Ukraynada nazir ölkədən qaçdı - İDDİA .....                        Rusiyanın ən böyük neft zavodu bağlandı .....                        Xankəndiyə köç başlayır - PÜŞK ATILACAQ .....                        İranla razılaşmaya açığıq - TRAMP .....                        Ukrayna Rusiyanı bu raketlərlə vurdu .....                        Bir ailənin 4 üzvünün ölüm səbəbi MƏLUM OLDU .....                        5 il ərzində Qarabağda görülən işlər - AÇIQLANDI .....                        Əhməd Oruc xəstəxanaya aparılan gün evi qarət edildi .....                        Cəfər Cabbarlının heykəli bərpa OLUNACAQ - RƏSMİ .....                       
14-12-2024, 15:35
Bakı-Şamaxı yolu buz bağladı - maşınların hərəkəti iflic oldu


Bakı-Şamaxı yolu buz bağladı - maşınların hərəkəti iflic oldu

Bakı-Şamaxı avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, qarlı hava şəraiti ilə əlaqədar Bakı-Şamaxı avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətində yaranmış çətinliklə bağlı əraziyə Yol Patrul Xidmətinin və digər aidiyyəti qurumun əməkdaşları cəlb olunub.
"Operativ müdaxilələrlə avtomobillərin hərəkəti bərpa olunub.
Meteoroloji şəraiti nəzərə alaraq bir daha sürücülərə tövsiyə olunur ki, yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin sazlığına diqqət yetirsinlər, sürət həddini hava şəraitinə uyğun seçsinlər", - məlumatda deyilir.
14-12-2024, 13:32
Lerikdə qarın qalınlığı 20 sm-ə çatıb


Lerikdə qarın qalınlığı 20 sm-ə çatıb

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bəzi bölgələrdə sulu qar, qar yağır.
Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib ki, qarın hündürlüyü Bakı və Abşeron yarımadasının bəzi ərazilərində 2 sm, Lerikdə 20 sm, Quba, Qusar və Altıağacda 10 sm, Şahdağ və Xaltanda 8 sm, Şərurda 7 sm, Kəlbəcər və Qobustanda 5 sm, Daşkəsən və Qaxda 3 sm, Gədəbəydə 1 sm olub.
14-12-2024, 13:16
Sabahın hava proqnozu: Külək güclənəcək


Sabahın hava proqnozu: Külək güclənəcək

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb.
Xidmətdən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi əvəz olunacaq.
Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti olacaq. Atmosfer təzyiqi 775 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmusuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 4-8° isti, dağlarda gecə 8-13°, yüksək dağlıq ərazilərdə 17-22° şaxta, gündüz 5-10° şaxta olacaq.
14-12-2024, 13:00
Metro işçisi "Koroğlu" stansiyasında vəfat edib


Metro işçisi "Koroğlu" stansiyasında vəfat edib

Bakı Metropoliteninin işçisi vəfat edib.
Bu barədə Metropolitenin Mətbuat xidmətindən bildirilib.
Səhər saat 5:30-da iş vaxtı bitən və "İnşaatçılar" stansiyasında iş yerini tərk edən Bakı metropoliteninin tunel qurğuları üzrə usta köməkçisi Saleh Məmmədov saat 8:50-də "Koroğlu" stansiyasında növbətçiyə yaxınlaşaraq, tibbi yardıma ehtiyacı olduğunu bildirib.
Dərhal ilkin yardım göstərilib, təcili və təxirəsalınmaz tibbi yardım xidməti çağırılıb. Bütün müvafiq tədbirlər görülsə də, Saleh Məmmədov dünyasını dəyişib.
Allah rəhmət eləsin!
14-12-2024, 12:50
İrandakı Səfirliyimiz nə vaxt işə başlayacaq?


İrandakı Səfirliyimiz nə vaxt işə başlayacaq?

“Sabahdan Tehranda fəaliyyətə başlayacaq Azərbaycan konsulluğu yeni, daha təhlükəsiz ərazidə çalışacaq”.
Bu barədə Tehranda Azərbaycan konsulluğunun fəaliyyətə başlaması ilə bağlı danışarkən Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, hələlik səfirliyin yalnız konsulluq şöbəsi işləyəcək:
“Konsulluq şöbəsi vətəndaşlarla bağlı məsələlərlə məşğul olur. Bu o deməkdir ki, vətəndaşlar tərəfindən aparılan ticarət əlaqələri və digər qarşılıqlı səfərlər davam edəcək. Amma səfirliyin funksiyasına aid olan dövlətlərarası məsələlər buraya daxil deyil. Azərbaycan və İran Xarici İşlər nazirlikləri arasında diplomatik əlaqələr indi də var. Amma Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətə başlaması müəyyən zaman kəsiyində mümkün görünmür. Bunun subyektiv və obyektiv səbəbləri var.
E.Mirzəbəyli bildirib ki, indiki şəraitdə konsulluğun açılması İranda Azərbaycan diplomatlarına qarşı keçirilən dəhşətli terror aktından sonra ölkəmiz tərəfindən atılan prinsipal addım kimi qiymətləndirilməlidir:



“Bu, qarşılıqlı münasibətlərin normallaşması istiqamətində Azərbaycanın atdığı önəmli bir addımdır. Bir qayda olaraq bu qəbildən olan hadisələr baş verəndə, yəni açıq-aşkar Azərbaycan ərazisinə müdaxilə kimi dəyərləndirilən terror aktları törədiləndə dövlətlərarası münasibətlərin uzun illər boyu bərpa edilməsi mümkün olmur. Konsulluq şöbəsinin açılması da ölkəmizin yaxın qonşuluq münasibətlərinə verdiyi önəm kimi qiymətləndirilməlidir. Ancaq bu, diplomatik əlaqələrin səfirliklər müstəvisində bərpası kimi qiymətləndirilə bilməz”.

Konsulluğun təhlükəsizliyi yüksək səviyyədə təmin ediləcəkmi?

Deputat qeyd edib ki, diplomatlarımızın təhlükəsizliyinin necə təmin ediləcəyi İran tərəfinin verə biləcəyi cavabdır:
“Təbii ki, Azərbaycan oradakı diplomatlarının təhlükəsizliyi ilə bağlı bütün məqamları nəzərə alıb. Xüsusilə də son baş verən hadisədən sonra düşünürəm ki, dövlətimiz diplomatlarımızın təhlükəsizliyi ilə bağlı müəyyən öhdəliklərin götürülməsinə nail olub. Əks təqdirdə, konsulluğun fəaliyyətə başlaması mümkün olmazdı”.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi yeni ünvana köçüb.
İrandakı səfirliyin yeni binasında konsulluq xidmətinin təşkili üçün müvafiq işlər görülüb.
Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı Səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Bundan sonra ölkəmizin İrandakı Səfirliyinin fəaliyyəti dayandırılıb.
14-12-2024, 12:30
Bu qidaları evinizə buraxmayın - Ekspertdən XƏBƏRDARLIQ


Bu qidaları evinizə buraxmayın - Ekspertdən XƏBƏRDARLIQ

Bu gün xüsusilə uşaqların ən sevdiyi qidalardan biri də şokolad yağlarıdır. Ticarət şəbəkəsində şokolad yağlarının müxtəlif çeşidləri satılır. Bu qida nə qədər təhlükəsizdir? Şokolad yağlarının hansı zərərləri var?
Mövzu ilə bağlı danışan qida eksperti Fərid Səfərov bildirib ki, şokolad uşaqdan böyüyə hər kəsin sevimlisidir:
“Çünki tərkibindəki serotonin özümüzü daha yaxşı hiss etməyə, rahatlamağa kömək edir, bizə enerji verir. Bu demək olar ki, hamı tərəfindən bilinir.
Bəs zərərləri necə?
Qısa şəkildə zərərlərini sadalayım.

- doymuş yağ ehtiva etdiyi üçün ürək xəstəliklərinə, damar tıxanmasına səbəb ola bilər.

- tərkibindəki kofein asılılıq yaradır.

- enerji verən qida olsa da, həddindən artıq istehlak edildikdə yuxusuzluq yarana bilər.

- həddindən artıq istehlak edildikdə çəki artımını sürətləndirə bilər və s.

Bu sadalananlar şokoladın özünün ziyanları idi, bəs özümüzün də sevə-sevə aldığımız, uşaqlarımıza bəh-bəhlə yedirtdiyimiz "şokolad yağı" necə? Niyə təhlükəlidir?
İstənilən marketdə istənilən şokolad yağını əlimizə götürüb üzərindəki etiketi oxusaq, mütləq palma yağı, şəkər, qlükoza, bitki yağı, süd tozu, qarğıdalı siropu, dadlandırıcı, rəngləndirici və s. yazılara rast gələcəyik”.
Ekspertin sözlərinə görə, artıq bilməliyik ki, şəkər insan orqanizminə ziyandır, palma yağı ziyandır, süni rəngləndirici və dadlandırıcılar təhlükəlidir:
“Üstəlik satışda olan "şokolad yağ"larının harada, hansı şəraitdə, hansı xammaldan istehsal olunduğu bəlli deyilsə, deməli artıq vəziyyət doğurdan da acınacaqlıdır. Həm bizim üçün, həm də övladlarımız üçün!
Bəs onda çıxış yolu nədir? Necə edək ki, övladımız və özümüz bu cür qidaları tələb etməyək?
Evinizdə körpəniz dünyaya gələn andan etibarən bilərəkdən, oxuyub öyrənərək, məlumatlı şəkildə bu cür qidaları evinizin qapısından buraxmayın! Yox, əgər artıq siz də, övladınız da bu qidalarsız yaşaya bilmirsinizsə, onda yavaş-yavaş süfrənizdən uzaqlaşdırmağa və başqa qidalarla əvəz etməyə başlayın ki, sonra çox gec olmasın!".
14-12-2024, 12:17
Ödənişli yolllarda belə halların qarşısı alınmalıdır - Ekspert


Ödənişli yolllarda belə halların qarşısı alınmalıdır - Ekspert

Ödənişli avtomobil yollarından istifadə qaydalarını pozan şəxslərin məsuliyyət daşıması üçün hüquqi əsasın yaradılması nəzərdə tutulur. Bununla bağlı məsələ "Avtomobil yolları haqqında" Qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsində əksini tapıb.
Mövzu ilə bağlı nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, inzibati məsuliyyət tədbirləri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulur:
“Əslində burada qeyri-adi bir şey yoxdur. Ölkəmizdə ilk ödənişli avtomobil yolu Bakı-Quba istiqamətində istifadəyə verildi. Gələcəkdə belə yolların sayının artması da gözləniləndir. Nazirlər Kabinetinin qərarı ilə bu yollarda ödənişin tarifi, şərtləri müəyyən olunur. Bu ödənişlərin edilməsi mütləqdir”.
Ekspertin sözlərinə görə, bütün qaydalar kimi həmin yollarda ödəniş qaydalarını pozan şəxslər üçün də məsuliyyət nəzərdə tutulacaq:
“Əgər hansısa sürücü ödənişdən yayınmağa cəhd etmək istəsə, həmin məsuliyyət tədbirinə məruz qalacaq. Burada sadəcə olaraq ödənişin prosedurları dəqiq olmalıdır. Kimlər ödəniş etməlidirsə, dəqiq göstərilməlidir. Bu gün qanunda bir problem var, motosikletlərə görə ödəniş nəzərdə tutulmur. Amma eşitdiyimə görə, onlardan da ödəniş tələb olunur. Belə halların qarşısı alınmalıdır. Ödəniş şərtləri, qaydaları, subyektləri, nöqtələri və üsulları dəqiq müəyyən olunmalı və riayət etməyənlər barədə tədbir görülməlidir”.
13-12-2024, 23:04
NATO generalı Bakıda görüşlər keçirdi


NATO generalı Bakıda görüşlər keçirdi

Dekabrın 13-də Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülov ölkəmizdə səfərdə olan NATO Müdafiə Kollecinin komandanı general-leytenant Maks Nielsenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
NATO Müdafiə Kollecinin nümayəndə heyətinə MMU-nun yaranma tarixi, təhsil sistemi və əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub, Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan uğurlu islahatların müsbət nəticələri barədə ətraflı məlumat verilib.
Görüşdə hərbi təhsil sahəsində qarşılıqlı maraq doğuran məsələlərə dair geniş fikir mübadiləsi aparılıb. Bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
13-12-2024, 21:23
Hikmət Hacıyev Türkiyə rəsmiləri ilə danışıqlar apardı


Hikmət Hacıyev Türkiyə rəsmiləri ilə danışıqlar apardı

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıçla Yaxın Şərq və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
Bu barədə Prezidentin köməkçisi sosial şəbəkədə yazıb.
“Qardaş Türkiyəyə səfərim əsnasında dəyərli qardaşlarım Fəxrəddin Altun və Akif Çağatay ilə həmişə olduğu kimi səmimi və məzmunlu görüşlər keçirdim.Yaxın Şərq və Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdik, müttəfiqlik xarakteri daşıyan ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik”, – o qeyd edib.
13-12-2024, 17:23
Dünya çempionatının püşkü atıldı - CƏDVƏL


Dünya çempionatının püşkü atıldı - CƏDVƏL

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsininin püşkü atılıb.
Tədbir İsveçrənin Sürix şəhərində keçirilib.
Qruplardakı ilk komandalar Millətlər Liqasında pley-off mərhələsinin oyunlarından sonra dəqiqləşəcək.

A qrupu: Almaniya/İtaliya cütünün qalibi, Slovakiya, Şimali İrlandiya, Lüksemburq

B qrupu: İsveçrə, İsveç, Sloveniya, Kosovo

C qrupu: Portuqaliya/Danimarka cütünün məğlubu, Yunanıstan, Şotlandiya, Belarus

D qrupu: Fransa/Xorvatiya cütünün qalibi, Ukrayna, İslandiya, Azərbaycan

E qrupu: İspaniya/Niderland cütünün qalibi, Türkiyə, Gürcüstan, Bolqarıstan

F qrupu: Portuqaliya/Danimarka cütünün qalibi, Macarıstan, İrlandiya, Ermənistan

G qrupu: İspaniya/Niderland cütünün məğlubu, Polşa, Finlandiya, Litva, Malta

H qrupu: Avstriya, Rumıniya, Bosniya və Herseqovina, Kipr, San-Marino

I qrupu: Almaniya/İtaliya cütünün məğlubu, Norveç, İsrail, Estoniya, Moldova

J qrupu: Belçika, Uels, Şimali Makedoniya, Qazaxıstan, Lixtenşteyn

K qrupu: İngiltərə, Serbiya, Albaniya, Latviya, Andorra

L qrupu: Fransa/Xorvatiya cütünün məğlubu, Çexiya, Monteneqro, Farer adaları, Cəbəllütariq

Qeyd edək ki, seçmə mərhələ matçları 2025-ci ilin martında start götürəcək.
2026-cı ildə futbol üzrə dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.
İlk dəfə çempionata 48 komanda qatılacaq.
İndiyədək yarışda 32 ölkə iştirak edirdi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!