“Nəriman barədə nə deyəcəyimi özüm də bilmirəm” - Qurban Qurbanov .....                        “Qarabağ” baxımlı qollar vurdu - Rəqib komanda .....                        “Qarabağ” Bakıda məğlub oldu .....                        Meloni-Zelenski görüşü gərgin keçib .....                        Bakıda yağan yağış azyaşlını xəstəxanalıq etdi .....                        Elm və Təhsil Nazirliyi 1,5 milyonluq odun alır .....                        Daha bir ölkə "Avroviziya 2026"dan imtina etdi .....                        Tramp Avropa liderləri ilə Ukraynanı müzakirə etdi .....                        İsveçrədə yeni prezident seçildi .....                       
Tarix : 4-11-2022, 22:21
Pensiyalarda ciddi artım olacaq


Pensiyalarda ciddi artım olacaq

Növbəti ilin büdcəsi gəlir və xərclər üzrə balanslaşdırılaraq 6 milyard 264 milyon manat məbləğində qiymətləndirilib. Bu isə cari ildəki məbləğdən 658 milyon və ya 12 faiz çoxdur. Bu gəlirlər çərçivəsində məcburi dövlət sosial sığorta üzrə gəlirlər 4 milyard 784 milyon manat proqnozlaşdırılır. Bu isə cari ilə nisbətən 10 faiz və ya 422 milyon manat artıqdır. Bu sözləri “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, transfertin həcmi 1 milyard 468 milyon manat məbləğində müəyyən edilib:"Dövlət büdcəsi tərəfindən dövlət öhdəliklərinin ödənilməsi məqsədilə həyata keçirilən bu transfertin ümumi gəlirdəki payı növbəti il ərzində 23 faiz təşkil edəcək. Dövlət Sosial Müdafiə Fondunun xərclərinin 97 faizi, yəni, 6 milyard 78 milyon manatı əhaliyə ödənişlərin payına düşür. Bu da cari illə müqayisədə 12 faiz artım deməkdir. Əmək pensiyalarının maliyyələşdirilməsinə 5 milyard 907 milyon manat və ya cari ilən 650 milyon manat çox, məcburi dövlət sosial sığorta hesabına verilən müavinətlərə isə 170 milyon manat yönəldiləcək. Əmək pensiyalarının orta aylıq məbləği cari ildə 371 manat, yaşa görə əmək pensiyalarının orta məbləği isə 400 manat təşkil edir". "Növbəti ildə biz orta məbləğlərdə ciddi artım gözləyirik və yaşa görə göstəricinin 450 manatın üzərinə, ümumilikdə əmək pensiyalarının orta aylıq məbləğinin isə 420 manatın üzərinə çıxacağını proqnozlaşdırırıq", - S.Babayev əlavə edib.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!