Tədiyə balansının yüksək pofisiti və manata tələbin artması ilə əlaqədar olaraq Azərbaycan Mərkəzi Bankı valyuta bazarına alışyönümlü müdaxiləsini davam etdirir. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımov bildirib. Baş bankir qeyd edib ki, bu il AMB, 27 oktyabradək 967 milyon dollarlıq alışyönümlü əməliyyat reallaşdırıb. Onun sözlərinə görə, valyuta hərraclarında vəsait satan Dövlət Neft Fondunun qənaəti də kifayət qədər böyükdür. Fond 27 oktyabradək 820 milyon dollara qənaət edib.
Oktyabrın 19-da Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun 16 kilometrlik Şükürbəyli–Cəbrayıl hissəsi istifadəyə verilib. Butov.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun texniki göstəriciləri və görülən işlər barədə məlumat verdi. Bildirildi ki, uzunluğu 42 kilometr olan köhnə yol 2,3 kilometr qısaldılaraq 39,7 kilometrlik yeni yolla əvəzlənib. Dördzolaqlı yolun hərəkət hissəsinin eni 14 metr, torpaq yatağının eni isə 21,5 metrdir. Yolun üzərində yerləşən 6 körpünün tikintisi başa çatıb. Məlumat verildi ki, həmçinin yol boyunca 45 dairəvi suötürücü boru, 49 ehtiyat keçid borusu, 25 düzbucaqlı suötürücüsü, 7 düzbucaqlı heyvan keçidi tikilib, 366 metr uzunluğunda beton, 1620 metr daş istinad divarları çəkilib, 18 avtobus dayanacağı quraşdırılıb. Qeyd edək ki, bu yol Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində inşa olunub.
Yanvar-sentyabr aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 19 milyard 389,4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu göstərici 2021-ci ilin müvafiq dövrünə nisbətən 11 milyard 381,3 milyon dollar çoxdur. Cari ilin doqquz ayında Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 1 milyard 653,2 milyon dollar olub.
Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalanıb. Butov.az xəbər verir ki, Sərəncama əsasən, Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 1,2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Azərbaycanda “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin oktyabr ayına qədər istehlakçılara ümumilikdə 771 milyondan çox kassa çeki üzrə 319,9 milyon manatdan çox, təkcə bu ilin yanvar-sentyabr aylarında isə 147,2 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. Məlumata görə, ümumilikdə “ƏDV geri al” nağdsız ödəmələrin genişlənməsinə mühüm təkan verən layihələrdən biridir. Məlum olduğu kimi, alınmış mallara və əldə edilmiş xidmətlərə görə ödəniş nağdsız qaydada olduqda ödənilmiş ƏDV-nin 15%-i, nağd qaydada olduqda isə 10%-i istehlakçılara geri qayıdır. Vətəndaşları pərakəndə ticarət, ictimai iaşə və tibb xidmətləri sahəsində nağdsız ödəmələr aparmasına stimullaşdıran “ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində sözügedən sektorlarda nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib. Belə ki, “ƏDV geri al” layihəsi çərçivəsində 2022-ci ilin 9 ayı üzrə nağdsız qaydada alınmış mallara və ya əldə edilmiş xidmətlərə görə istehlakçılara 46,2 milyon manatdan çox ƏDV geri qaytarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 81,2% çoxdur. Nağdsız ödənişlərə keçidin daha da stimullaşdırılması üçün növbəti ildə vergi qanunvericiliyinə dəyişikliklərdə nağdsız ödənişlər üzrə geri qaytarılan vəsaitlərin faiz dərəcəsinin bir qədər də artırılması nəzərdə tutulur.
Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyi Qusar rayonunda “Quba-Xaçmaz iqtisadi rayonunda biznes mühitinin qiymətləndirilməsi” layihəsini icara etmişdir. Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Quba-Xaçmaz iqtisadi rayonunda biznes mühitinin qiymətləndirilməsi” layihəsini 06 oktyabr 2022-ci il tarixində icra planına uyğun olaraq, Qusar rayonunda icra etmişdir. Layihədə Qusar rayon Gənclər Evinin məsul işçisi Sevil Dəmirova və Qusar Qadın Resurs Mərkəzinin nümayəndələri iştirak edirdilər.Sevil Dəmirova tədbirə qatıllan sahibkar qadınları salamlayaraq onlara fəaliyətlərində yeni iqtisadi biliklər öyrənməyin zəruri olduğunu söylədi.
Marketinq Fəaiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri-Layihə rəhbəri Sənan Yəhya iştirakçılara layihənin donoru və məqsədi barədə məlumat verdi. Qeyd etdi ki, layihənin məqsədi Quba-Xaçmaz İqtisadi rayonunda 100 nəfər sahibkarla (Şiyəzən-20 nəfər, Şabran-20 nəfər, Xaçmaz-20 nəfər, Quba-20 nəfər, Qusar-20 nəfər) görüşərək, investisiya və ixracla bağlı dövlət qurumlarının həyata keçirdiyi dəstək fəaliyyətlərinin müzakirəsi və sahibkarların dövlətdən gözləntilərinin öyrənilməsindən ibarətdir. Vəzifələri isə region sahibkarları ilə sorğu keçirərək qiymətləndirmələrin aparılmasıdır.
Natiq dövlət tərəfindən sahibkarlara yaradılan fürsətlər və dəstəklər haqqına geniş məlumat verdi. Eyni zamanda sahibkar qadınların satış, brendləşmə, reklam, xarici satış platformalarına çıxış, sərgilərdə iştirak etmə qaydaları hqqında sualarını cavablandırdı. Görüş iştirakçıları ilə gələcək əməkdaşlıq haqqında müzakirələr aparıldı. Sahibkar qadınlar belə layihələrin davamlı inkşaf üçün zəruri olduğunu qeyd etdilər.
İçki və siqaretə görə ƏDV qaytarılması dayandırılıb
Oktyabrın 1-dən alkoqollu içkilər və tütün məmulatlarının alışına görə ƏDV-nin bir hissəsi geri qaytarılmır. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Qeyd edilib ki, 2022-ci ilin yanvarın 1-dən Vergi Məcəlləsində əlavə və dəyişikliklər edilib ki, bu dəyişikliklərin bir istiqaməti də “ƏDV geri al” mexanizminin təkmilləşdirilməsi çərçivəsində avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarının alışına ƏDV-nin qaytarılmasının istisna edilməsi ilə bağlıdır. Dəyişikliyə əsasən, 2022-ci il oktyabrın 1-dən etibarən istehlakçılar tərəfindən alınmış alkoqollu içkilərə və tütün məmulatlarına münasibətdə ƏDV geri qaytarılmır. Belə ki, alkoqollu içkilərin və tütün məmulatlarının əhalinin sağlamlığına mənfi təsir göstərən zərərli məhsullar olduğunu nəzərə alaraq, həmin məhsullar ƏDV-nin geri qaytarılması şəklində stimullaşdırıcı tədbirlərin dairəsindən çıxarılıb. Bununla yanaşı, “ƏDV geri al” mexanizminin tətbiqinə başlandıqdan ötən müddət ərzində aparılan təhlillər nəticəsində, ƏDV-nin qaytarılması prosesində xüsusilə alkoqollu içkilər və tütün məmulatlarının alqı-satqısı zamanı sui-istifadə hallarının yaranması müşahidə olunub. Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinə edilmiş dəyişiklik ilə ƏDV-nin geri qaytarılması mexanizmi pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti ilə yanaşı, 2022-ci il 1 yanvar tarixindən etibarən tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə də aid edilir.
Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Maliyyələşdirdiyi “Quba-Xaçmaz iqtisadi rayonunda biznes mühitinin qiymətləndirilməsi” layihəsini 04 oktyabr 2022-ci il tarixində icra planına uyğun olaraq, Şabran rayonunda icra edib. Layihədə Şabran rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Natavan Mustafayeva, Kiçik və Orta Biznnesin İnkişafı Agentliyinin Şabran rayonu üzrə nümayəndəsi Rahil Qurbanov iştirak edib.
Şabran rayon İcra Hakimiyyəti başçısının müavini-sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Natavan Mustafayeva sahibkarları salamlayaraq “Quba-Xaçmaz iqtisadi rayonunda biznes mühitinin qiymətləndirilməsi” layihəsinə qatıldıqları üçün onlara təşəkkürünü bildirib. Natavan Mustafayeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə “Regionların sosial-iqtisadi inkişafı” dövlət prorqamının faydaları və rayon üçün əhəmiyətini qeyd edib. “Quba-Xaçmaz iqtisadi rayonunda biznes mühitinin qiymətləndirilməsi” layihəsinin rəhbəri Sənan Yəhya layihənin donoru və layihənin məqsədi barədə məlumat verib. Qeyd edib ki, Layihənin məqsədi Quba-Xaçmaz İqtisadi rayonunda 100 nəfər sahibkarla (Şiyəzən-20 nəfər, Şabran-20 nəfər, Xaçmaz-20 nəfər, Quba-20 nəfər, Qusar-20 nəfər) görüşərək, investisiya və ixracla bağlı dövlət qurumlarının həyata keçirdiyi dəstək fəaliyyətlərinin müzakirəsi və sahibkarların dövlətdən gözləntilərinin öyrənilməsidir. Layihə rəhbəri bunun üçün regionda sahibkarlarla görüşərək, sorğu metodu ilə qiymətləndirmələrin aparılacağını sahibkarların diqqətinə çatdırdı.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Siyəzən, Şabran rayonları üzrə nümayəndəsi Rahil Qurbanov Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaranma tarixi və fəaliyyəti haqqında geniş məlumat verib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyəti ilə tanış olan sahibkarlar layihə rəhbəri Sənan Yəhyaya və Rahil Qurbanova güzəştli biznes kreditlərinin, avadanlıqlarının alınması və s. iqtiqamətlərdə köməklik göstərilməsi üçün müraciət ediblər. Sahibkarlara kömək məqsədi ilə əməkdaşlığın davam etdirilməsi məqsədəuyğun görülüb. Bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Siyəzən, Şabran rayonları üzrə nümayəndəsi Rahil Qurbanov sahibkarlarla fərdi görüşlər üçün zaman və məkanlar müəyyənləşdirib.
Məlumat üçün bildirirık ki, sahibkarlarla növbəti görüş Xaçmz rayonunda olacaq.
Gələcəkdə Ağdamdan Ağcabədiyə dəmir yolu xəttinin çəkilişi və bunun Horadiz-Ağbənd dəmir yolu xəttinə inteqrasiyası nəzərdə tutulur. Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov Ağdamda keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib. O, işğaldan azad edilmiş ərazilərdə məskunlaşma qruplarının iyerarxiyası, infrastrukturun yaradılması, yol-nəqliyyat xətlərinin inkişafı haqqında məlumat verib. Komitə rəsmisi qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin texniki-iqtisadi göstəriciləri aidiyyəti qurumlarla hazırlanıb."Biz Qarabağ və Şərqi Zəngəzur üzrə rayonların, şəhərlərin baş planlarını hazırlayırıq. Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərin baş və müfəssəl planları hazırlanır", - o əlavə edib.
Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən kompleks tədbirlər həyata keçirilir. AAYDA-dan verilən məlumata görə, bu tədbirlər çərçivəsində Bakı şəhərində və magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.
Bakı şəhəri üzrə:
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı-Mərdəkan-Qala yolunda - Piyada keçidinin tikintisi aparılır və 85% tikinti-quraşdırma işləri görülüb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanı-Mərdəkan-Zuğulba avtomobil yolunda - Piyada keçidinin tikintisi aparılır və 12% tikinti-quraşdırma işləri görülüb. Zığ yolunda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yanında - Piyada keçidinin tikintisi aparılır və18% tikinti-quraşdırma işləri görülüb. Xocasən - Lökbatan yolu, Xocasən elektrik stansiyasının qarşısında - Piyada keçidinin tikintisi aparılır və 15% tikinti-quraşdırma işləri görülüb.
Respublika əhəmiyyətli avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində:
M-4 Bakt-Şamaxı-Yevlax avtomobil yolu, 14,9-cu km - Piyada keçidinin tikintisi yekunlaşıb. Keçidin uzunluğu 40.5 metr, eni 3.5 metr, hündürlüyü 5.5 metr təşkil edir. M-4 Bakt-Şamaxı-Yevlax avtomobil yolu, 18,5-ci km - Piyada keçidinin tikintisi aparılır və 80% tikinti-quraşdırma işləri görülüb. M-4 Bakt-Şamaxı-Yevlax avtomobil yolu, 20,2-ci km - Piyada keçidinin tikintisi aparılır və 40% tikinti-quraşdırma işləri görülüb. M-4 Bakt-Şamaxı-Yevlax avtomobil yolu, 25-ci km - Piyada keçidinin tikintisi aparılır və 80% tikinti-quraşdırma işləri görülüb. M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu, 21-ci km - Piyada keçidinin tikintisi aparılır və 15% tikinti-quraşdırma işləri görülüb. M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu, 46,9-cu km - Piyada keçidinin tikintisi aparılır və 20% tikinti-quraşdırma işləri görülüb. M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu, 25,3-cü km - Piyada keçidinin tikintisi aparılır və 45% tikinti-quraşdırma işləri görülüb.