Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 14-11-2021, 13:48
Terrorçu bilirdi ki, Rusiya onu Azərbaycana yox, terroru təşkil edənə verəcək...

İlham İsmayıl

Qarabağ münaqişəsi yeni mərhələyə qədəm qoydu. Bu mərhələnin adı terrordur. Terror mərhələsinin icraçıları ermənilər, təşkilatçısı isə Rusiyadır! Rusiya sülhməramlıları Azərbaycanda yerləşməyə başladığı gündən vəziyyətin getdikcə yenidən gərginləşəcəyini deyəndə ağzıgöyçəklər dörd bir tərəfdən- “qələbəmizə kölgə salırlar” şüarları ilə üstümüzə düşürdülər. Rusiyanı və erməniləri yaxşı tanıdığımızdan vəziyyətin gərginləşəcəyi, saysız-hesabsız təxribatlar olacağı və terrora keçəcəyi dəfələrlə proqnozlaşdırıldı. Kimi qınayaq son Şuşa terrorunda? Ermənini? Düşmənin adı dəyişməyib, düşmənin adı üstündədir, düşmənin iddiası yerindədir və biz bunu bilirik, elə isə düşmənin düşmənçiliyi niyə təəccüb yaradır?
Elə bil 1988 – 1991-ci illərin Qarabağıdır. Sanki Moskvanın o zamankı Volski idarəetməsi sülhməramlı simasında peyda olub. Ermənilər hər gün bizə qarşı terror törədirdi, biz də Volskiyə şikayət edirdik. Sonralar məlum oldu ki, bu terror hadisələrinin təşkilatçıları, idarə edənləri çox vaxt elə ruslar olub. Kulminasiyası Xocalı qətliamı oldu. Rusiyanın 366-cı alayı ilə birlikdə ermənilər mülki əhaliyə qarşı soyqırımı törətdi. Son Şuşa terroru məşhur QRU ssenarisini xatırladır. Sən hadisəni törədəcəksən, biz səni görüntü üçün tutacağıq, sonra özününkülərə təhvil verəcəyik. Çox tanış ssenaridir. Salatın Əsgərovanı qətl edənləri təhvil verib, sonra geri almaq kimi.
Və indi də Norayr Mirzoyan olur milli qəhrəman. Artıq erməni teleqram kanalları, mediası Mirzoyanı Tələt paşanın qatili Soqomon Teyleryanla, bu yaxınlarda Türkiyə səfirini qətlə yetirən və Kaliforniya həbsxanasından buraxılan Ambik Sasunyanla müqayisə edirlər. Bütün bunlar məğlub erməninin dirçəlməsinə yardım edən faktorlardır. Bu gün posta qumbara atan sabah Şuşanın özündə terror törədəcək. Ona görə ki, cəza almayacağına əmindir. Terrorçu bilir ki, Rusiya sülhməramlısı onu Azərbaycana yox, terror planını cızana, təşkil edənə təhvil verəcək. Balasanyan kimi bir qatilin təşkilatına verəcək. Sabah Norayr Mirzoyanların sayı sürətlə artacaq və hər birinin hədəfində Azərbaycan Ordusu, Azərbaycan əhalisi olacaq.
Biz müharibədən sonrakı bir il ərzində niyə Xankəndi və ətrafı ilə bağlı rəsmi mövqe bildirməmişik? Niyə rəsmi səlahiyyətlilər bu il ərzində bir dəfə demədilər ki, tezliklə Xocalıya qayıdacağıq? Buna görə də həm sülhməramlılar, həm də separatçı rejim əmin oldu ki, Azərbaycan Qarabağın bu hissəsinə dönmək üçün, bu yerlərdə dövlət nəzarətini bərpa etmək üçün heç bir rəsmi mövqe qoymur. Ona görə də Rusiya Aleksandr Nevski başda olmaqla məlum büstləri və provaslav kilsəni məhz Xocalıda ucaltdı. Büst ucaltmaq, kilsə tikmək nə vaxtdan sülhə xidmət edir? Əgər Rusiya sülhməramlısı orada bir azərbaycanlı yazıçının, bir erməni yazıçısının, bir də rus şairinin büstünü ucaltsaydı deyərdik ki, bu addım millətlərarası sülhə xidmət edir. Yalnız Rusiyaya aid olan məşhur adamların büstlərinin qoyulması isə Rusiyanın imperiya siyasətinin tərkib hissəsi olaraq qəsbkar xarakter daşıdığı kimi dəyərləndirilməlidir.
Sülhməramlılar qarşısında bu terrorçunun təhvil verilməsi ilə bağlı ilk dəqiqədən ciddi danışıqlar aparılmalı idi, təəssüf ki, nə belə bir danışıqlar aparıldığının, nə də rəsmi etirazın şahidi olduq. Sabah da belə bir terror hadisəsinin olacağına şübhəniz qalmasın. Bu terrora qarşı Azərbaycan Ordusu 10 qat artıq cavab verməsə, Xarici işlər nazirliyi terroru himayə etdiyinə görə Rusiya Federasiyasına açıq etiraz edib, sülhməramlı qüvvələrə etirazını bildirməsə, ( bu, bizə üç il yarımdan sonra Rusiya sülhməramlılarından narazılığımızı bildirmək üçün hüquqi əsas verəcək) təhlükəsizlik qüvvələri antiterror əməliyyat keçirib növbəti terrora hazırlaşanları məhv etməsə, düşmən yenə də sülhməramlılarla birlikdə zəncirvari terror hadisələri törədəcəklər.
Bu hadisə göstərdi ki, Türkiyənin Qarabağdakı fəaliyyətini yalnız absurd monitorinq mərkəzi ilə məhdudlaşdırmaqla Rusiya əl-qolunu geniş açaraq erməni terrorçularına sərbəst meydan verməyə müvəffəq olub. Yaranmış situasiya ölkənin Təhlükəsizlik Şurasında müzakirə olunmalı və uyğun qərarlar qəbul olunmalıdır. Məsələyə ciddi və sərt yanaşmadıqca düşmən azğınlaşacaq və növbəti terrora məruz qalacağıq.


Paylaş



Bölmə: Kriminal / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!