Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
12-01-2022, 17:48
Bakıda 200 metrlik rabitə kabeli oğurlandı - VİDEO

Xəzər rayonu Qala qəsəbəsində yerləşən 5 saylı Rabitə Xidməti Mərkəzinə məxsus 200 metr uzunluğunda rabitə kabeli oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum edilmiş, Qala qəsəbəsində yaşayan Vasif Ağayev saxlanılıb.

O, ifadəsində etdiyi oğurluğu etiraf edib.

Faktla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. V.Ağayevin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur.

Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə məlumat verə bilərlər.




Bütöv.az
12-01-2022, 17:46
Bakıda maşınlara qənim kəsilən dəstənin iş başında görüntüləri - ANBAAN VİDEO

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Yeni Günəşli qəsəbəsində avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Əli Səfərov və Əli Nəbiyev tutularaq istintaqa cəlb ediliblər.

Araşdırma zamanı onların ümumilikdə yeddi avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitələrinin salonundan maqnitofon və digər qiymətli əşyaları oğurladıqları məlum olub.

Həmçinin bu şəxslərin Suraxanı rayonunda yerləşən orta məktəblərdən birinə oğurluq məqsədi ilə daxil olaraq oradan kompüter avadanlıqları və bir ədəd velosiped oğurladıqları sübuta yetirilib.

İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı Əmircan qəsəbəsində evlərdən oğurluq edən paytaxt sakini Ramin Qocayev saxlanılıb. Onun ümumilikdə dörd evdən pul, qızıl-zinət və məişət əşyaları oğurladığı müəyyən edilib.

Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Saxlanılan şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Suraxanı Rayon Polis İdarəsinə, ərazi polis orqanlarına, həmçinin “102” Xidməti-Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi hesablarına məlumat verə bilərlər.



Bütöv.az
12-01-2022, 17:44
Uşaqlar da “Omikron”a yoluxa bilər - VİDEO

Klassik korona ilə müqayisədə “Omikron” ştamına yoluxanlarda xəstəliyin ilkin əlamətləri atipik olur. Yüngül boğazağrısı və ya burun axması halı baş verir.

Bütöv.az xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim İsmayıl Əfəndiyev deyib. O bildirib ki, bəzi hallarda bu əlamətlər xəstələrdə çaşqınlıq yaradır:
“Onlar fikirləşmirlər ki, bu əlamətlər COVİD-19 xəstəliyinin ilkin əlamətləridir. Atipik simptomlar hiss edilirsə, dərhal COVİD-19 testi verilməlidir. Çünki artıq uşaqlar da “Omikron” ştamına yoluxurlar”.


12-01-2022, 17:42
Əsl möcüzə mənbəyi olan bitki -  VİDEO

Lazımi miqdarda nizamlı olaraq istifadə edildiyi təqdirində itburnu təbii ağrıkəsicidir. Mütəmadi olaraq qrip və onun kimi yuxarı tənəffüs yolları infeksiyalarından əziyyət çəkənlər də bu bitkidən istifadə edə bilərlər.

Bütöv.az “Sağlam Yaşam” youtube kanalının itburnun bir çox yerdə rast gəlinməyən faydalarından bəhs edən məlumatını təqdim edir:


12-01-2022, 17:28
Azərbaycan neftinin qiyməti artıb

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

Bütöv.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,21 ABŞ dolları və ya 2,61% artıb 86,88 dollar təşkil edib.
12-01-2022, 17:26
“Caliber”: “Basarkeçərdə erməni təxribatı və Azərbaycan ordusunun cəza tədbirləri” - VİDEO

“Caliber” layihəsinin növbəti süjeti yayımlanıb.

Layihənin “Youtube” kanalında yayımlanan videomaterialda ermənilərin Basarkeçər istiqamətində törətdikləri son təxribatdan bəhs olunur.

Bildirilir ki, Ermənistan baş naziri Nikol Paşinyan bu cür təxribata əl atmaqla məsələyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını cəlb etməyə cəhd göstərir.

Həmçinin “Caliber”in təhlilində ermənilərin törətdiyi son təxribatla bağlı maraqlı detallara toxunulub, erməni tərəfinin itkiləri ilə bağlı daha dəqiq məlumatlara yer verilib.

Ətraflı videoda:



Bütöv.az
12-01-2022, 17:22
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib.

Bütöv.az xəbər verir ki, dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb.

12-01-2022, 17:15
Gəncə Tibb Mərkəzi xəstəni KOR QOYUB... - VİDEOGİLEY

Gözlərimiz Günəşin aydınlatdığı bu dünyaya açılan pəncərə, dünyaya gəldiyimiz gündən köçəcəyimiz günə kimi bizim yolyoldaşımızdır. Onların köməyi ilə dünyanın gözəlliklərini doyunca seyr edir, həyatdan zövq alırıq.Amma Gəncə Tibb Mərkəzinin Hippokrat andına sadiq olmayan həkimi Kərimi Sevinc Samil qızının gözləri ömürlük dünya işığından məhrum edib.

Bütöv.az xəbər verir ki, bu haqda Dünyanınsəsi.Az saytına xəstənin valideyinləri videoşikayət göndəriblər.
Şikayətçilər mətbuat vasitəsi ilə Yeni Gəncə Tibb Mərkəzinin Neyrocərrah Dr.Zaur Ramixanovun uğursuz əməliyatından övladının ömürlük dünya işığından məhrum edilməsindən Baş prokuror Kamran Əliyev cənablarına səsləniblər.
Belə ki, Neyrocərrah Dr. Zaur Ramixanov xəstənin valideyinlərinə söz verib ki, lazım olan məbləği ödəyin əməliyat edib övladınız sap-sağlam sizə verəcəm.lazım olan məbləği ödəyən gəncə sakinləri sonda övladının gözünün dünya işığından məhrum edilmiş halda təhvil alıblar.
Gəncəli sakinlər qeyd edirlər ki, 10 min manata yaxın pul dilənib övladlarının sağalması üçün Zaur Ramixanova veriblər.Hazırda ailə üzvülərinə məxsus olan qızıl-ziynət əşyaları hamısı girovdadır.Bu gün 11.01.2022-ci il tarixdə Kərimi Sevinc Samil qızının ailə üzvüləri yeni Gəncə masivində yerləşən Tibb Mərkəzinə gedib həkimlə görüşmək istəkləri böyük səs-küyə səbəb olub.Rəhbərlik işə qarışdıqdan sonra onlar Zaur Ramixanovla birtəhər görüşə biliblər.Həkim xəstənin valideyinlərinə bildirib ki, mən əməliyyat zamanı beyində damarın zədələnməsindən xəbərsiz olmuşam.Onun üçündə siz mütləq xəstənizi paytaxt Bakıya aparmalısınız.
Xəstə sahibləri isə tibb mərkəzinə ödəmiş olduqları vəsaitin geri qaytarılması üçün ümidlərini Baş prokuror Kamran Əliyev cənablarına bağlayıblar.Bəklkə hörmətli prokurorumuz bu özəl tibb müəsisəsində baş verən qalmaqala son qoymaqla gənc xanımı təkrar müalicə etdirməklə işıqlı həyata qaytara.
Redaksiya olaraq Gəncə Tibb Mərkəzi ilə bağlı səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Gəncəli şakinlərin videoşikayətlərini təqdim edirik:

12-01-2022, 17:01
Prezidentin Zuğulbadakı iqamətgahından reportaj - VİDEO

Azərbaycan Televiziyası (AzTV) Prezident İlham Əliyevin Zuğulbadakı iqamətgahından reportaj hazırlayıb.

Bildirilib ki, bu iqamətgah əsasən dövlət və hökumət başçılarının qarşılanması, nümayəndə heyətlərinin, səfir etimadnamələrinin qəbulu, ziyafətlər zamanı protokolun ünvanına daxil olur.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün yerli televiziya kanallarına müsahibə verib.

Həmin reportajı təqdim edirik:



Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!