TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 28-05-2022, 10:13
İlham İBADLI soroşur: "Göyəmi çıxdı  Sevinc?..

İlham İBADLI soroşur: "Göyəmi çıxdı Sevinc?.."

Nəsirova Sevinc Əjdər qızı Lerik rayonunun Mastayıl kəndində dünyaya göz açıb. Minbir arzularla böyüyüb ərsəyə çatıb. Həyata ümman dolu arzularla addımlayıb. Lakin...
O, hardan biləydi ki, həyat onun üçün amansız bir yaşam ünvanına çevriləcək. Bəlkə də yoxluğa. İllərdir o, itgin düşən Sevinc Nəsirova haqqında Lerik rayonunda hamı belə fikirləşir. Bəlkə də yaxınları, qohumları onun haqqında daha da qəhərlənir. Bu gün onun real həyatda olmamasına daha çox təəssüf edirlər. Bütün bunlar bir Allaha bəllidir. Bəlli olan odur ki, hazırda Sevinc Nəsirova itkindir. Özü də nə müharibədə, nə də bir təbii fəlakət nəticəsində.
Yalnız Lerik Rayon Polis Şöbəsinin foyesində beləcə yazılıb: Nəsirova Sevinc Əjdər qızı itkin düşüb və axtarışdadır. Lakin bu gəncin axtarışına məhəl qoyan, real addımlar atan yoxdur.
Lap yaxın günlərin söhbətidir. Cənub bölgəsində, Masallı rayonunda da, oxşar bir əhvalat baş vermişdi. Yeddi il sonra orada itgin düşmüş bir gəncin sorağı bütün Azərbaycana yayıldı. Bəlli oldu ki, onun həyatını dost-doğma əmisi oğlu bədbəxt etmiş, ona təcavüz etmiş və sonradan isə bu cinayətin izini örtməkdən ötrü onun meyidini aparıb bir çayın kənarında basdırmışdır.
Elə buradaca şair Süleyman Rüstəmin “Ana və Poçtalyon” şeirindən aşağıdakı misralar yada düşür:
Yerəmi batmış oğlum, göyəmi çıxmış oğlum,
Bəlkə mən yanılmışam, əzəldən yoxmuş oğlum!
Şair demişkən, bəlkə də Sevinc Nəsirova da yerəmi batıb, göyəmi çıxıb? Ondan hələlik xəbər verən yoxdur ki, yoxdur.
Mən Sevinc Nəsirova ilə nə bir kənddən deyiləm, nə də heç bir qohumluğum yoxdur. Lakin, bir ziyalı olaraq düşünürəm ki, Sevinc Nəsirovanın qatilləri tapılmasa, onda Lerik rayonunda daha amansız hadisələr baş verə bilər. Bir vətəndaş, bir jurnalist olaraq məni yalnız bu məsələ narahat edir. Axı, bir də haqqı danmaq mümkün deyil. Lerik rayonundakı hüquq-mühafizə orqanlarındakılar ölkənin büdcəsindən ətək-ətək pul alırlar. Ölkənin büdcəsinin bir hissəsi elə bu gün itkin sayılan Sevinc Nəsirovanın yaxın qohum-qardaşlarının vəsaitləri hesabına formalaşır. Yəni dövlət büdcəsi həm də ölkə vətəndaşlarının əmək haqqlarından gələn gəlirlərin və onlardan alınan faizlərin hesabına formalaşır. Bəs, görəsən o pulları yeyib-içənlər belə itgin düşmüş gəncin haqqında da fikirləşirlərmi?
Bəli, mən də lerikliyəm. Nə deyəcəyimi leriklilər yaxşı bilir. Rayonun dilsiz-ağılsız qayaları da həmin hadisədən tam təfərrüatı ilə xəbərdardır. Görünür, bircə hüquq-mühafizə orqanları hələ ki, bixəbərdirlər. Ulu Tanrı itkin düşmüş Sevinc Nəsirova haqqında özünün ali və simvolik qərarını verib. Böyük Yaradanın verdiyi hökmünü nə Apellyasiya Məhkəməsi, nə Ali məhkəmə, nə də Avropa məhkəməsi poza bilməz. Lakin, Lerik ziyalıları istəyirlər ki, Nəsirova Sevinc Əjdər qızının ölümündə adı hallanan cinayətkar bu işıqlı dünyada gəzməsin. Çünki, insan bir qarışqanı belə yaratmaq iqtidarında deyil. Bəs insanın, bir gəncin taleyinə kim son qoya bilər?
Başqa bir məsələ.
Yenə də əslən Lerik rayonunun Mastayıl kəndindən olan, Lənkəranın bir kəndində yaşayan gənc idmançı gəlib Lerik rayonunda işləyirmiş. O rəsmi sənədlərdə lənkəranlı kimi qeyd olunur. Lakin o da, yuxarıda qeyd etdiyim kimi, əslən Lerik rayonundandır. Sadacə olaraq “Relax” istirahət mərkəzində çayçı işləyirmiş. Onun işlədiyi “Relax” istirahət mərkəzində cəsədi tapıldı. Hərə bir söz-söhbətə istiqamət verdi. Birisi dedi ki, onu orada öldürüblər, digəri dedi,- yox, onu Lənkəranda öldürüb meyitini gətirib “Relax” istirahət mərkəzinə atıblar. Lakin, son sənədləşmələrdə belə bir reallıq ortaya qoyuldu:
“Relax” da çayşı işləyən bu gənc yıxılıb və yıxılarkən aldığı zədədən dünyasını dəyişib. Gülünc və qəribə məntiq deyilmi? Lerik rayonunda hər yıxılan ölsəydi, onda Lerik rayonunda bir nəfər də sağ qalmazdı. Bu, mənim bir vətəndaş, bir jurnalist olaraq gəldiyim qənaətdir. Axı, adicə həyət-bacada oynayan körpə uşaq gündə ən azı beş-on dəfə yıxılır. Necə olur onların aqibəti? Mən bu suala cavabı oxuculardan gözləyirəm.
Lənkəran rayonunun Tükəvilə kəndində yaşayan, haqqında sözügedən gənc, idmançı olub. Atası da bu barədə sosial şəbəkələrə dəfələrlə müsahibələr verib. O, müsahibələrində deyib ki, mənim oğlum idmançı idi. Qarşı-qarşıya döyüşdə onu heç dörd-beş nəfər də öldürə bilməzdi. Bəs, necə oldu ki, mənim oğlum yıxılaraq öldü. Ölən gənclə bağlı heç Lerik rayonunda cinayət işi də başlanmadı.
Gördünüzmü, əziz oxucular, mənim narahatçılığımın kökü nədədir? Bu gün Sevinc Nəsirovanın ölümündə adı hallanan cinayətkarı müdafiə edən, onu dəstəkləyən artıq həyatda yoxdur. O, mənəvi ölümə məhkum olunub. Qoy bunu Lerikin hüquq-mühafizə orqanlarının rəhbərləri də bilsinlər. Bəlkə indi hərəkətə keçdilər. Bəlkə də itkin düşənlərə son qoyulmağın zamanı çatıb. Tədbir görməyin zamanı çatıb.
Mən Sevinc Nəsirovanın itgin düşməsi ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Eyvazovun qəbulunda olmuşam. Nazirin qəbuluna yazılarkən, açıq-aydın qeyd etmişəm: Lerik rayonunun Mastayıl kəndindən olan Nəsirova Sevinc Əjdər qızının itgin düşməsi fakti niyə uzadılır, niyə bu məsələdə hərəkətə keçilmir? Yox, doğrudan da, bu gənc itgin düşübsə, niyə onun hara getməsi araşdırılmır? Bəlkə öldürülüb. Onda niyə canilər tapılmır? Qeyd etdiyim suallarla bağlı 2019-cu ilin sentyabr ayının 25-də mən şəxsən nazirin qəbulunda olmuş və bu söylədiklərimi ona üzbəüz demişəm. Ancaq qaldırdığım çox mühüm məsələyə diqqət çəkilməkdənsə, mənim başıma minbir oyunlar açıldı. Bu gün də mən narahatçılıq keçirmirəm. İstəyirəm ki, Sevinc Nəsirovanın itkin düşməsinə aydınlıq gətirilsin. Bəlkə elə doğrudan da o qız Qaqarinlə birlikdə Kosmosa uçub? Olsun!
İlham İbadlı,
Lerik rayonu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.


Paylaş



Bölmə: Kriminal / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!