Gürcüstanda MSK işçilərinə təhdid .....                        Müharibəyə hazırıq - İran XİN-dən mesaj .....                        Pekindən Avropa İttifaqına xəbərdarlıq .....                        Baydenin Almaniyaya "vida" səfəri .....                        Qəzzada ölənlərin sayı açıqlandı .....                        İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək .....                        Hava limanına ildırım düşdü - Yaralı var .....                        Ermənistanda hərbçi güllələndi .....                        İBTİDAİ HAZIRLIQ KURSU .....                       
Tarix : 1-06-2024, 14:28
Laçında su elektrik stansiyasının təməli qoyuldu


Laçında su elektrik stansiyasının təməli qoyuldu

Kəlbəcər və Laçın rayonlarında 5 kiçik su elektrik stansiyasının istismarı layihəsi çərçivəsində “Malıbəy” kiçik su elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib.
Tədbirdə iqtisadiyyat nazirinin müavini Anar Axundov, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov, “Demirören Yatırım Holding A.Ş.” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Yıldırım Dəmirörən, “Arges Enerji Team” MMC-nin rəhbəri Mehmet Fehmi Özata və İqtisadiyyat Nazirliyinin aidiyyəti strukturlarının nümayəndələri iştirak ediblər.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərin alternativ və yaşıl enerji zonasına çevrilməsi uğurla təmin edilir. Regionda infrastruktur təminatının yüksəldilməsi məqsədilə müasir tələblərə cavab verən elektrik enerjisi təchizatı sistemi formalaşdırılır. Yaşıl enerji təchizatında su elektrik stansiyalarının əhəmiyyətli rolu var. Azad edilmiş ərazilərimizdəki çayların hidropotensialının yüksək olması bu sahədə layihələrin səmərəliliyini artırır. Bu istiqamətdə özəl sərmayədarlarla əməkdaşlıq önəm kəsb edir.
Vurğulanıb ki, Kəlbəcər və Laçında kiçik su elektrik stansiyalarının istismarı layihəsi Azərbaycan-Türkiyə qardaşlığının daha bir göstəricisidir. Bu, azad edilmiş ərazilərimizdə özəl sektorla birgə icra edilən ilk su elektrik stansiyası layihəsidir. Layihənin birinci mərhələsi üzrə təməli qoyulan “Malıbəy” stansiyasının istismara verilməsi ildə təxminən 7 min evi elektrik enerjisi ilə təmin etmək imkanı yaradacaq.
Ötən ilin dekabrında “Azərbaycan İnvestisiya Şirkəti” ASC, Türkiyənin “Demirören Yatırım Holding A.Ş.” Şirkətlər Qrupu və “Arges Enerji Team” MMC arasında imzalanmış Birgə İştirak Müqaviləsi əsasında, Həkəri və Tərtər çayları üzərində 5 kiçik su elektrik stansiyası istismara veriləcək. Layihənin ümumi dəyəri 25 milyon manatdır. Ümumilikdə 13,8 MVt gücündə olan 5 stansiyanın 2025-ci ildə tam istifadəyə verilməsi nəzərdə tutulur. Stansiyaların istismar müddəti 30 ildir. Layihənin icrası 25 yeni iş yerinin yaradılmasına imkan verəcək.
Layihə çərçivəsində Laçın rayonu ərazisindən keçən Zabux çayı üzərində I mərhələ üzrə bu gün təməli qoyulan “Malıbəy” - 5,1 MVt, II mərhələ üzrə “Qalaça 2” – 3,4 MVt, “Minkənd” – 1,8 MVt, “Qalaça 1” – 1,1 MVt gücündə, III mərhələ üzrə Kəlbəcər rayonu ərazisindən keçən Tərtər çayı üzərində gücü 2,4 MVt olan “Tərtər 1” kiçik su elektrik stansiyalarının tikintisi planlaşdırılır.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!