparılan tarif dəyişikliyi benzinin və dizelin pərakəndə satış qiymətinə təsir göstərmir və həmin məhsulların mövcud pərakəndə satış qiyməti dəyişmir. Belə ki, Tarif (qiymət) Şurasının Qərarı ilə Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiymət zəncirində daxili dəyişiklik edilərək, artan aksiz məbləğləri qədər istehsalçı tarifləri azaldılıb, topdansatış tarifləri isə mövcud səviyyədə saxlanılıb. Qərar 1 sentyabr 2022-ci il tarixindən qüvvəyə minir.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!