Yanğına görə 2 nəfər tutuldu .....                        Köhnə tikililər söküləcək - Yeni detallar AÇIQLANDI .....                        Danışıqlar 6-7 saat davam edə bilər .....                        Onlara da əsgərlikdən möhlət verilir - SİYAHI .....                        Tramp Lukaşenko ilə danışıqlar apardı .....                        Şərurlu İsfəndiyarın avtomobillərinə həbs qoyulub? .....                        Şəhid mayorun anası vəfat etdi .....                        Putinlə ərazi mübadiləsini müzakirə edəcəm! - Tramp təsdiqlədi .....                        Qərbi Azərbaycan İcması buraxılır? - Əziz Ələkbərli CAVAB VERDİ .....                       
5-07-2025, 20:37
Azərbaycanlı müğənninin ölüm xəbəri TƏKZİB EDİLDİ - YENİLƏNİB


Azərbaycanlı müğənninin ölüm xəbəri TƏKZİB EDİLDİ - YENİLƏNİB

Azərbaycanlı müğənni Albina Pyakşevanın ABŞ-Meksika sərhədində öldürülməsi xəbəri təkzib edilib.
Bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva feysbuk hesabında yazıb.
O, müğənninin həyatda olduğunu bildirib.

***

18:20

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.
Bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Facebook" hesabında məlumat verib.
"Albina Pyaksheva (1993-cü il təvəllüdlü) Meksika ilə ABŞ sərhədində keçid məntəqəsini keçmək istəyərkən öldürülüb", - paylaşımda qeyd olunub.
Xatırladaq ki, Pyakşeva Bakı Caz Festivalı çərçivəsində gənc ifaçılar arasında keçirilən "I am Jazzman" müsabiqəsinin finalçısı olub, "Səs Azərbaycan" ("Azərbaycanın səsi") proqramında iştirak edib.
5-07-2025, 19:16
FHN bu bazarı bağladı - VİDEO


FHN bu bazarı bağladı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-dən verilən məlumata görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Astara şəhərində yerləşən Həziyev Rauf Mirzəşəfi oğluna məxsus Astara Mərkəzi Bazarında yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- bazarın dam örtüyünün taxta konstruksiyaları odadavamlı məhlulla hopdurulmayıb;

- bazardakı tikililərin daxilində təşkil olunmuş satış sahələri yanar konstruksiyalarla quraşdırılıb və tavanları polietilen və tezalışan sintetik materiallarla üzlənib;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;

- bazarın ərazisində yanğına qarşı su hovuzu və daxili yanğın kranları mövcud deyil;

- bazar avtomatik yanğınxəbərverici siqnalizasiya sistemi ilə təchiz olunmayıb;

- bazar ilkin odsöndürən alət və avadanlıqlarla tam təmin olunmayıb;

- mümkün yanğın və qəzalar zamanı insanların və qiymətli əşyaların köçürülməsi üçün “Təxliyə planı” işlənib hazırlanmayıb;

- obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb;

- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Astara şəhərində yerləşən Həziyev Rauf Mirzəşəfi oğluna məxsus Astara Mərkəzi Bazarının fəaliyyətinin qismən dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

5-07-2025, 18:52
Portuqaliyalı futbolçu Azərbaycan klubunda


Portuqaliyalı futbolçu Azərbaycan klubunda

"Kəpəz" komandası heyətini yeni futbolçu ilə gücləndirib.
Portuqaliyalı Pedru Qomeş Gəncə təmsilçisinə transfer olunub. Mərkəz müdafiəçisi mövqeyində çıxış edən Qomeş ilə ikiillik müqavilə imzalanıb.
İyirmi iki yaşlı oyunçunun son klubu vətənində "Boavişta" olub.
5-07-2025, 18:15
Kater qəzasında 6 nəfər yaralanıb - Son durumları AÇIQLANDI


Kater qəzasında 6 nəfər yaralanıb - Son durumları AÇIQLANDI

TƏBİB Mingəçevirdə Kür çayında iki katerin toqquşması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.
Qurumdan bildirilib ki, bu gün saat 16:00 radələrində Kür çayında baş verən 2 qayığın toqquşması nəticəsində ikisi azyaşlı olmaqla 6 nəfər (5-i kişi, 1-i qadın cinsli olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlardan 1983-cü il təvəllüdlü şəxsə (kişi cinsli) bud boyununun sınığı diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərilən pasiyentin vəziyyəti stabildir olaraq qiymətləndirilir.
Digər 5 nəfər şəxsə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
5-07-2025, 17:20
Mingəçevirdə iki kater toqquşub - Xəsarət alanlar var


Mingəçevirdə iki kater toqquşub — Xəsarət alanlar var

Fövqəladə Hallar Nazirliyinə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində 2 ədəd mühərrikli qayığın toqquşması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub və qayıqların vətəndaşlarla birgə sahilə çıxarılması təmin edilib.
Qəza nəticəsində su nəqliyyat vasitələrində olan 5 nəfər vətəndaş yüngül xəsarət alıb.
Hadisə ilə bağlı araşdırma aparılır.

***

Mingəçevirdə iki kater toqquşub.
Hadisə Mingəçevir şəhərində Kür çayı hövzəsində baş verib. Toqquşma nəticəsində 5 nəfərin xəsarət aldığı deyilir.
Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
5-07-2025, 16:15
“Tərlan - 2025” təlimi - Qazaxıstan hərbçiləri Azərbaycanda


“Tərlan - 2025” təlimi - Qazaxıstan hərbçiləri Azərbaycanda

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək “Tərlan - 2025” birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan cəlb olunan heyət ölkəmizə gəlib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
HHQ-nin "N" hərbi hissəsində hərbi qulluqçuların qarşılanma mərasimi keçirilib.
Qeyd edək ki, iyulun 8-dən 10-dək keçirilməsi planlaşdırılan ikitərəfli təlimin məqsədi hərbi qulluqçuların Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində peşəkarlığının artırılması və qarşılıqlı təcrübə mübadiləsidir.
5-07-2025, 16:06
Xankəndidə Ərdoğanla Pezeşkian təkbətək görüşdü


Xankəndidə Ərdoğanla Pezeşkian təkbətək görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndidə İran prezidenti Məsud Pezeşkianla görüşüb.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Qeyd edək ki, hər iki lider İqtisadi Əməkdaşlıq Təşkilatının XVII Zirvə Toplantısında iştirak etmək üçün Xankəndiyə səfər ediblər.
5-07-2025, 16:02
Zəngəzur dəhlizinin açılması an məsələsidir: Böyük dövlətlər nə planlayır?


Zəngəzur dəhlizinin açılması an məsələsidir: Böyük dövlətlər nə planlayır?

Zəngəzur dəhlizi: Böyük güclərin kəsişən maraqları

2020-ci ildə 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz səfərdən sonra noyabrın 8-də Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanat imzalandı. Bəyanatın müddəalarından biri də Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Cənubi Qafqaz regionunun taleyini dəyişəcək strateji layihələrdən biri olan Zəngəzur dəhlizi təkcə Azərbaycanın nəqliyyat xəritəsini yenidən çəkmir, həm də bölgədə geosiyasi çəkişmələrin mərkəzinə çevrilib. Azərbaycanın təşəbbüsü ilə gündəmə gələn bu dəhliz artıq yalnız regional deyil, qlobal güclərin planlarında mühüm yer tutur.
Ölkəmiz üçün Zəngəzur dəhlizi iki səbəbdən həyati əhəmiyyət kəsb edir. Bu səbəblərdən birincisi, Naxçıvan Muxtar Respublikası ilə birbaşa quru əlaqəsinin qurulmasıdır. Hazırda Azərbaycanla Naxçıvan arasında əsas yük daşımaları İran üzərindən keçir ki, bu da həm xərcləri artırır, həm də siyasi risklər yaradır. Zəngəzur dəhlizi isə Azərbaycanın ərazi bütövlüyünün daha tam təmininə xidmət edəcək.
Digər önəmli məqam isə ondan ibarətdir ki, dəhliz Azərbaycanı Orta Dəhliz xətti ilə Türkiyə, Mərkəzi Asiya və Avropa bazarlarına bağlayır. Beləliklə bu dəhliz ölkəmiz üçün həm də iqtisadi fürsətdir.
Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Zəngəzur dəhlizi Azərbaycanın milli maraqlarının tərkib hissəsidir və regionda əməkdaşlığa yol açır.


ABŞ

ABŞ-nin Zəngəzur dəhlizi ilə bağl maraqları çoxqatlıdır. Rəsmi Vaşinqton bir tərəfdən regionda sabitliyin tərəfdarıdır. Digər tərəfdən isə Rusiya və İranın təsirinin zəifləməsini istəyir.
ABŞ diplomatları hesab edir ki, Zəngəzur dəhlizi Ermənistanın iqtisadi blokadadan çıxmasına yardım edə bilər. Eyni zamanda ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəhlizin qarşılıqlı razılaşma əsasında reallaşmasını vacib sayır. Hətta bu yaxınlarda ABŞ-nin Bakı və İrəvana təklifi gündəmə gəlib. Belə ki, Karnegi Fondu Zəngəzur dəhlizi ilə bağlı məqalə yayımlayıb. Karnegi Fondu Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün ABŞ-nin prosesə qoşulduğunu bəyan edib.
“Bu gün ABŞ danışıqları canlandıra bilər. İki xarici diplomat bildirib ki, dünyada münaqişələrin həlli kursunu götürən Donald Tramp administrasiyası artıq Ermənistan və Azərbaycana öz planını təklif edib. Ümumiyyətlə, bu plan Aİ-nin təkliflərini təkrarlayır, lakin Amerika məntiqinə əsaslanır: Amerika biznesinin birbaşa iştirakı ilə sazişin davamlılığına zəmanət vermək – məsələn, Ukraynada nadir metallar üzrə sövdələşmədə baş verdiyi kimi.
Bununla belə, Vaşinqton prosesin “ölü nöqtə”dən hərəkətə keçməsi üçün çox səy göstərməli olacaq. İki mümkün variant var. Birincisi, sülh sazişini imzalamaq üçün Azərbaycanı Ermənistan konstitusiyası ilə bağlı irəli sürdüyü tələblərdən imtina etməyə inandırmaqdır.
İkinci, daha real variant isə marşrutun Ermənistan hissəsinə tam nəzarət tələbindən imtina etməsi - İrəvana Amerika modeli ilə razılaşması üçün təzyiq göstərməkdir. Çox güman ki, bu, həm də o demək olacaq ki, Ermənistan sülh sazişinin tez bir zamanda imzalanmasına, deməli, bütün sərhədlərin açılmasına və uzun illər təcrid vəziyyətinə son qoyulmasına ümidlərini itirməli olacaq.

Türkiyə

Qardaş Türkiyə Respublikası da Zəngəzur dəhlizinin strateji əhəmiyyətini yüksək dəyərləndirir. Rəsmi Ankara bu layihəni təkcə Azərbaycanla münasibətlərin inkişafı üçün deyil, bütövlükdə Türk dünyasını birləşdirəcək “qızıl körpü” kimi təqdim edir. Bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında qeyd edib ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütün region üçün yeni imkanlar yaradacaq.
Türkiyə lideri Zəngəzur dəhlizini təkcə geosiyasi deyil, həm də geoiqtisadi inqilabın tərkib hissəsi kimi gördüyünü bildirib.
"Zəngəzur dəhlizinin açılışı həm də Orta Dəhliz üçün strateji inkişaf olacaq. Dəhliz açıldığı zaman türk malları Xəzər dənizindən keçərək Mərkəzi Asiyaya və Çinə daha sürətlə çatacaq, Avropadan Çinə mallar da Türkiyədən keçməyə başlayacaq. Orta dəhlizin açılması cənubdan bizə və Azərbaycana qədər bir çox ölkələri əhatə edir".
Ərdoğan onu da əlavə edib ki, Ermənistan əvvəlcə Zəngəzur dəhlizinin əleyhinə olsa da, iqtisadi inteqrasiyada iştirak etmək üçün daha çevik yanaşma nümayiş etdirir: "Bu regionun inkişafı təkcə Azərbaycana deyil, Ermənistan, Türkiyə, İran və digər ölkələr üçün bir fürsətdir".

Rusiya

Rusiya Zəngəzur dəhlizinə həm iqtisadi, həm də hərbi-siyasi prizmadan baxır. Kreml bu marşrutu Cənubi Qafqazda öz təsirini qorumaq üçün strateji alət kimi görür.
Rusiyanın əsas istəyi odur ki, dəhliz onun nəzarətindən kənara çıxmasın. Moskva sərhəd xidmətlərinin və təhlükəsizlik təminatının öz əlində qalmasını tələb edir. Bəzi ekspertlər hesab edir ki, Rusiya bu dəhlizi Qərbin bölgəyə təsirini məhdudlaşdırmaq üçün “rəqabət aləti” kimi istifadə etmək niyyətindədir.

İran

İran Zəngəzur dəhlizinə ən skeptik yanaşan regional gücdür. Tehran hesab edir ki, dəhlizin açılması Ermənistanı geoiqtisadi baxımdan sıxışdıracaq, İran-Ermənistan sərhədini isə geosiyasi baxımdan əhəmiyyətsizləşdirəcək.
İran həm də belə düşünür ki, dəhlizin yaranması bölgəyə Türkiyə və Qərbin təsirini artıracaq. Bunun qarşısını almaq üçün Tehran öz ərazisindən keçən alternativ marşrutları təklif edir.
İran rəsmiləri bir neçə dəfə bəyan ediblər ki, Ermənistanın regionda təcridi yolverilməzdir və Zəngəzur dəhlizi bölgədə balansı poza bilər. Cənub qonşumuz həm də bu məsələni "qırmızı xətt" kimi görür.

Çin

Çin Zəngəzur dəhlizini “Bir Kəmər, Bir Yol” təşəbbüsünün tərkib hissəsi kimi qiymətləndirir. Pekin üçün bu marşrut Orta Dəhlizi qısaldır və Avropaya yükdaşımaları sürətləndirir.
Çin regionda sabitlik istəyir. Çünki sabitlik iqtisadi layihələrin, xüsusilə infrastrukturun inkişafı üçün vacibdir. Zəngəzur dəhlizi isə Pekin üçün həm iqtisadi, həm də strateji üstünlük yaradır.

Avropa İttifaqı

Avropa İttifaqı Zəngəzur dəhlizinə müsbət yanaşır. Rəsmi Brüssel bu dəhlizi Cənubi Qafqazın iqtisadi inteqrasiyasının, alternativ enerji marşrutlarının və Avropa bazarlarına daha təhlükəsiz yolların təminatı kimi qiymətləndirir.
Eyni zamanda Aİ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını, sərhədlərin açılmasını və regionun sabitliyini dəstəkləyir.
Sonda qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizi təkcə iqtisadi layihə deyil. Bu, böyük güclərin maraqlarının kəsişdiyi, regionun gələcəyini formalaşdıracaq strateji marşrutdur.
5-07-2025, 14:51
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM


Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Milli Elmlər Akademiyası Elm və Təhsil Nazirliyi ilə birlikdə akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayacaq.
Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, bu ilin dekabr ayında görkəmli alim və ictimai xadim, Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Heydər oğlu Məmmədəliyevin anadan olmasının 120 ili tamam olur.
5-07-2025, 14:35
Sabahın havası: Külək, yağış, dolu...


Sabahın havası: Külək, yağış, dolu...

Bakıda və Abşeron yarımadasında iyulun 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var.
Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 24-27° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-22° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!