Türkiyənin hazırkı Konstitusiyası 1982-ci ildə qəbul edilib və artıq dövrümüzün çağırışlarına cavab vermir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O qeyd edib ki, Ədalət və İnkişaf Partiyası ötən il ölkənin Konstitusiya layihəsini hazırlayıb, lakin bu təşəbbüs digər siyasi qüvvələr tərəfindən lazımi dəstək almayıb. “Müəyyən dairələr Türkiyənin məhkəmə sistemini cinayət təşkilatlarının alətinə çevirməyə çalışır. Biz buna imkan verməyəcəyik. Dünya ictimaiyyəti birdəfəlik dərk edir ki, Türkiyə Cümhuriyyəti qaranlıq qüvvələrin rəhbərlik etdiyi dövlət deyil”, - deyə Ərdoğan vurğulayıb.
Bu gün Rumıniyanın Konstansa şəhərində çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçirilib. Butov.az xəbər verir ki, baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında mundialda ölkəmizi 4 idmançı təmsil edib. Hüseyn Sevdimov (50 kq), Ziya Göyüşov (60 kq), Vüsal Əliyev (70 kq) və Anar Cəfərli (80 kq) uğurlu çıxış ediblər. Belə ki, güləşçilərimiz bütün rəqiblərinə qalib gələrək dünya çempionu olublar. Beləliklə, maksimum nəticəyə imza atan yığmamız 100 xalla komanda hesabında dünya çempionu olub. Moldova 61 xalla ikinci, Fransa isə 48 xalla üçüncü yeri tutub. Xatırladaq ki, komandamız iyulda Yunanıstan Katerini şəhərində keçirilən Avropa çempionatında da maksimum nəticə göstərmişdi.
Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib. Butov.az xəbər verir ki, ilk oyun günündə "Qarabağ" klubu Qəbələdə "Kəpəz"in qonağı olub. Qarşılaşma "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Rəqiblərindən bir oyun az keçirən "Qarabağ" xallarının sayını 12-ə yüksəltməklə lider "Sabah"a çatıb. 5 görüşün hamısında uduzan "Kəpəz" isə sonuncu - 10-cu yerdədir.
Azərbaycanda son sutkada koronavirus əleyhinə 1290 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 235, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 184, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 737, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 137 nəfərdir. Ölkəmizdə bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 861 686 olub.
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 561 yeni yoluxma faktı qeydə alınıb, 595 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb. İndiyədək ümumilikdə 813 998 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 800 722 nəfər müalicə olunaraq sağalıb, 9805 nəfər vəfat edib, aktiv xəstə sayı 3471 nəfərdir. Son sutka ərzində 4071, hazırkı dövrədək isə 7 159 317 test aparılıb.
Sərhəd pozucuları saxlanılıb - 22 nəfəri əcnəbidir
Dövlət Sərhəd Xidməti tərəfindən 2022-ci ilin avqust ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya, narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilib. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, ay ərzində dövlət sərhədini pоzduqlarına görə 67 nəfər saxlanılıb, оnlardan 45 nəfəri Azərbaycan Rеspublikası, 1 Şri-Lanka, 1 Türkiyə, 1 Banqladeş, 7 Hindistan, 5 İran İslam Respublikası, 2 Özbəkistan, 5 Pakistan vətəndaşları оlublar. Etibarlı sərhəd nəzarətinin təşkili, qanunsuz miqrasiya ilə mübarizə fəaliyyətləri çərçivəsində 31 halda dövlət sərhədini saxtalaşdırılmış pasport, Şengen vizaları və tarix möhürləri ilə keçməyə cəhd göstərmiş 35 nəfər saxlanılıblar. Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 673 halda 729 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Rеspublikası hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 237 nəfər aşkarlanaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan olan 537 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 17 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb. Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 156 kq 465 qram narkоtik vasitə və 800 ədəd psixotrop həb qanunsuz dövriyyədən çıxarılıb. Dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi və xilasetmə tədbirləri çərçivəsində 2 nəfər dənizdə batma təhlükəsindən xilas edilib. Qaçaqmalçılıqla mübarizə fəaliyyətləri nəticəsində ümumi dəyəri təqribən 3 milyon 405 min 367 manat оlan qaçaqmal, о cümlədən tütün məmulatları, zinət əşyaları və spirtli içkilər saxlanılıb. Dövlət sərhədlərimizin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir.
Sülhməramlıların bütün postları Laçından götürülüb
Rusiya sülhməramlı qüvvələrinin bütün postları Laçın şəhərindən götürülüb. Hazırda Laçın şəhərində Azərbaycan hərbi qulluqçuları xidmət aparır. Azərbaycan Ordusu tərəfindən Laçın şəhərinin və ətraf ərazilərin mühafizəsi həyata keçirilir. Xatırladaq ki, avqustun 26-da Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.
Rusiya lideri Vladimir Putin SSRİ-nin ilk və son prezidenti olmuş Mixail Qorbaçovun dəfn mərasimində iştirak edə bilməyəcək. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O, Putinin hazırda Kalininqradda olduğunu, səfərdən əvvəl Mərkəzi Klinik Xəstəxanada Qorbaçovla vidalaşdığını deyib. “Kalinqrada yola düşməzdən əvvəl prezident Mərkəzi Klinik Xəstəxanada dayandı və Mixail Sergeyeviç Qorbaçovla vidalaşdı. Bilirik ki, vida və dəfn mərasimi sentyabrın 3-də keçiriləcək, amma təəssüf ki, Prezidentin iş qrafiki bunu sentyabrın 3-də etməyə imkan vermədiyi üçün bu gün Mixail Qorbaçovla vidalaşmaq qərarına gəlib", - deyə Kremlin sözçüsü qeyd edib.
Müdafiə Nazirliyi Laçın rayonunun Sus kəndindən yeni videogörüntülər yayıb. Butov.az həmin görüntüləri təqdim edir:
Xatırladaq ki, avqustun 26-da Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.
İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır - Prezident
Bugünkü mərasim Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasında keçirilir. Bu, yeni binada keçirilən ilk tədbirdir. Romanın tarixi məhəlləsində yerləşən bu tarixi bina bu gün öz qapılarını açır və eyni zamanda, bu binada Azərbaycanın Mədəniyyət Mərkəzi də fəaliyyət göstərəcək. Bu barədə Prezident İlham Əliyev Romada İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimindən sonra çıxışında bildirib. “Mən çox şadam ki, bu binada keçirilən ilk tədbir məhz təhsil sahəsinə aiddir. Bu gün İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır. Təhsil sahəsində biz yeni genişmiqyaslı əməkdaşlığa başlayırıq. İki il bundan əvvəl İtaliyada dövlət səfərində olarkən mən bu təkliflə çıxış etmişdim ki, İtaliya-Azərbaycan Universiteti yaradılsın. İtaliya rəhbərliyi də bunu alqışladı və qısa müddət ərzində artıq biz praktiki fəaliyyətə başlayırıq”, - deyə dövlət başçısı vurğulayıb.