3 idmançımız Avropada medal qazandı .....                        Anar Abdulla cinayət məsuliyyətinə cəlb olundu .....                        Tibb məntəqəmiz artilleriya zərbələrinə məruz qalmışdı – Vardanyanın məhkəməsi .....                        Tramp öz qərarına görə 500 milyon dollar itirib .....                        Mikayıl Cabbarov Pakistanın baş naziri ilə görüşdü .....                        Komitə sədri Səməd Vəkilovu təbrik edib .....                        Azərbaycan təyyarəsində Türkiyə raketi: Hədəf məhv edildi .....                        Baş nazirdən sığorta barədə yeni qərar .....                        Ordumuz silahları işə saldı: nazir izlədi - VİDEO .....                       
8-03-2025, 21:22
"Qarabağ"dan növbəti qələbə


"Qarabağ"dan növbəti qələbə

Bu gün Azərbaycan Premyer Liqasında 26-cı tura start verilib.
İlk gündə bir oyun baş tutub.
Lider “Qarabağ” səfərdə “Araz-Naxçıvan”la üz-üzə gəlib. Dörd qolun qeydə alındığı görüşün yekununda Ağdam təmsilçisi inamlı qələbəyə sevinib.
“Şamaxı” – “Sabah” və “Zirə” – “Səbail” oyunları mart 9-da, “Sumqayıt” – “Kəpəz” və “Neftçi” – “Turan Tovuz” görüşləri isə ayın 10-da keçiriləcək.
8-03-2025, 20:06
Doqquzuncu günün duası - İmsak və iftar vaxtı


Doqquzuncu günün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 9-cu günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah üçün imsak saat 05:35-ya, iftar isə saat 18:55-ə təyin olunub.

Ramazan ayının 9-cu gününün duası:

“Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl-müştaqin”.

Tərcüməsi:

“İlahi, bu gün öz bol rəhmətini mənə nəsib et. Məni öz parlaq dəlillərinlə istiqamətləndir. Məni sənin razılığına bais olan və hər cür xeyri özündə cəm edən əməllərə doğru çək. Məhəbbətinə and verirəm, ey şövqlülərin istəyi!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”:

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!
8-03-2025, 18:00
Axtarışda olan iki nəfər tutuldu


Axtarışda olan iki nəfər tutuldu

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən törətdikləri cinayət əməllərinə görə axtarışda olan vətəndaşlar - 1987-ci il təvəllüdlü Nəcəfxanov Anar Abdula oğlu və 1985-ci il təvəllüdlü Əliyev Əhməd Fərhad oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən mənzillərdən birində gizləndikləri müəyyən edilib və mənzilin qapısının açılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat verilib.
Bu barədə Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.
Qeyd edilib ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub. Birgə keçirilən əməliyyat nəticəsində mənzilin giriş qapısı açılaraq axtarışda olan şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
8-03-2025, 17:52
Müəllimlərin maaşı vahid tarif cədvəli əsasında verilə bilər? - AÇIQLAMA


Müəllimlərin maaşı vahid tarif cədvəli əsasında verilə bilər? - AÇIQLAMA

Azərbaycanda bir sıra peşələr var ki, əməkhaqqı vahid tarif cədvəli ilə tənzimlənmir. Bunlardan biri də müəllimlərin əməkhaqqıdır.
Elm və Təhsil Nazirliyi yanında İctima Şuranın katibi Günay Əkbərova bildirib ki, müəllimlərin maaşının vahid cədvəl əsasında tənzimlənməsi ilk baxışda ədalətli və sabit görünə bilər:
“Hər kəs hansı kriteriyalarla maaş aldığını bilər, şəffaflıq artar, bəzi hallarda isə əməkhaqqı ilə bağlı narazılıqlar azalır. Amma təcrübəyə baxanda bunun həmişə ən effektiv həll olmadığını görürük. Çünki müəllimlik sadəcə saat hesabı ilə ölçüləcək bir peşə deyil – burada peşəkarlıq, təcrübə, pedaqoji yanaşma, innovativ metodlardan istifadə, tələbələrin uğurları və daha çox şey önəm daşıyır. Dünyada fərqli modellər var. Məsələn, Finlandiyada müəllimlərin maaşı dövlət tərəfindən tənzimlənsə də, onlar vahid bir sistemə bağlı deyil. Burada əməkhaqqı müəllimin ixtisasına, iş təcrübəsinə və əlavə fəaliyyətlərinə görə dəyişir. Üstəlik, müəllimlər yüksək maaş və sosial təminat aldıqları üçün bu peşəyə hörmət də böyükdür. Nəticədə, Finlandiyanın təhsil sistemi dünya reytinqlərində ən üst sıralarda dayanır.Almaniyada isə müəllimlərin maaşı vahid deyil, regionlara görə fərqlənir. Məsələn, daha bahalı şəhərlərdə və ya müəllim çatışmazlığı olan yerlərdə əməkhaqqı yüksəkdir. Müəllimlər dövlət qulluqçusu kimi qəbul olunur və onlara müxtəlif sosial təminatlar verilir. Bu sistem müəllimlərin uzunmüddətli işləməsini və peşəyə bağlılığını artırır.Türkiyədə isə müəllimlərin əməkhaqqı vahid cədvəllə müəyyən edilir. Lakin bu, müəllimlərin motivasiyasını azaldır. Çünki fərqlənən müəllimlə digərləri eyni maaşı alır. Bu səbəbdən, bir çox müəllim əlavə qazanc üçün repetitorluq etməyə başlayır. Bunun nəticəsində məktəbdə dərslərə verilən enerji azalır, təhsilin keyfiyyətinə təsir edir.ABŞ-da vəziyyət daha fərqlidir. Burada maaş ştatdan, hətta məktəbdən məktəbə dəyişir. Bəzi yerlərdə müəllimlər yüksək maaş alır, bəzilərində isə olduqca azdır. Bu, müəllimlərin karyera seçiminə təsir edir – yaxşı şərtlər olan yerlərə üstünlük verilir, çətin bölgələrdə isə kadr çatışmazlığı yaranır”.
Ekspert düşünür ki, ölkəmizdə müəllimlərin maaşı vahid sistemlə tənzimlənsə, sabitlik yaranar: "Hər kəs biləcək ki, hansı şərtlərlə maaş alır. Bəzi hallarda təəssüf hissi ilə qarşılaşdığımız rüşvət və s. xoşagəlməz hallar azala bilər. Lakin digər tərəfdən, bu sistem müəllimlərin fərdi təşəbbüs göstərməsini azalda bilər. Yüksək nəticə göstərən və peşəsinə daha çox enerji sərf edən müəllimlə digərlərinin maaşı eyni olarsa, fərqlənmək üçün həvəs qalmaya bilər. Bu da təhsil keyfiyyətinə mənfi təsir edər".
Müsahibimiz sonda qeyd edib ki, ən effektiv yol isə yalnız vahid maaş cədvəli ilə məhdudlaşmamaqdır:
“Baza maaş müəyyən oluna bilər, lakin əlavə motivasiya mexanizmləri mütləq tətbiq edilməlidir. Müəllimlərin peşəkar inkişafı, sertifikatları, iş təcrübəsi, innovativ tədris metodlarından istifadəsi, layihələrdə iştirakı əməkhaqqısına təsir etməlidir. Bundan başqa, ucqar bölgələrdə çalışan müəllimlər üçün xüsusi güzəştlər nəzərdə tutulmalıdır ki, bu ərazilərdə təhsilin səviyyəsi yüksəlsin. Düzdür hazırda onlar üçün H1, H2 həvəsləndirici əlavə gəlir olur amma bu da yalnız gənc müəllimlərə tətbiq edilir. Səmimi desəm, mən müəllimlərin layiqli əməkhaqqı almasını çox istəyirəm. Müəllim təkcə sinfə girib dərs keçən biri deyil, o, gələcəyin formalaşdırıcısıdır. Onun əməyinin qarşılığı sadəcə vahid bir cədvəllə ölçülməməlidir. Biz müəllimlərin rifahını düşünərək, onların maaşlarını yalnız standart rəqəmlərlə deyil, işlərinin keyfiyyətinə, verdiyi töhfəyə və nəticələrinə əsasən formalaşdırmalıyıq. Azərbaycanın gələcək təhsil strategiyası da bu prinsiplərə əsaslanmalıdır”.
8-03-2025, 17:20
Bakıda xanımların veloyürüşü keçirildi - FOTO


Bakıda xanımların veloyürüşü keçirildi - FOTO

Azərbaycan Velosiped İdmanı Federasiyası, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşkilatçılığı ilə "İdman həftəsi" çərçivəsində martın 8-də Bakıda xanımların veloyürüşü keçirilib.
Nüxtəlif sahələrdə çalışan xanımların iştirakı ilə baş tutan veloyürüş Dənizkənarı Bulvar ərazisində təşkil olunub.
Veloyürüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev iştirak ediblər.
Veloyürüşün təşkilində əsas məqsəd həvəskar xanım velosipedçilərin asudə vaxtlarının səmərəli keçirilməsinə dəstək olmaq, ekoloji nəqliyyat vasitəsi olan velosipedi təbliğ etmək və qadınları velosipeddən istifadəyə həvəsləndirməkdir. Veloyürüş zamanı xanımlar Azneft dairəsi - Dəniz Vağzalı marşrutu üzrə hərəkət ediblər.










8-03-2025, 17:03
Masallıda dəhşətli cinayət: Yeniyetmə anasının sevgilisini bıçaqladı


Masallıda dəhşətli cinayət: Yeniyetmə anasının sevgilisini bıçaqladı

Masallı rayonunda ötən il baş verən cinayət hadisə ilə əlaqədar məhkəmə prosesi başa çatıb.
Hadisə ötən ilin noyabr ayında baş verib.
Belə ki, 2005-ci il təvəllüdlü yeniyetmə (şərti adı M.N.) yaşadığı evin həyətində anasının münasibətdə olduğu kişi (şərti adı S.Ə) ilə qarşılaşıb. Bu zaman onlar arasında mübahisə yaranıb. Yeniyetmə bıçaqla S.Ə.-nin mədəsinə, dalağına və qida borusuna ciddi zədə yetirib.
Məhkəmə iclasında yeniyetmə özünü təqsirli bilib. O bildirib ki, anasının sevgilisi ilə evdə rastlaşması onu əsəbiləşdirib və S.Ə.nin ona qarşı təhqiramiz ifadələr işlətməsindən sonra hadisə baş verib. S.Ə.-nin fiziki cəhətdən ondan üstün olduğunu görən yeniyetmə bıçağı çıxardığını və özünü qorumaq məqsədilə zərbələr endirdiyini söyləyib. Hadisədən sonra isə bıçağı zibillik əraziyə tullayıb.
Zərərçəkmiş S.Ə. ifadəsində M.N.-nı uzun illər tanıdığını və onun ailə üzvləri ilə yaxın münasibətdə olduğunu deyib. Hadisə günü yeniyetmənin anası ona zəng edərək səhhətində problem olduğunu bildirib və onu evə çağırıb. S.Ə. evə daxil olandan sonra açar səsləri eşidib və bir müddət sonra yeniyetmənin qapını açaraq içəri girdiyini deyib. Onun sözlərinə görə, M.N ona “burada nə gəzirsən?” deyərək bıçaqla hücum edib.
Anasının sözlərinə görə, hadisədən sonra oğlu yanına gəlib və S.Ə.-ni bıçaqladığını etiraf edib. Daha sonra zərərçəkmiş xəstəxanaya çatdırılıb.
Yeniyetmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə ittiham olunub. Lənkəran ağır cinayətlər məhkəməsi onu təqsirli bilib və ona 3 il azadlıqdan məhrumetmə cəzası verib. Lakin məhkəmə yetkinlik yaşına çatmayan şəxsin cəzanı həbsxanada çəkmədən islah olunmasının mümkün olduğu qənaətinə gələrək ona 1 il sınaq müddəti təyin edib.
Yeniyetmə sınaq müddətində yaşayış və təhsil yerini dəyişməmək, nəzarət orqanlarına məlumat vermədən müəyyən ərazilərə getməmək və elektron nəzarət vasitəsi gəzdirmək kimi öhdəliklər daşıyacaq.
8-03-2025, 15:43
Azərbaycan gimnastı dünya çempionu oldu


Azərbaycan gimnastı dünya çempionu oldu

Azərbaycan gimnastı Nikita Simonov Bakıda keçirilən Dünya Kubokunda uğurla çıxış edib.
O, halqalarla hərəkət proqramında rəqiblərini qabaqlayıb və qızıl medala sahib çıxıb.
Qadın gimnastımız Dəniz Əliyeva isə dayaqla tullanmada yeddinci olub.
Qeyd edək ki, turnir martın 9-da başa çatacaq.
8-03-2025, 14:52
Bakıda güclü tıxac var - SİYAHI


Bakıda güclü tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

3. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

4. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;

5. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;

6. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

7. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

8. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

9. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

11. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

12. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

13. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

14. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

15. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində;

16. Bülbül prospekti, "Sahil" metro stansiyasının qarşısında;

17. Səməd Vurğun küçəsi, Lev Tolstoy küçəsi ilə kəsişmədən Neftçilər prospekti istiqamətində;

18. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;

19. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

20. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

21. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

22. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

23. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;

24. Mehdi Hüseyn küçəsi, "İçərişəhər" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.
8-03-2025, 14:00
Satıcını bıçaqla hədələyib kassa aparatını ələ keçirdi - VİDEO


Satıcını bıçaqla hədələyib kassa aparatını ələ keçirdi - VİDEO

Bakının Nizami rayonunda satıcını bıçaqla hədələyib kassa aparatını ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, martın 6-da axşam radələrində paytaxtın Nizami rayonunda yerləşən şərab evlərinin birində quldurluq hadisəsi qeydə alınıb. Belə ki, naməlum şəxsin həmin yerdə çalışan 21 yaşlı satıcını kəsici-deşici alətlə hədələyərək içərisində 1000 manat pul olan kassa aparatını talaması barədə polisə məlumat daxil olub.
Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı Xəyal Yusifov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

8-03-2025, 10:14
14 yaşlı oğlan idman müəllimi tərəfindən döyülüb? - 4 nəfər saxlanıldı


14 yaşlı oğlan idman müəllimi tərəfindən döyülüb? - 4 nəfər saxlanıldı

Şəmkir rayonunda idman müəllimi kimi fəaliyyət göstərən Orxan Məmmədovun 14 yaşlı tələbəsinə zorakılıq edərkən tutulduğu və döyülərək xəstəxanalıq olduğu iddia olunur.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, müvafiq ekspertiza təyin olunub.
“O.Məmmədova müxtəlif bədən xəsarətləri yetirməkdə şübhəli bilinən 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - deyə məlumatda bildirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!