İstefa verməyə hazıram - Zelenski .....                        Ərdoğan onlara partiyada yüksək vəzifə verdi .....                        Pakistanın Baş naziri Azərbaycana gəldi .....                        Bu gün avtobuslar 21:00-a kimi işləyəcək .....                        Rusiyada çoxmərtəbəli binanın yanında partlayış .....                        Yataqxanada yanğın - VİDEO .....                        Su anbarında batan 26 yaşlı gəncin meyiti tapıldı .....                        Ərdoğan yenidən AK Partiyanın sədri seçildi .....                        Külək güclənəcək - XƏBƏRDARLIQ .....                       
Tarix : 24-11-2015, 11:56
"Azərişıq" kəsməyə başlayır



İstifadə olunan elektrik enerjisinin haqlarını ödəməyənlərə heç bir güzəşt olunmayacaq. Bunu açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.


Butov.az Bizimxeber.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, təmsil etdiyi qurumun elektirk enerjisi borcu ilə bağlı xəbərdarlığından sonra ödəmələrdə artım müşahidə olunur: “Buna baxmayaraq hələ də borclarını ödəməyənlər var. Bizim güzəşt etmək səlahiyyətimiz yoxdur. Həm də niyə güzəşt olunsun ki?! Borc-borcdur, kim elektrik enerjisi işlədirsə, pulunu da ödəməlidir. Heç bir borc silinməyəcək. Bakı üzrə elektrik enerjisi haqları üzrə ödəmələr 97-98 faizə çatır. Amma nəzərə almaq lazımdır ki, “Azərişıq” ASC tək Bakıda fəaliyyət göstərmir. Biz çalışırıq ki, enerji haqları vaxtlı-vaxtında ödənilsin”.
T.Mustafayev borcların yaranma səbəbinə də toxunub: “Borclar əsasən iyul və avqust aylarında yaranmış pullardır. Yay aylarında yığılan borcların ödənməsi sonra gecikdirilir. Bu isə borcların yaranmasına gətirib çıxarır”.
Qeyd edək ki, bir neçə gün əvvəl “Azərişıq” ASC debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatının noyabrın 23-də saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacağı barədə xəbərdarlıq edib.
Səhmdar Cəmiyyətin xəbərdarlığında qeyd olunub ki, “Borc ödənilmədən şəbəkəyə özbaşına qoşulma”sı elektrik enerjisinin talanması və qanunsuz istifadə sayıldığından, belə hallara yol verildikdə Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun ciddi tədbirlər görüləcək.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!