Nərimanov rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı son 1 həftə ərzində keçirilən əməliyyatlar zamanı 12 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Butov.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində əməliyyat tədbirləri həyata keçirilib. Son 1 həftə ərzində keçirilən əməliyyatlar zamanı rayonun müxtəlif yerlərində, xüsusən də “Montin”, “Keşlə bazarı” kimi tanınan ərazilərdə qeyd olunan hüquqazidd əməlləri törədən 12 nəfər saxlanılıb.
Əməliyyat zamanı əvvəlcə Bakı şəhər sakini Yusif Əliyev tutulub. Onun üzərindən narkotik vasitə olan heroin aşkar edilib. Araşdırmalar zamanı həmin şəxs narkotik vasitələri Nərimanov rayonu Əliyar Əliyev küçəsində yaşayan Rəşad İsgəndərov və İntiqam Əliyevdən aldığını bildirib. Adları çəkilən həmin şəxslər də qısa zamanda saxlanılaraq Polis İdarəsinə gətiriliblər. Onların üzərində və yaşadıqları evlərdə axtarış aparılan zaman külli miqdarda müxtəlif növ narkotik vasitə və psixotrop maddə, elektron tərəzilər aşkar edilərək götürülüb. İntiqam Əliyev və Rəşad İsgəndərov ifadələrində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını bildiriblər.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 9 nəfər – Hikmət Musayev, Zaur Əzizov, Manaf Soltanov, Rəşad Qasımov, Ülvi Rəhimli, Orxan İbrahimov, Ruslan Qədimalıyev, Ruhiyyə Əzizova və Xəyal Seyidov tutulublar. Onların üzərində şəxsi axtarış aparılan və evlərinə baxış zamanı satış və şəxsi istifadə məqsədi üçün əldə etdikləri külli miqdarda heroin, marixuana, metamfetamin və elektron tərəzilər aşkar edilib. Bu şəxslər izahatlarında Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunusuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.
Təqdim edilən faktların hər biri ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
İrəvan məhkəməsi prokurorluğun şikayətini təmin edib və Köhnə Tağlar kəndini azərbaycanlıların (əməliyyatı DTX keçirmişdi – red.) nəzarətinə keçməsinin qarşısını almaqda acizlik göstərən və xidməti fəaliyyətini yerinə yetirməyən zabiti həbs edib. Məhkəmə həbs edilən zabitin adını açıqlamayıb. İstintaqın versiyasına görə, zabitə şəxsi heyət verilib və 12 döyüş mövqeyini qorumaq tapşırılıb. DTX-nın 2020-ci il dekabrın 11-də keçirdiyi əməliyyat zamanı isə 12 mövqe bir anda Azərbaycanın nəzarətinə keçib, 11 hərbçi isə mühasirəyə alınıb. Mühasirəyə alınanlardan ikisi məhv edilib, 9-u əsir götürülüb. Qeyd edək ki, sentyabr ayında polkovnik-leytenant Arsen Kazaryan da analoji ittihamla həbs edilib. O, Çaylaqqala kəndini “qoruya bilmədiyi” üçün içəri atılıb. Xatırladaq ki, DTX-nın keçirdiyi sözügedən antiterror əməliyyatı zamanı iki kəndə nəzarət geri qaytarılmışdı, daha iki kəndin yaxınlığındakı mövqelərə isə DTX qüvvələri yerləşmişdi. Həmin zaman 26 noyabrda, üçtərəfli bəyanatdan 16 gün sonra Azərbaycana gələn və terror həyata keçirən, nəticədə 3 əsgərimizin və bir mülki şəxsin ölümünə səbəb olan qanunsuz silahlıların bir hissəsi məhv edilmişdi, 62 nəfər isə (erməni mediası bəzən bu rəqəmin daha çox olduğunu bildirir – red.) əsir götürülmüşdü.
Qarabağda ermənilərin 4 milyard dollardan artıq silah və texnikası məhv edilib. Bakıda Hərbi Qənimətlər Parkında məhv edilən hərbi texnikaları görə bilərsiniz. Bunu Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Şərq tərəfdaşlığı: Potensialı nədir?” mövzusunda panel müzakirələri zaman deyib. O qeyd edib ki, Qarabağda ermənilərin özlərinin bu qədər vəsaiti yox idi: "Orada olan silahlara baxın və görəcəksiniz ki, hər bir raket, güllə Rusiyada istehsal edilib. Bunlar hamısı Rusiyanın hərbi ixracıdır, Abxaziya və Ossetiyada da, bizdə də eyni vəziyyət hökm sürür. Bu suallara cavablar tapılmalıdır”.
Bakıda taksi sürücüsü adı altında narkokuryerlik edən şəxslər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinə Xəzər rayon sakinləri Əliheydər Əşrəfov və Rəşad Dadaşovun diqqət cəlb etməmək üçün taksi fəaliyyəti görüntüsü yaradaraq əslində paytaxt ərazisində narkotik vasitələrin satışını həyata keçirdikləri barədə əməliyyat məlumatı daxil olub.
Həyata keçirilən tədbir nəticəsində hər iki şəxs saxlanılaraq baş idarəyə gətirilib. Rəşad Dadaşovun idarə etdiyi avtomobilə baxış zamanı Əliheydər Əşrəfova məxsus ümumi çəkisi 5 kiloqram 15 qram, o cümlədən, 1 kiloqram 220 qram marixuana, 1 kiloqram 730 qram həşiş qətranı və 2 kiloqram 65 qram tiryək aşkar olunaraq götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, Əliheydər Əşrəfov və Rəşad Dadaşov narkotik vasitə aludəçisidirlər. Onlar sosial şəbəkələrdə tanış olduqları və xarici ölkədən Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən narkotacirin narkokuryerlik təklifi ilə razılaşaraq bu işlə məşğul olublar. Əvəzində isə hər iki şəxs maddi vəsait, eləcə də pulsuz narkotik vasitə əldə ediblər.
Aşkar edilən faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, onların ətraflarında istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycanda cəza çəkən Ermənistan vətəndaşlarının sayı MƏLUM OLDU Azərbaycanda 40 erməni diversant və hərbi cinayətkar cəza çəkir. Bu barədə Qırmızı Xaç Komitəsinin Ermənistan ofisinin rəsmisi Zara Amatuni açıqlama verib. O, həmin şəxslərin Qırmızı Xaç Komitəsinin əməkdaşları tərəfindən ziyarət olunduğunu söyləyib. "Saxlanılan vətəndaşların ailələri ilə zəng və videozənglə əlaqə saxlaması, məlumat bölüşməsinə şərait yaradılıb",- deyə Amatuni qeyd edib.
Sabunçu rayonunda polis genişmiqyaslı əməliyyat keçirib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun Zabrat, Bakıxanov, Balaxanı və digər qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 61 nəfər saxlanılıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərdən 27 nəfəri haqqında Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Həmin şəxslər barəsində məhkəmə orqanları tərəfindən həbs qətimkan tədbiri seçilib. 26 nəfər barəsində polisin nəzarəti altına vermə və digər növdən olan qətimkan tədbirləri seçilib.
Saxlanılanlardan səkkiz nəfəri barədə isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi isə protokollar tərtib edilib və onlar cərimə olunublar. Saxlanılan şəxslərdən ümumilikdə iki kiloqrama yaxın narkotik vasitə və psixotrop maddələr aşkar edilib.
Bir digər əməliyyat zamanı isə Maştağa qəsəbəsindəki telefon-rabitə qovşağına məxsus 2 223 metr uzunluğunda yeraltı kabelləri oğurlayan şəxslər saxlanılıb. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Həmzəli Daşdəmirov, Faiq Həbibov və Vaqif Atakişiyev qısa müddətdə müəyyən edilərək saxlanılıb. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların telefon-rabitə xəttinə ümumilikdə 3 000 manatdan artıq maddi ziyan vurduqları məlum olub.
İdarə əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat zamanı isə Nardaran qəsəbəsində yerləşən marketlərdən birindən ümumi dəyəri 5 000 manat olan 160 bağlama tütün məhsulları oğurlayan şəxslər saxlanılıblar. Belə ki, həmin oğurluğu törətməkdə şübhəli bilinən Azər Orucov, Tunar İbrahimov və əvvəllər məhkum olunmuş Çarpaz Muradlı tutulub. Bu şəxslər ifadələrində törətdikləri hadisəni etiraf ediblər.
Qeyd olunan faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
İmişli rayonunda 11 yaşlı qızı zorlayan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, İmişli rayon sakini, 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə dörd ay müddətində həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam edir.
Qeyd edək ki, İmişli Rayon Mərkəzi Xəstəxanasından rayon sakini 2010-cu il təvəllüdlü A.N.-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.
Xatırladaq ki, 11 yaşlı qızın övladı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hamiləlik patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Körpə 30-31 həftəlikdir.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müxtəlif şəxslərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində növbəti əmliyyat həyata keçirilib.
DİN-dən Bütöv.az-a verilən məlumata görə, Baş İdarəyə Beyləqan rayonu Şahsevən kənd sakini Zamiq Əhmədlinin yaşadığı evdə xeyli sayda silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs yaşadığı kəndin ərazisində saxlanılıb. Onun evinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd daraq, 1 ədəd süngü bıçaq, 2 ədəd radiostansiya və 76 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb. Zamiq Əhmədli barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Daxili İşlər Nazirliyi tərəfindən bank kartlarından pul vəsaitlərinin oğurlanması və elektron məlumatların onlayn yolla ələ keçirilməsi barədə vətəndaşlardan daxil olan şikayətlər əsasında əməliyyatlar davam etdirilir.
DİN-dən Bütöv.az-a verilən məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən edilib ki, paytaxt sakini, yetkinlik yaşına çatmadığına görə şərti adı Əlizamin İslamov olan şəxs müxtəlif kibercinayətkarlıq üsullarından istifadə edərək İnstaqram sosial şəbəkəsində “baxıcı_falcı_arzu” adlı saxta səhifə yaradıb.
O, guya internet üzərindən falçılıq xidmətləri təklif etməklə müraciət edən vətəndaşlara ödənişin onlayn qaydada olduğunu bildirib. Əlizamin İslamov səhifəyə müraciət edən şəxslərə müxtəlif bank və ödəniş saytlarının rəsmi prototiplərinə uyğun özünün hazırladığı saxta nümunələri təqdim etməklə zərərçəkənlərin kart məlumatlarını ələ keçirib. Araşdırma zamanı müəyyən edilib ki, adıçəkilən şəxs fəaliyyət göstərdiyi 5 ay ərzində ona müraciət edən 300-ə yaxın vətəndaşa məxsus kart məlumatlarını ələ keçirərək həmin hesablardan vəsaitləri açdığı elektron pul kisələrinə köçürüb.
Daha sonra şəxsi məqsədləri üçün həmin vəsaitlərlə onlayn alış-veriş edərək pulları nağdlaşdırıb. Əlizamin İslamov bu müddət ərzində vətəndaşların hesablarından 100 min manata yaxın pulu çıxararaq xüsusi proqramlar vasitə ilə ələ keçirib. Bundan əlavə Əlizamin İslamov öz qanunsuz əməllərinin miqyasını genişləndirmək, daha çox pul vəsaiti ələ keçirmək və virtual mütəşəkkil cinayətkar dəstə yaratmaq məqsədi ilə Teleqram ani mesajlaşma tətbiqində özünə məxsus kanal yaradıb. Orada həmin şəxs kart məlumatlarını ələ keçirmək üçün kibercinayət üsulları barədə kanalın izləyicilərinə müxtəlif onlayn təlimlər keçib.
Saxlanıldıqdan sonra onun yaşadığı mənzilə baxış keçirilən zamanı iş üzrə xüsusi əhəmiyyət kəsb edən elektron məlumatlar, istifadəsində olan mobil telefonlar, həmçinin digər məlumat daşıyıcılarından vətəndaşlara onlayn yolla göndərdiyi mesajlar və digər sübutlar aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs təkzibedilməz faktlar və sübutlar qarşısında törətdiyi əməlləri etiraf edib. Qeyd olunan xüsusatların tam, hərtərəfli araşdırılması istiqamətində əməliyyat-texniki və əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, şəxsi anket və bank kartlarındakı məlumatları heç bir halda tanmadıqları şəxslərə göndərməsinlər. Bu cür hallarla üzləşdikləri təqdirdə isə dərhal polis əməkdaşlarına, həmçinin Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat versinlər.
Vətən müharibəsi şəhidi polkovnik Babək Səmidlinin adından “Instagram” sosial şəbəkəsində saxta hesab açıb insanların etibarından sui-istifadə edərək pul yığılması ilə bağlı Daxili İşlər Nazirliyinə edilən çoxsaylı müraciətlər əsasında araşdırmalara başlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bununla əlaqədar həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən edilib ki, həmin səhifə Bərdə rayon sakini, yetkinlik yaşına çatmadığına görə şərti adı Amal Şirinzadə olan şəxs tərəfindən yaradılıb. Saxlanılaraq baş idarəyə gətirilən həmin şəxs “Instagram” sosial şəbəkəsində “sehid_polkovnik_babek_semidli” adlı səhifə yaratdığını etiraf edib.
Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs səhifədə şəhidlərin adına ehsan veriləcəyi ilə bağlı elan yerləşdirərək izləyicilərdən pul toplayıb. Amal Şirinzadə yardım məqsədi ilə ona müraciət edən sosial şəbəkə istifadəçilərinə bank kartı göndərərək pulun ora köçürülməsini tələb edib. Daha sonra o, pulları kartdan çıxararaq nağdlaşdırıb və şəxsi istifadəsi üçün xərcləyib. Amal Şirinzadənin yaşadığı mənzilə baxış keçirilən zamanı iş üzrə əhəmiyyət kəsb edən elektron məlumatlar, istifadəsində olan mobil telefon, həmçinin digər məlumat daşıyıcıları aşkar olunaraq götürülüb.
Qeyd olunan faktın tam, hərtərəfli araşdırılması istiqamətində araşdırmalar davam etdirilir.