ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxıldı .....                        Pakistanda 145 silahlı zərərsizləşdirildi .....                        Aİ-nin hərbi attaşeləri dərhal İranı tərk etməlidir - İran rəsmisi .....                        Rusiya doğum evini vurdu .....                        ABŞ növbəti 48 saat ərzində İrana zərbə endirə bilər - Vuçiç .....                        Dünya çalxalanır: Epşteyn dosyelərində nələr var? .....                        Əbu-Dabidəki görüş alınmadı - Zelenski açıqladı .....                        Ermənistana Rusiya taxılı daşıyan qatarı Biləcəridən yola düşdü .....                        Zelenski prezidentliyə namizədliyi barədə danışdı .....                       
Tarix : 17-03-2016, 12:57
Türklər Əhərdə külək enerjisi istehsalına sərmayə qoyacaq


“Türkiyəli yatırımçılar Əhərdə külək enerjisi istehsalı sahəsinə sərmayə qoyacaq”.

İran mətbuatının yaydığı məlumata görə, bunu bazar ertəsi günü Əhər İdarə Şurasının iclasında bu şəhərin İcra Hakimiyyətinin başçısı (fərmandar) Seyid Məhəmməd Abidi deyib.
Onun sözlərinə görə, “türk yatırımçılar Sambran gədiyində külək enerjisi sahəsinə 1 milyard dollar sərmayə yatıracaq. Onlar külək enerjisindən 400 meqavat elektrik enerjisi istehsal etməyi planlaşdırırlar.”
S.M.Abidi daxili və xarici yatırımçıların Əhər şəhərinə sərmayə yatırmağa meyilli olduqlarını bildirərək qeyd edib ki, “bu istiqamətdə yeni infrastruktur layihələri həyata keçirilir və yatırımçılara lazımi şərait yaradılır. Ümid edirik ki, səlahiyyətli orqanlar da vəziyyəti düzgün dəyərləndirib və bu zəmində müvafiq addımlar atacaqlar.”
Qeyd edək ki, İrana qarşı iqtisadi sanksiyaların götürülməsindən sonra bir sıra xarici yatırımçılar İrana üz tutub. Onların arasında türk yatırımçıların sayı da kifayət qədərdir.
Güney Azərbaycan əhalisi isə türk yatırımçıların məhz Azərbaycan bölgələrinə sərmayə yatırmasında maraqlıdır.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!