Nyu-Yorkda Azərbaycan bayrağı ucaldıldı - FOTO .....                        Bərdədə faciə - nənə və nəvə dəm qazından öldü .....                        Məşhur şirkətdən 40 min manatlıq oğurluq edildi .....                        Şuşa əməliyyatının YENİ DETALLARI - XTQ üzvü gizlinləri açdı .....                        Daha bir cüdoçumuz İslamiadada qızıl medal qazandı .....                        Fransa borclarına görə 74 milyard avro faiz ödəyəcək .....                        Əsgərlərimizin andiçmə mərasimləri keçirilib - VİDEO .....                        İrandakı səfirliyimizdə Zəfər Günü münasibətilə rəsmi qəbul .....                        "ABŞ-la danışıqları bərpa etmək mümkün deyil" .....                       
7-09-2023, 19:05
Qarabağdakı “humanitar vəziyyət”in yeganə günahkarı erməni rejimidir


Qarabağdakı “humanitar vəziyyət”in yeganə günahkarı erməni rejimidir

“Qarabağda bugünkü "humanitar vəziyyət"in yeganə günahkarı erməni separatçı rejimidir”.
Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov DW-yə müsahibəsində deyib.
“Ermənistanın indi bütün dünyada başlatdığı kampaniya Azərbaycanı ləkələmək və bizi bütün mümkün günahlarda ittiham etmək, eləcə də humanitar çətinliklərlə bağlı manipulyasiya etmək üçün taktiki addımdır. Bu kampaniya ilə o yerlərdə status-kvonu gücləndirməyə, sülh prosesində iştirakı imitasiya etməyə və irəliləyişin olmamasına görə bütün günahı Azərbaycanın üzərinə atmağa çalışır. Eyni zamanda Azərbaycan sülh prosesində irəliləmək üçün xoş niyyətini və səmimi istəyini dəfələrlə sübut edib. Çünki Ermənistana sülh sazişi layihəsi, kommunikasiyaların bərpası və dövlət sərhədinin delimitasiyası ilə bağlı müzakirələr aparmağı biz təklif etmişik. "Humanitar böhran"ın yeganə məsuliyyəti Azərbaycanın suverən ərazisində olan separatçıların üzərinə düşür”, - o qeyd edib.
E.Əmirbəyov əlavə edib ki, Laçın yolu ilə hər gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) avtomobillərinin, təcili yardım maşınlarının, Qarabağın erməni sakinlərinin və bütün lazımi ərzaqları daşıyan digər nəqliyyat vasitələrinin gediş-gəlişinin təşkil edildiyi bir vaxtda Qarabağın “blokada”da olduğunu söyləmək olmaz: "Bundan başqa, Ermənistan və separatçılar vəziyyəti siyasiləşdirərək beynəlxalq ictimaiyyətin diqqətini dalana dirədikləri əsas sülh prosesindən yayındırmaq istəyirlər. Belə ki, onların Ağdam-Xankəndi yolu ilə ərzaq tədarükündən imtina etməsi vəziyyətin humanitar yox, siyasi xarakter daşıdığının sübutudur. Əgər əhalinin humanitar yardıma ehtiyacı olarsa, lakin onlar həyati əhəmiyyətli qərarlardan imtina edirlərsə, o zaman heç kəsə bunun humanitar böhran olduğunu sübut edə bilməz".
7-09-2023, 18:40
DİN Başçısı türkiyəli həmkarıyla əməkdaşlıqlarını müzakirə etdi


DİN Başçısı türkiyəli həmkarıyla əməkdaşlıqlarını müzakirə etdi

Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov ölkədə səfərdə olan Türkiyənin daxili işlər naziri Ali Yerlikayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb, əməkdaşlıq yüksək qiymətləndirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
V.Eyvazov Azərbaycanın Türkiyə ilə əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini, Ulu Öndər Heydər Əliyevin bu sahədəki xidmətlərini, onun “Bir millət, iki dövlət” siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu məmnunluqla xatırladıb.
Azərbaycanda mövcud olan sabitliyin əhəmiyyətini xüsusi qeyd edən nazir bildirib ki, asayişin və təhlükəsizliyin etibarlı qorunması vətəndaşlarımızın, xarici investorların, o cümlədən türkiyəli iş adamlarının ölkəmizin iqtisadiyyatına sərmayə qoymalarına və əmin-amanlıq şəraitində yaşayıb fəaliyyət göstərmələrinə əlverişli şərait yaradıb.
Nazir Azərbaycan Polisinin və DİN-in Daxili Qoşunlarının respublikada ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə əldə etdiyi müsbət nəticələri də nəzərə çatdıraraq fəaliyyətin təkmilləşdirilməsinə Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən Jandarm Qüvvələrinin xüsusi rolunu və xidmətlərini məmnunluqla vurğulayıb və Ali Yerlikayanın şəxsində Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən Jandarm Qüvvələrinin rəhbərliyinə təşəkkür edib.
V.Eyvazov Ali Yerlikayanın Azərbaycana ilk rəsmi səfərinin əlaqələrimizin inkişafına və dərinləşməsinə də müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib.
Türkiyənin daxili işlər naziri respublikamıza səfərindən, dost və qardaş ölkələrimizin bölgədə əmin-amanlığa və sabitliyin yaradılmasına ciddi əngəl olan qlobal problemlərə, o cümlədən mütəşəkkil cinayətkarlığın bütün təzahürlərinə qarşı hər zaman vahid mövqedən və birgə səylərlə çıxış etmələrindən, Azərbaycanın sürətli inkişafından, ölkəmizdə yaradılmış sabitlikdən məmnunluğunu ifadə edib.
O həmçinin iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, əlaqələrin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, əməkdaşlığın, təcrübə mübadiləsinin xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət etdiyini vurğulayıb.
Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə olunub.
7-09-2023, 17:55
Həbs müddəti başa çatmış erməni əsilli futbolçular azadlığa buraxıldı


Həbs müddəti başa çatmış erməni əsilli futbolçular azadlığa buraxıldı

İnzibati həbs müddəti başa çatmış 3 nəfər erməni əsilli futbolçu azadlığa buraxılıb.
Bu barədə Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmiş 3 nəfər erməni əsilli futbolçu avqustun 28-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb və Azərbaycan dövlətinin humanist dəyərlərə sadiqliyinin nümunəsi olaraq barələrində cinayət təqibinə xitam verilərək cinayət məsuliyyətindən azad edilib və İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsilə (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) başlanmış icraat üzrə onların hər üçü məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Bu gün həmin şəxslərin tənbeh müddəti başa çatdığından onlar azad olunaraq Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının müşayiətilə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq Laçın sərhəd-keçid məntəqəsindən Ermənistan Respublikasına keçmələri təmin edilib.
Azad olunan şəxslər onlara göstərilən humanizmə görə Azərbaycan dövlətinə təşəkkür edərək, həbsdə olduqları müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının tam təmin olunduğunu, saxlanma şəraiti və göstərilən münasibətdən razı olduqlarını, hər hansı şikayətlərinin olmadıqlarını bildiriblər.
7-09-2023, 17:04
MİQ üzrə vakansiya seçimləri yekunlaşdı


MİQ üzrə vakansiya seçimləri yekunlaşdı

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin vakansiya seçimləri bu gün yekunlaşıb.
Bu barədəTəhdil İnstitundan məlumat verilib.
Belə ki, sentyabrın 5-də başlayan vakansiya seçimi 7 sentyabr saat 12:00-da yekunlaşıb.
Namizədlərə şəxsi səhifələrinə daxil olaraq 4 vakant yer seçimi edə bilmək imkanı yaradılıb.
7-09-2023, 16:48
Laçında qəza - Yaralanan 3 nəfər helikopterlə Bakıya gətirildi


Laçında qəza - Yaralanan 3 nəfər helikopterlə Bakıya gətirildi

Sentyabrın 7-də saat 08:30-da Laçın rayonu Ağanus kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.
Qeyd edilib ki, hadisə nəticəsində “Toyota” markalı avtomobildə olan “AbCon" QSC-yə məxsus podratçı şirkətin 3 nəfər əməkdaşı – Gözəlov Muxtar, İbiyev Məhəmməd və Qurbanov Anar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılara ilkin tibbi yardım göstərildikdən dərhal sonra Dövlət Sərhəd Xidmətinin tibbi helikopteri ilə həkimlərin nəzarəti altında Bakı şəhərinə təxliyəsi təmin edilib.

7-09-2023, 16:39
Normallaşma prosesində İran tərəfdən müsbət siqnallar alırıq - Hikmət Hacıyev


Normallaşma prosesində İran tərəfdən müsbət siqnallar alırıq - Hikmət Hacıyev

Azərbaycan iki ölkə arasında münasibətlərin normallaşması məsələsində İran tərəfdən müsbət siqnallar alır.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin beynəlxalq “i24NEWS” telekanalına müsahibəsində deyib.
O qeyd edib ki, Azərbaycanın bütün qonşularla yaxşı münasibət qurması çox vacibdir.
"Ölkənin yürütdüyü siyasət Azərbaycanın həmsərhəd olduğu bütün ölkələrlə sabit və qarşılıqlı faydalı əlaqələr saxlamaqdan ibarətdir. İranla Azərbaycan arasında müəyyən anlaşılmazlıqlar olub. Amma biz diplomatik kanallardan və dialoqdan istifadə edərək bunu həll etməyə çalışırıq və İran tərəfdən də müsbət siqnallar alırıq”, - Hikmət Hacıyev bildirib.
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan bu səhifəni çevirmək və bütövlükdə regionda, həmçinin iki ölkə arasında əməkdaşlıq və dialoq üçün daha əlverişli mühit yaratmaq üçün iranlı həmkarları ilə diplomatik təmasları davam etdirir.
7-09-2023, 16:06
Dövlət qulluğuna qəbul imtahanının nəticələrinə dəyişiklik edildi


Dövlət qulluğuna qəbul imtahanının nəticələrinə dəyişiklik edildi

Dövlət qulluğuna qəbul üzrə müsabiqənin B
növü üzrə 13 avqust 2023-cü ildə keçirilmiş test imtahanı ilə bağlı namizədlərin Dövlət İmtahan Mərkəzinə daxil olan müraciətləri araşdırılıb və onların imtahan nəticələrinə təsir göstərə bilən hallar təkrar təhlil olunub.
DİM-dən verilən məlumata görə, aparılan araşdırmalar zamanı Qanunvericilik proqramına (BA vəzifə qrupu üzrə) aid olan bir açıq tipli test tapşırığının tərtibatı ilə əlaqədar fikir ayrılığı yarandığı üçün ekspertlərin yekun rəyinə əsasən etalonda götürülmüş cavabların düzgün hesab olunması şərti ilə digər bir cavab variantının da düzgün cavab olaraq qəbul olunması məqsədəuyğun hesab edilib. Beləliklə, BA vəzifə qrupu A variantı üzrə 55 saylı və B variantı üzrə eyni məzmunlu 49 saylı tapşırığın cavabını “1, 2, 4” qeyd edən namizədlər də həmin sualı düzgün cavablandırmış hesab ediliblər.
İmtahanda istifadə olunan digər test tapşırıqlarının məzmununda heç bir elmi-metodiki qüsur aşkar olunmayıb.
Qeyd: Namizədlər müvafiq dəyişikliklə DİM-in saytında imtahan nəticələri ilə bağlı səhifələrində tanış ola bilərlər.
7-09-2023, 15:39
Prezident Şimali Kiprin nümayəndələrinə xüsusi olaraq müraciət etdi


Prezident Şimali Kiprin nümayəndələrinə xüsusi olaraq müraciət etdi

“Bu gün bizim aramızda ilk dəfə olaraq Şimali Kiprin nümayəndəsi də iştirak edir. Şimali Kipr türk qardaşlarımızı xüsusilə salamlamaq istəyirəm”.
Bu sözləri Prezident İlham Əliyev sentyabrın 7-də Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və “Bakı-2023” beynəlxalq təliminin iştirakçıları ilə görüşdə deyib.
“Nazir burada müşahidəçi kimi, amma eyni zamanda, öz bayrağı ilə təmsil olunur. Təbii ki, Şimali Kiprin bayrağı da bizim tədbirdə dalğalanmalıdır və dalğalanacaqdır. Azərbaycan bütün Türk dünyasında birləşən qardaşlarımızın hər zaman yanında olubdur və çox sevindirici haldır ki, son Zirvə görüşündə Şimali Kipr Türk Dövlətləri Təşkilatına müşahidəçi seçilmişdir. Bu münasibətlə bütün türk qardaşlarımızı ürəkdən təbrik edirəm. Bu, bir daha bizim birliyimizi göstərir, bir daha iradəmizi göstərir. Onu göstərir ki, biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq”, - deyə dövlət başçısı əlavə edib.
Qeyd edək ki, bu gün İlham Əliyev Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və “Bakı-2023” beynəlxalq təliminin iştirakçıları ilə görüşüb. Onlar arasında Şimali Kiprin daxili işlər naziri Dursun Oğuz da olub.
7-09-2023, 15:23
Azərbaycanımızın uzatdığı yardımı minnətdarlıqla yad etmək istəyirəm - Nazir


Azərbaycanımızın uzatdığı yardımı minnətdarlıqla yad etmək istəyirəm - Nazir

"Azərbaycanımızın uzatdığı yardım əlini hüzurunuzda bir daha minnətdarlıqla yad etmək istəyirəm. Məlum olduğu kimi, çox böyük bir acını geridə qoymağa çalışırıq. Bu dövrdə Zati-alinizin liderliyi ilə Azərbaycanın qardaş köməyi nəcib millətimiz tərəfindən heç vaxt unudulmayacaq".
Bu sözləri Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sentyabrın 7-də Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.
"Yardımımıza ilk gələn Azərbaycan olduğu kimi, ən son ayrılan axtarış-xilasetmə heyətləri də yenə Azərbaycanın heyətləri olmuşdur. Bütün maddi və mənəvi dəstəklərini bizə çatdırmaq üçün səfərbər olan azərbaycanlı qardaşlarımıza minnətdarlığımızı nə qədər ifadə etsək azdır", - türkiyəli nazir söyləyib.
Türkiyənin daxili işlər naziri təbii fəlakət və fövqəladə halların idarə edilməsi sahəsində həyata keçirdikləri fəaliyyət barədə məlumat verib, Azərbaycanın aidiyyəti qurumları ilə əməkdaşlıqdan danışıb və bu əməkdaşlığı hər iki ölkənin dövlət başçılarının səmimi münasibətlərinə əsaslanaraq daha da gücləndirəcəklərini bildirib.
7-09-2023, 15:10
Ermənilərin Xocavənd və Ağdam istiqamətində törətdikləri təxribatın qarşısı alındı


Ermənilərin Xocavənd və Ağdam istiqamətində törətdikləri təxribatın qarşısı alındı

Sentyabrın 7-si saat 12:35-dən 14:00-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!