Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                       
2-08-2022, 22:07
Gömrük Komitəsinin sədr müavini işdən çıxarıldı


Gömrük Komitəsinin sədr müavini işdən çıxarıldı

Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev vəzifəsindən azad olunub. Butov.az xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb. Digər sərəncamla Bəhruz Quliyev Dövlət Gömrük Komitəsinə yeni sədr müavini təyin edilib. Dövlət Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən faktı təsdiqləyiblər. Qeyd edək ki, B.Quliyev 2009-cu ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 2-ci sərnişin şöbəsinin inspektoru, 2011-ci ildən həmin şöbənin baş inspektoru, 2013-cü ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini, 2015-ci ildən rəisin birinci müavini, 2018-ci ildə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifələrində işləyib. 2022-ci il yanvarın 7-də isə Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub. 2018-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2021-ci ildə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalları ilə təltif olunub. Ailəlidir, 4 övladı var.
2-08-2022, 21:59
Şoyqu Zakir Həsənova zəng etdi - Təhlükəsizlikdən danışdılar


Şoyqu Zakir Həsənova zəng etdi - Təhlükəsizlikdən danışdılar

Avqustun 2-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı tərəflər regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
2-08-2022, 21:53
ABŞ Xəzərdə Azərbaycanla tərəfdaşdır - Səfirlik


ABŞ Xəzərdə Azərbaycanla tərəfdaşdır - Səfirlik

ABŞ Xəzər dənizində sərhəd və dəniz təhlükəsizliyi üzrə Azərbaycanla tərəfdaşdır. Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi açıqlama yayıb. “ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Gevara ölkəmizə səfər edən doktor Jaklin Kellon ilə görüşüb. Doktor Kellon Beynəlxalq Təhlükəsizlik və Nüvə silahlarının Yayılmaması üzrə Dövlət Departamentinin İxrac Nəzarəti və Əməkdaşlıq İdarəsinin, İxrac Nəzarəti və Əlaqəli Sərhəd Təhlükəsizliyi (EXBS) Proqramında rəhbərdir. ABŞ Xəzər dənizində sərhəd və dəniz təhlükəsizliyi üzrə Azərbaycanla tərəfdaşdır. Biz Azərbaycanın kütləvi qırğın silahları və narkotik qaçaqmalçılarının qarşısını almaq bacarığını dəstəkləməyə davam edirik”, - səfirlikdən bildirilib.
2-08-2022, 21:08
Baş nazir AzTV ilə bağlı qərar verdi


Baş nazir AzTV ilə bağlı qərar verdi

"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin strukturu təsdiq edilib. Butov.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin strukturu aşağıdakı kimi olacaq:

1. Departamentlər.

2. Direktorluq.

3. Şöbələr.

4. Bölmələr.
2-08-2022, 19:51
İllik su təsərrüfatı balansı təsdiqləndi


İllik su təsərrüfatı balansı təsdiqləndi

Ölkə üzrə 2021-ci il üçün illik su təsərrüfat balansı təsdiqlənib. İllik su təsərrüfatı balansı su obyektlərində su ehtiyatlarının mövcudluğunun və onlardan istifadə dərəcəsinin qiymətləndirilməsi məqsədi daşıyır. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Ehtiyatlarının İdarə Edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov bildirib. O qeyd edib ki, respublika üzrə illik su təsərrüfatı balansı son üç ilin faktiki məlumatları, cari ilin gözlənilən, növbəti ilin isə rüblük və illik proqnoz göstəriciləri əsasında tərtib edilir. M.Əbdülhəsənovun sözlərinə görə, torpaqlarımızın işğaldan azad olunması nəticəsində artıq iki ildir ki, ölkə üzrə illik su təsərrüfatı balansında Qarabağın və Şərqi Zəngəzurun su ehtiyatları haqqında məlumatlar da öz əksini tapıb. Nazirlik rəsmisi onu da bildirib ki, respublika üzrə illik su təsərrüfatı balansı su təsərrüfatı sahəsində müasir informasiya sisteminin yaradılmasına mühüm dəstəkdir.
2-08-2022, 19:43

Həsənovla Şoyqu telefonla danışıb

Həsənovla Şoyqu telefonla danışıb

Avqustun 2-də Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
2-08-2022, 19:22
Dolların sabaha olan məzənnəsi


Dolların sabaha olan məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 3-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən bildirilib ki, bankın avqustun 3-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.
2-08-2022, 19:14
Daxili İşlər Nazirliyində yeni təyinat


Daxili İşlər Nazirliyində yeni təyinat

Daxili İşlər Nazirliyində yeni təyinat olub. Butov.az xəbər verir ki, polis polkovniki Nəsimi Şikarov Daxili İşlər Nazirliyinin Azərbaycanın Qazaxıstandakı səfirliyi yanında nümayəndəsi vəzifəsindən geri çağırılıb. Daxili işlər nazirinin müvafiq əmri ilə polis polkovniki Nəsimi Şikarov DİN-in Baş Cinayət Axtarışı İdarəsində idarə rəisinin müavini vəzifəsinə təyin edilib.
2-08-2022, 19:07
Şirvan-Salyan yolunda ağır qəza - Ölən var


Şirvan-Salyan yolunda ağır qəza - Ölən var

Sabirabad rayonunda ölümlə nəticələnən zəncirvarı yol qəzası baş verib. Butov.az xəbər verir ki, hadisə Sabirabadın Qaragüney kəndində, Şirvan-Salyan magistralında qeydə alınıb. Xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!