Yollarımıza düşən inam işığı .....                        Bütün dünyaya sübut etmişik ki, güclü xalqıq - Prezident .....                        İsrail hərbçiləri Suriyanın iki kəndinə girdi .....                        Türkiyə nüvə reaktorlarının tikintisinə başladı .....                        Əfsanəvi boksçu 46 yaşında öldü .....                        Prezident Qarabağ Universitetinin Klinikasının açılışında - FOTO .....                        Prezident Xocalı rayonunun Şuşakənd kəndində olub .....                        Xankəndidə erməni əsilli sakin POLİSƏ QUMBARA ATDI .....                        Qəzzada ölənlərin sayı 64 871 nəfərə çatdı .....                       
19-06-2023, 15:45
Faciəvi qəza: Üzünü “laqonda” kəsən kişi həyatını itirdi


Faciəvi qəza: Üzünü “laqonda” kəsən kişi həyatını itirdi

Astarada üzünü "laqonda" kəsən kişi dünyasını dəyişib. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, iyunun 16-sı saat 09 radələrində 1961-ci il təvəllüdlü Firudin Zeynalov Astara rayonun Pensər kəndindəki mağazalardan birinin həyətində diskli kəsici alətlə ("laqonda") işləyərkən val yerindən çıxaraq sifət nahiyəsini kəsib və nəticəsində o, aldığı xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
19-06-2023, 14:50
Yaşı 60 və yuxarı olan müəllimlər MİQ imtahanında iştirak etməyəcək


Yaşı 60 və yuxarı olan müəllimlər MİQ imtahanında iştirak etməyəcək

Yaşı 60 və yuxarı olan müəllimlərin MİQ imtahanında iştirakı ləğv edilib. Bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bildirib. "20-24 iyul tarixində keçirilən imtahanda yaşı 60 və daha artıq olan müəllimlərin iştirakı nəzərdə tutulmur. Könüllü də iştirak edə bilməyəcəklər. Onların iştirakı ləğv olunub", - deyə qurum rəhbəri qeyd edib.
19-06-2023, 14:14
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu


Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

İyunun 19-u saat 13:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.
19-06-2023, 12:15
Baş Prokurorluq Ağdamdakı kütləvi məzarlıqla bağlı məlumat yaydı


Baş Prokurorluq Ağdamdakı kütləvi məzarlıqla bağlı məlumat yaydı

Baş Prokurorluq Ağdamda tapılan kütləvi məzarlıq barədə məlumat yayıb. Məlumatda deyilir: "İyunun 19-u saat 09 radələrində Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insan sümüklərinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Ağdam rayon prokurorluğunda araşdırma aparılır".
19-06-2023, 11:30
Rayonlara yağış yağıb, dolu düşüb


Rayonlara yağış yağıb, dolu düşüb

Milli Hidrometeorologiya Xidmətinin iyunun 19-u saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, bəzi yerlərdə intensiv və güclü olub. Xidmətdən verilən xəbərə görə, düşən yağıntının miqdarı Qaxda 35 mm, Tovuzda 31 mm (aylıq normanın 55 faizi ), Cəfərxan (aylıq normanın 97 faizi), Şəkidə 25 mm, Naftalanda 24 mm, Sabirabadda 20 mm (aylıq normanın 73 faizi), Hacıqabulda 19 mm (aylıq normanın 98 faizi), Gəncədə 19 mm, Göygöl, Ağdamda 18 mm, Qusarda 13 mm, Oğuzda 10 mm, İmişli, Şahdağda 9 mm, Tovuzda 7 mm Balakən, Biləsuvarda 6 mm, Qəbələ, Şabran, Şirvan, Şahbuz, Daşkəsən, Şəmkirdə, Gədəbəy, Xaltan, Quba, Altıağac, Beyləqan, Şamaxı, Tərtər, Mingəçevir, Şamaxı, Qrız, Sədərək, Ceyrançöl, Ağstafa, Zaqatala, Qobustan, Bərdə, Yevlax, Zərdab, Yardımlı, Neftçalada 1-5 mm, Bakıda və Abşeron yarımadasında 2 mm-dək olub. Şimal-qərb küləyi Bərdədə 28, Goranboyda 25, Gəncədə 24, Cocuqmərcanlı, Daşkəsəndə 23, Naftalan, İsmayıllı, Göyçayda 22, Şəmkir, Oğuz, Tərtər, Bərdə, Mingəçevirdə 18, Sabirabadda 17, Naxçıvan, Göygöldə 16, Zaqatala, Şəkidə 15, Bakıda və Abşeron yarımadasında 22 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2 metrə çatıb. İyunun 18-də saat 20:00 radələrində Tovuz rayonu ərazisindən axan Əsrikçaydan sel keçib. Saat 17:00 radələrində Qubadlı rayonu ərazisinə dolu düşüb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 34, dağlıq rayonlarda 24, Aran rayonlarında 37 dərəcəyədək isti olub.
19-06-2023, 11:16
XİN Başçısı İngiltərəyə işgüzar səfərə yollandı


XİN Başçısı İngiltərəyə işgüzar səfərə yollandı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfərə yola düşüb. XİN-dən bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Azərbaycan Respublikası ilə Birləşmiş Krallıq arasında strateji dialoqda, eləcə də Ukrayna Bərpa Konfransında iştirakı nəzərdə tutulub. Səfər çərçivəsində nazirin bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşləri, beyin mərkəzlərində çıxışları planlaşdırılır.
19-06-2023, 11:05
Ağdam rayonunda kütləvi məzarlıq aşkar edildi


Ağdam rayonunda kütləvi məzarlıq aşkar edildi

Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndində kütləvi məzarlıq aşkar edilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aşkar edilən məzarlıqda dörd insanın qalığının olması ehtimal edilir. Skeletlərin aşkarlandığı əraziyə baxış zamanı yaxınlıqda hərbi yük avtomobilinin qalıqları da müəyyən edilib. Ehtimala görə, Birinci Qarabağ müharibəsi zamanı ermənilər 4 nəfəri həmin avtomobildə qətlə yetirib. Meyitləri isə quyuya ataraq basdırıblar.



18-06-2023, 15:43
Şamaxıda ilk Hava Şarı Festivalı keçirilir


Şamaxıda ilk Hava Şarı Festivalı keçirilir

Bu gün Şamaxı rayonunda ilk Hava Şarları Festivalı (Balloon Festival) başlayıb. İyunun 18-də isə rayonun Meysəri kəndi üzərindən səmaya müxtəlif rəngdə, fərqli forma və dizaynda hazırlanan hava şarları qalxıb. Uçuş Şamaxının tarixi və müasir mənzərəli yerlərini əhatə edib. Hava şarlarını beynəlxalq sertifikatlı pilotlar idarə edib. Qeyd edək ki, havaya qalxacaq şarlar maraqlı dizaynları ilə fərqlənir.
18-06-2023, 15:15
Ərdoğan Şuşada Baş Konsulluq açmağa hazırdır


Ərdoğan Şuşada Baş Konsulluq açmağa hazırdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçildikdən sonra ikinci xarici rəsmi səfərini Azərbaycana edib. İyunun 13-14-də baş tutan səfər bir çox məqamla yadda qalıb. Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş turan səfər zamanı Ərdoğanı xanımı Əminə Ərdoğan, Türkiyənin yeni hökumətinin əsas üzvləri, ATA İttifaqının prezident seçkilərində namizədi olmuş Sinan Oğan və digər şəxslər müşayiət edib. Səfər zamanı Türkiyə Prezidenti iki ölkə arasında əlaqələr, yeni imkanlar, Zəngəzur dəhlizi, Şuşada Baş Konsulluğun açılması məsələlərinə toxunub. Maraqlıdır, Türkiyə liderinin Azərbaycana səfərində səsləndirdiyi mesajların siyasi əhəmiyyətini necə qiymətləndirmək olar? Məsələ ilə bağlı danışan türkiyəli ekspert İmbat Muğlu bildirib ki, Rəcəb Tayyib Ərdoğanın səfəri və verdiyi mesajlar tarixi əhəmiyyət daşıyır: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçildikdən sonra ilk xarici səfərlərindən birini Azərbaycana etdi. Bu, iki ölkə arasında əlaqələrin yüksək olduğunun sübutudur. Prezident Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev ilə nümayəndə heyətləri arasında keçirilən görüşdə Türkiyə-Azərbaycan qardaşlığının bütün dünyada həsədlə izlənildiyini vurğuladı. Rəcəb Tayyib Ərdoğan bununla bizim ayrılmaz bir millət olduğumuzu bir daha bütün dünyaya bəyan etdi. O, eyni zamanda bu münasibətləri daha da inkişaf etdirmək əzmində olduqlarını da bildirdi. Ərdoğanın Azərbaycana səfəri zamanı digər diqqət çəkən məqam Şuşada Baş Konsulluğun açılması üçün çalışıldığını deməsidir. Prezident bildirdi ki, istənilən vaxt Şuşada Baş Konsulluq açmağa hazırdır. Şuşada Baş Konsulluğumuz açılsa, bu, başda Ermənistan olmaqla bütün dünyaya fərqli mesaj olacaq. Digər tərəfdən Maarif Fondumuz Azərbaycan hakimiyyətinin dəstəyi ilə təhsil sahəsində fəaliyyətini davam etdirir. Gələn il yeni təhsil şəhərciyini də açmağı planlaşdırırıq. Ərdoğan və İlham Əliyev dünyaya birlik mesajı verdiyi bir vaxtda, Zəngəzur məsələsinin tez həll edilməli olduğunu və Zəngəzur dəhlizinin açılmasının qaçılmaz olduğunu da bildirdilər. Bütün tərəflərə məlumdur ki, bu dəhlizin açılışı bütün ölkələr üçün yeni imkanlar açacaq”, - deyə ekspert bildirib.
18-06-2023, 14:17
65 xəstə erməni öz vətənlərinə təxliyə olunub


65 xəstə erməni öz vətənlərinə təxliyə olunub

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tibbi ehtiyacları olan şəxslərin Laçın yolu ilə keçərək Ermənistana təxliyəsini həyata keçirib. Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib. “Bu ay biz humanitar neytral vasitəçi rolunda çıxış edərək, 65 nəfər xəstənin və onların ailə üzvlərinin təxliyə olmasına yardımçı olmuşuq”, - deyə o bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!