Livanda BMT sülhməramlılları öldü .....                        “Turnirin qalibi olduğumuz üçün sevinirik” .....                        Bölgədə hərbi toqquşmaların dayandırılması vacibdir .....                        Avtobus qatarla toqquşdu, xəsarət alanlar var .....                        Gəncədə zəncirvari qəza: Yaralananlar var .....                        Bakıda qardaş qardaşı GÜLLƏLƏDİ .....                        Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi oldu-YENİLƏNİB .....                        Türkiyə və Suriya kəşfiyyatı casusu saxladı .....                        Zaqatalada ağır qəza: Ölən və yaralananlar var .....                       
11-03-2024, 15:00
Qurban Qurbanov dünya reytinqində irəliləyib


Qurban Qurbanov dünya reytinqində irəliləyib

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünya reytinqində irəliləyib.
52 yaşlı mütəxəssis dünyanın ən yaxşı baş məşqçilərinin siyahısında 138-cidir.
O, ötən cədvəllə müqayisədə 1 addımlıq irəliləyişə nail olub. Son 4 ilin nəticələrinə əsasən, tərtib olunan cədvəldə Qurbanovun 1670 xalı var.
“Qarabağ”ın çalışdırıcısı hesabat dövründə Razvan Luçeskunu keçib. O, planetin 500 ən güclü mütəxəssisinin yer aldığı cədvəldə yeganə azərbaycanlıdır.
“Neftçi”nin monteneqrolu baş məşqçisi Miodraq Bojoviç 1616 xalla siyahıda 195-cidir. “Qarabağ”ın Avropa Liqasının 1/8 finalındakı rəqibi “Bayer”i çalışdıran Xabi Alonso 164-cü pillədə qərarlaşıb – 1644 xal.
Qeyd edək ki, cədvələ 2223 xala malik “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.
11-03-2024, 14:23
Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi oldu - FOTO


Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi oldu - FOTO

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının 1-ci iclasının Qərarı”nı imzaladılar.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Qazaxıstan Respublikasının “Damu” Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Qauxar Buribayeva “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə “Damu” Sahibkarlığın İnkişafı Fondu” Səhmdar Cəmiyyəti arasında Anlaşma Memorandumu”nu imzaladılar.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov və Qazaxıstan Respublikasının Prezidenti yanında “Mərkəzi Kommunikasiyalar Xidməti”nin direktoru Askar Umarov “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Qazaxıstan Respublikasının Prezidenti yanında “Mərkəzi Kommunikasiyalar Xidməti” Respublika Dövlət Müəssisəsi arasında Əməkdaşlığa dair Memorandum”u imzaladılar.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və Qazaxıstan Respublikasının “KazMunayQaz” Milli Şirkəti”nin İdarə Heyətinin sədri Maqzum Mirzaqaliyev “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “KazMunayQaz” Milli Şirkəti” Səhmdar Cəmiyyəti arasında Qazaxıstan neftinin alqı-satqısı sahəsində strateji əməkdaşlıq haqqında Memorandum”u və “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “KazMunayQaz” Milli Şirkəti” Səhmdar Cəmiyyəti arasında Qazaxıstan neftinin Azərbaycan Respublikası ərazisindən tranzit edilən həcmlərinin mərhələli artırılması haqqında Saziş”i imzaladılar.
Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov və “Samruk Kazyna” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Nurlan Jakupov “Azərbaycan İnvestisiya Holdinqi və “Samruk Kazyna” Səhmdar Cəmiyyəti arasında strateji tərəfdaşlıq Sazişi”ni imzaladılar.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli və Qazaxıstan Respublikasının mədəniyyət və informasiya naziri Aida Balayeva “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi arasında 2024-2025-ci illər üçün Tədbirlər Planı”nı imzaladılar.
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qazaxıstan Respublikasının rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye naziri Baqdat Musin “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyi arasında kosmosun dinc məqsədlərlə tədqiq edilməsi və istifadəsi sahəsində Anlaşma Memorandumu”nu imzaladılar.
Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek “3 aprel 2017-ci il tarixli Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişə dəyişikliklər edilməsi haqqında Protokol”u imzaladılar.
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qazaxıstan Respublikasının nəqliyyat naziri Marat Karabayev “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi arasında dəniz gəmilərinin heyətinin ixtisas diplomlarının qarşılıqlı tanınması haqqında Saziş”i imzaladılar.



11-03-2024, 13:07
Boksçumuz Dünya kubokuna yiyələndi


Boksçumuz Dünya kubokuna yiyələndi

Monteneqronun Budva şəhərində gənc boksçular arasında ənənəvi Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri başa çatıb.
Azərbaycan milli komandası yarışı 2 medalla başa vurub.
Yığmamızın heyətində Zidan Hümbətov Dünya kubokuna yiyələnib. 51 kq-da mübarizə aparan boksçumuz finalda rusiyalı Arseniy Jiltsovu 3:2 (29:28, 30:27, 28:29, 28:29, 29:28) hesabı ilə məğlub edib və qızıl medala layiq görülüb.
Komandamızın heyətində Bilalhəbəşi Nəzərov (48 kq) isə finalda Tamta Briyeşlə (Hindistan) üz-üzə gəlib. Yığma üzvü 2:3 (29:28, 30:27, 29:28, 28:29, 28:29) hesabı ilə məğlub olduğundan gümüş medala sahib olub.
Qeyd edək ki, yarışda 22 ölkədən 245 boksçu mübarizə aparıb.
11-03-2024, 12:47
Prezident Elçin Məmmədova “general-mayor” rütbəsini verdi


Prezident Elçin Məmmədova “general-mayor” rütbəsini verdi

Polkovnik Elçin Əli oğlu Məmmədova “general-mayor” ali hərbi rütbəsi verilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, Elçin Məmmədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Ali Hərbi Məktəbinin rəisidir.
11-03-2024, 12:34
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında martın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə havanın arabir çiskinli olacağı ehtimalı var.
Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-3° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.
10-03-2024, 17:54
Gimnastlarımız turnirdə altı medal qazandılar


Gimnastlarımız turnirdə altı medal qazandılar

Azərbaycan gimnastları Polşanın Krakov şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 11-ci Vavel turnirində altı medal qazanıblar.
Milli komandanın heyətində tamblinq növü üzrə Adil Hacızadə və Aleksey Karataşov qızıl, Mixail Malkin və Xətai Hümbətov gümüş, Bilal Qurbanov isə bürünc mükafata yiyələnib. Batut gimnastikasında isə Fərhad Vəliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, turnirə bu gün - martın 10-da yekun vurulacaq.
10-03-2024, 16:29
Millimizin kapitanı Macarıstan Kubokunu qazandı


Millimizin kapitanı Macarıstan Kubokunu qazandı[/color]

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvləri Ayşən Abdulazimova və Marqarita Stepanenko Macarıstan Kubokunun finalında üz-üzə gəliblər.
Yığmanın kapitanı A.Abdulazimovanın formasını geyindiyi “Vasas Obuda” və hücumçu M.Stepanenkonun şərəfini qoruduğu “Swietelsky-Bekescsaba” komandalarının final qarşılaşmasından birincilər üstün ayrılıblar.
Rəqibini 3:0 hesabı ilə məğlub edən “Vasas Obuda” növbəti dəfə kubokun sahibi olub.
Final görüşündə Abdulazimova 7 dəfə fərqlənib. O, bu xallardan 5-ni hücumda, 1-ni blokda, digərini də eyslə qazanıb. Millimizin kapitanı hücumda 83 faiz nəticə ilə qarşılaşmada bu göstərici üzrə ən yaxşı oyunçu olub.
Stepanenko isə 15 xal qazanıb. O, 14 dəfə hücumda, 1 dəfə isə blokda fərqlənib.
10-03-2024, 16:01
DİM buraxılış imtahanı keçirdi - Bu səbəbdən şagirdlər xaric olundu


DİM buraxılış imtahanı keçirdi - Bu səbəbdən şagirdlər xaric olundu

DİM martın 10-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
DİM-dən verilən xəbərə görə, ilkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon, 1 nəfərdə isə ağıllı saat aşkarlandığı üçün imtahandan xaric edilib. Qeyd olunan hallarla bağlı araşdırma aparılır.
İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti başa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.
Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı gətirməyi unutmasınlar.
10-03-2024, 15:27
İşğaldan azad olunmuş bu rayonlarda da buraxılış imtahanı keçirildi


İşğaldan azad olunmuş bu rayonlarda da buraxılış imtahanı keçirildi

Bu gün işğaldan azad olunmuş Laçın, Füzuli və Zəngilan rayonlarında buraxılış imtahanı keçirilib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
DİM ilk dəfə yeni istifadəyə verilmiş Laçın şəhər 2№-li tam orta məktəb, Zabux kənd tam orta məktəbi və Füzulidə M.Uluqbəy adına 1№-li məktəbdə imtahan keçirib.
10-03-2024, 15:20
53 mindən çox şagird buraxılış imtahında iştirak edib - DİM


53 mindən çox şagird buraxılış imtahında iştirak edib - DİM

Dövlət İmtahan Mərkəzi (DİM) martın 10-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
Bu barədə DİM-dən bildirilib.
İmtahan 33 şəhər və rayonda təşkil olunub. İmtahanda 53102 şagirdin iştirakı nəzərdə tutulurdu.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 236 imtahan binası, 4043 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 236 ümumi imtahan rəhbəri, 653 imtahan rəhbəri, 5 021 nəzarətçi, 704 buraxılışı rejimi əməkdaşı (mühafizə) və 236 bina nümayəndəsi ayrılıb.
Bu gün işğaldan azad olunmuş Laçın, Füzuli və Zəngilan rayonlarında da buraxılış imtahanı keçirilib. Dövlət İmtahan Mərkəzi ilk dəfə yeni istifadəyə verilmiş Laçın şəhər 2№-li tam orta məktəb, Zabux kənd tam orta məktəbi və Füzulidə M.Uluqbəy adına 1№-li məktəbdə imtahan keçirib.
İmtahanda ümumilikdə 63 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb.
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə fərdi nəzarətçilər təyin edilib.
İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon, 1 nəfərdə isə ağıllı saat aşkarlandığı üçün imtahandan xaric edilib. Qeyd olunan hallarla bağlı araşdırma aparılır.
İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti başa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.
Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı gətirməyi unutmasınlar.
Martın 11-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.
Xatırladaq ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) cavabları da imtahandan dərhal sonra Mərkəzin saytına yerləşdirilib. İştirakçılar doğru cavab etalonları ilə buradan tanış ola bilərlər.
İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) isə DİM-in internet saytının "Xidmətlər" bölməsində > “E-xidmətlər” > "DİM-in nəşrlərinin elektron versiyalarının satışı" > “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. (Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal/).

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!