4-08-2022, 09:36
Akar NATO generalı ilə qapalı görüş keçirdiTürkiyənin milli müdafiə naziri Hulusi Akar NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin Ali Baş Komandanı Kristofer Cerard Cavolini qəbul edib. Ordum.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Görüş Ankarada mətbuata qapalı keçirilib. İclasda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülər də iştirak edib.
4-08-2022, 09:30
ABŞ Senatından İsveç və Finlandiyaya “yaşıl işıq” Avqustun 3-də ABŞ Senatı Finlandiya və İsveçin NATO-ya daxil olma protokollarının təsdiq edilməsi haqqında qətnamə qəbul edib, səsvermə hələ davam edir. Lakin sənəd təsdiqlənməsi üçün artıq kifayət qədər səs toplayıb. Bu barədə "C-SPA" telekanalı xəbər yayıb.
Amerika qanunvericiliyinin xüsusiyyətlərinə uyğun olaraq, ratifikasiya proseduru birbaşa ölkə prezidenti tərəfindən həyata keçirilir, Senat isə buna razılıq verir.
Bundan sonra ABŞ prezidenti Co Bayden Stokholm və Helsinkinin NATO-ya daxil olması ilə bağlı müvafiq sənədləri imzalayıb, alyansa göndərməli olacaq.
4-08-2022, 05:21
Talibanla İŞİD arasında atışma Əfqanıstanın paytaxtı Kabildə Taliban və İŞİD üzvləri arasında silahlı atışma baş verib. Şəhərin Kart-e-Sahi ərazisində günorta saatlarında başlayan atışma axşama qədər davam edib. İnsidentlə bağı açıqlama verən Taliban sözçüsü Zabiullah Mücahid İŞİD hücrəsində əməliyyat təşkil edildiyini, burada 4 terrorçunun öldürüldüyünü, birinin isə yaxalandığını bildirib.
Onun sözlərinə görə, İŞİD-çilər şiələrə yönəlik hücumlar planlaşdırırmış. Mücahid əməliyyat zamanı xeyli sayda silah-sursatın da ələ keçirildiyini əlavə edib.