Husilər də İran müharibəsinə qoşulurlar .....                        ABŞ ilə İsrail hərbi məqsədlərinə çatmağa yaxındır - KİV .....                        Avropa Komissiyasının sədrinə ağır ittiham .....                        İlham Əliyev Müctəba Xameneyini təbrik etdi .....                        Rumıniya Azərbaycanı dəstəklədi .....                        Qətər əmiri: İran bizə xəyanət etdi .....                        Raket hücumu ilə bağlı İrana XƏBƏRDARLIQ .....                        Azərbaycan Türkiyəyə raket hücumuna ETİRAZ ETDİ .....                        Paşinyan İranın yeni Ali Liderinə məktub yazdı .....                       
2-02-2026, 15:03
Milli Məclis beynəlxalq Konvensiyanı ratifikasiya etdi


Milli Məclis beynəlxalq Konvensiyanı ratifikasiya etdi

Milli Məclis Beynəlxalq Əmək Təşkilatının (BƏT) "Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında" 187 nömrəli Konvensiyasını ratifikasiya edilib.
Məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, konvensiyaya əsasən, hər bir üzv dövlət milli siyasətini formalaşdırmaqla təhlükəsiz və sağlam istehsalat mühitini təşviq etməlidir. Dövlətlər işçilərin təhlükəsiz və sağlam istehsalat mühiti hüququnu bütün müvafiq səviyyələrdə təşviq və inkişaf etdirirlər.
Sənəddə qeyd edilib ki, konvensiyaya üzv olan dövlətlər milli siyasətini hazırlayarkən milli şərait və təcrübə nəzərə alınmaqla, eləcə də işəgötürənlərin və işçilərin ən çox təmsil olunduğu təşkilatlar ilə məsləhətləşmələr əsasında peşə risklərinin və ya təhlükələrinin qiymətləndirilməsi, peşə riskləri və ya təhlükələri ilə onların baş vermə mənbəyində mübarizə, məlumatlandırma, məsləhət və təlimlər daxil olmaqla əməyin təhlükəsizliyi və gigiyenası sahəsində milli profilaktik mədəniyyətin inkişaf etdirilməsi kimi təməl prinsipləri təşviq edirlər.
Bundan əlavə, üzv olan dövlətlər işəgötürənlərin və işçilərin ən çox təmsil olunduğu təşkilatlar ilə məsləhətləşmələr əsasında əməyin təhlükəsizliyi və gigiyenasına dair milli sistem yaradır, saxlanılmasını təmin edir, tədricən inkişaf etdirir və vaxtaşırı nəzərdən keçirirlər.
Dövlətlər işəgötürənlərin və işçilərin en çox təmsil olunduğu təşkilatlar ilə məsləhətləşmələr əsasında əməyin təhlükəsizliyi və gigiyenasına dair milli proqramı işləyib hazırlamalı, həyata keçirib, monitorinq etməli, qiymətləndirərək, dövri şəkildə nəzərdən keçirməlidirlər.
Qanun layihəsi səsə qoyularaq yekdilliklə qəbul edilib.
1-02-2026, 18:10
ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxıldı


ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxıldı

ABŞ-də yaşayan və Buffalo Universitetində çalışan azərbaycanlı alim Şövqi Hüseynovdan yeni xəbər var.
Bir müddət əvvəl İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) Batavia şəhərindəki təcridxanasında saxlanılan alim artıq azad edilib və Buffalo şəhərinə qayıdıb.
Qeyd edək ki, Şövqi Hüseynov yanvarın 7-də avtomobillə hərəkət edərkən səhvən Kanadaya aparan Sülh körpüsünə daxil olub. Daha sonra Buffaloya qayıtsa da, ABŞ sərhəd agentləri Hüseynovun ABŞ-dan deportasiya oluna biləcəyini müəyyən ediblər və onu İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinə təhvil veriblər.





1-02-2026, 15:37
Ermənistana Rusiya taxılı daşıyan qatarı Biləcəridən yola düşdü


Ermənistana Rusiya taxılı daşıyan qatarı Biləcəridən yola düşdü

Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 25 vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.
Bu gün, 1 fevralda Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə ümumi çəkisi 1 746 ton olan 25 ədəd taxıl yüklü vaqon Ermənistana göndərilib.
Daha sonra qatar Gürcüstana keçəcək, oradan isə Ermənistanın Dalarik stansiyasına gedəcək.
Qeyd edək ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 285 taxıl vaqonu ( 19 900 tona yaxın) taxıl göndərilib.
1-02-2026, 15:20
Kiçik Çillə


Kiçik Çillə

Fevralın ilk günü Kiçik Çillə başlayır.
Ən kiçik çillədir Kiçik Çillə – cəmi iyirmi gün sürəcək.
Xalq təqvimində bu, qışın son ciddi sınağıdır.
Böyük Çillənin sərtliyindən sonra gəlir, amma aldanmaq olmaz.
Kiçik Çillə adca kiçikdir, xasiyyətcə yox.
Bu iyirmi günlük dövr soyuğun hiyləgər vaxtıdır – bir gün günəşli, ertəsi gün şaxtalıdır, səhərlər dumanlı, gecələr diş dondurandır.

Nənələrimiz deyirdilər ki, “Kiçik Çillə adca kiçik, işcə böyükdür”.
Bu cümlə yüz illərin müşahidəsidir.
Çünki Kiçik Çillənin şaxtası da aldadıcıdır, günəşi də.
Bayatılarda öz əksini belə tapıb Kiçik Çillə:

Qışın beli qırıldı,
Çillə qaldı arada.
Nə yaz üzü göstərir,
Nə qış çəkir arada.

Əcdadlarımız Kiçik Çilləni ehtiyatla qarşılayardı. Bu günlərdə torpaq hələ yatmış sayılır, yer hələ isinmədiyindən toxum torpağa əmanət edilməzdi. Başqa bir bayatıda belə deyir:

Çillə getməz tələsik,
Sözünə bax, gözlə bir.
Torpaq hələ soyuqdur,
Toxumunu gizlə bir.

Bu iyirmi gün həm də keçidin xəbərçisidir. Qış artıq öz gücünü tükədir, amma yaz hələ gəlməyib. Təbiət sanki nəfəsini saxlayır. Günlər yavaş-yavaş uzanır, Günəş özünü tez-tez göstərsə də istilik hələ söz vermir.

Böyüklərimiz Kiçik Çilləni arxayınlıq zamanı gələn sınaq kimi görüblər.
Ona görə də belə deyiblər: “Böyük Çillədən qorxma, Kiçik Çillədən ehtiyat et”.
Xalq şeirində qışın bu son sərt dövrü çox vaxt insanın halına bənzədilir:

Gün uzandı, işıq artdı,
Ürəkdə ümid oyandı.
Çillə dedi: tələsmə,
Hələ sözüm qalandı.

Atalar sözləri də eyni hikməti təkrarlayır:
“Qışın axırı yazın əvvəlindən sərt olar”.
Bu da məhz Kiçik Çillənin fəlsəfəsidir.
Bu iyirmi gün bizə bir köhnə dərsi yenidən öyrədir:
Təbiət tələskənliyi sevmir. Hər fəslin, hər dövrün öz vaxtı var. Kiçik Çillənin sözünü dinləməyən yazın qədrini də bilməz.

Kiçik Çillə bizə köhnə bir həqiqəti xatırladır: Təbiətlə mübahisə etmə.
Doğru olan hazırlıqlı olmaq, səbirli davranmaq və hər fəslin haqqını verməkdir.
Qışın son sözü də eşidilməlidir ki, Bahar doğrudan Bahar kimi gəlsin.

Çilləniz mübarək!
1-02-2026, 15:15
Ağdamda ev, Goranboyda ferma yandı


Ağdamda ev, Goranboyda ferma yandı

Ağdam rayonunun Quzanlı qəsəbəsində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 70 m² sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Digər hadisə Goranboy rayonunda baş verib. Belə ki, ümumi sahəsi 300 m² olan fermanın yanar konstruksiyaları 100 m² sahədə və 1,2 ton ot bağlanması yanıb. Fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
1-02-2026, 14:03
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq


Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında fevralın 2-də müşahidə ediləcək vəziyyət açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Belə ki, əsasən dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
1-02-2026, 12:48
Sabirabaddakı qəzada sürücü ağır yaralandı


Sabirabaddakı qəzada sürücü ağır yaralandı

Sabirabadda baş verən qəzada sürücü ağır yaralanıb.
Hadisə Sabirabad rayonunun Qarağac kəndi ərazisində qeydə alınıb.
VAZ markalı avtomobilin traktorla toqquşması nəticəsində VAZ-ın sürücüsü Sabirabad rayonunun Qarağac kənd sakini, 1985-ci il təvəllüdlü Hüseynov Rövşən Əmrah oğlu ağır xəsarətlər alaraq Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
1-02-2026, 12:17
Külək güclənəcək, qar yağacaq - SABAHIN HAVASI


Külək güclənəcək, qar yağacaq - SABAHIN HAVASI

Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-5, gündüz 7-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.
1-02-2026, 11:48
Ağsuda ağır yol qəzası - 4 yaralı


Ağsuda ağır yol qəzası - 4 yaralı

Ağsuda ağır yol qəzası baş verib, dörd nəfər xəsarət alıb.
Hadisə Ağsu-Bəhrəmtəpə yolunun rayonun Ərəbmehdibəy kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 4 nəfər - 30 yaşlı Ruslan Tağıyev, 34 yaşlı Amil Mollayev, 28 yaşlı İlkin Heybətov və hələlik şəxsiyyəti məlum olmayan şəxs müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Xəstəxanadan əldə olunan məlumata görə, xəsarət alan şəxslərdən birinin komada və reanimasiyada olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
1-02-2026, 10:20
Rafael Fiziyev məğlub oldu


Rafael Fiziyev məğlub oldu

Fevralın 1-də Avstraliyanın Sidney şəhərində keçirilən UFC 325 turniri çərçivəsində azərbaycanlı döyüşçü Rafael Fiziyev oktaqona çıxıb.
Yüngül çəki dərəcəsində baş tutan və turnirin üçüncü ən vacib döyüşü hesab olunan qarşılaşmada UFC reytinqində 9-cu pillədə yer alan Rafael Fiziyev 70 kq çəki dərəcəsində 14-cü olan braziliyalı Maurisio Ruffi ilə üz-üzə gəlib.
Döyüşdə qələbəni ikinci raundda texniki nokautla Maurisio Ruffi qazanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!