Xırdalanda qəza - Motosiklet sürücüsü öldü .....                        İsrail ilk dəfə Xəzərdəki İran gəmilərinə hücum edib - TƏSDİQLƏNDİ .....                        ABŞ-nin Azərbaycandakı səfirliyi müvəqqəti bağlanır .....                        Nazirin müavinlərinin sayı artırıldı .....                        Zaur Əliyev vəzifəsini itirdi .....                        Azərbaycanda yeni agentlik yaradıldı .....                        İcbari Tibbi Sığortanın bu səlahiyyətləri TƏBİB-ə verildi .....                        İlham Əliyev MDB ilə bağlı vacib sənədi TƏSDİQLƏDİ .....                        ABŞ İran neftinə sanksiyaları ləğv edə bilər .....                       
12-03-2025, 14:36
Bakıda 110 yaşlı kişi əməliyyat edildi - VİDEO


Bakıda 110 yaşlı kişi əməliyyat edildi - VİDEO

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 110 yaşlı Hilal İbrahimovda artroplastika əməliyatı (omba-çanaq protezi) uğurla icra edilib.
Bununla bağlı ATU məlumat yayıb.
Klinikanın Travmatologiya və ortopediya kafedrasının müdiri, dosent Cəfər Nəsirlinin verdiyi məlumata görə, xəstə yıxıldıqdan sonra onda sol bud sümüyünün boyun sınığı yaranıb və müayinə nəticəsində xəstədə artroplastika əməliyatının aparılması üçün qərar verilib.
“Omba protezi əməliyyatı - bud oynağının zədələnmiş və ya köhnəlmiş hissələrinin süni implantla (metal, keramika və ya sərt plastikdən hazırlanmış komponentlərlə ) dəyişdirilməsi prosesidir. Bu prosedur ümumi anesteziya altında həyata keçirilir. Xəstələr adətən əməliyyatdan sonrakı ilk gün ayaq üstə dura bilir, yeriməyə başlayırlar. Bizə müraciət edən zaman yerindən qalxa bilməyən, güclü ağrıları olan xəstəmiz əməliyyatdan sonra artıq yeriməyə başlayıb. 110 yaşlı pasiyent Hilal İbrahimov əməliyyatdan sonra özünü yaxşı hiss edib və bir neçə gün həkim nəzarətində qaldıqdan sonra evə buraxılıb”, - deyə C.Nəsirli qeyd edib.

12-03-2025, 13:36
Vətəndaşın 22 min manatını ələ keçirən şəxslər tutuldu


Vətəndaşın 22 min manatını ələ keçirən şəxslər tutuldu

Xəzər rayonunda dələduzluq edən şəxslər saxlanılıb.
Xəzər rayonu ərazisində bir nəfərin dələduzluğa məruz qalması barədə polisə məlumat daxil olub.
Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə zərərçəkənin 22300 manatını aldadaraq ələ keçirməkdə şübhəli bilinən 36 yaşlı Ə.Abbasov və 23 yaşlı S.Salikov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
12-03-2025, 13:30
Astarada piyadanı vurub qaçan sürücü saxlanıldı


Astarada piyadanı vurub qaçan sürücü saxlanıldı

Astarada piyadanı vurub qaçan sürücü saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, martın 12-də saat 03 radələrində 1996-cı il təvəllüdlü R.Kazımzadə idarə etdiyi minik avtomobili ilə Astara şəhəri ərazisində piyada 1976-cı il təvəllüdlü Fuad Nuriyevi vurub. Piyada aldığı xəsarətlərdən ölüb.
Hadisə yerindən yayınan sürücü polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
12-03-2025, 13:05
Onlara da müavinət veriləcək - Prezident təsdiqlədi


Onlara da müavinət veriləcək - Prezident təsdiqlədi

Əlillik terror hadisəsi ilə əlaqədar səbəblərdən baş verdikdə əlilliyə görə müavinət təyin ediləcək.
Bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanına edilən dəyişiklikdə əksini tapıb.
Bundan əvvəl əlillik “ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinət təyin olunub.

Müavinətin məbləği aşağıdakı kimidir:

- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə — 270 (iki yüz yetmiş) manat;

- orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə — 220 (iki yüz iyirmi) manat;

- orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə — 150 (yüz əlli) manat;
12-03-2025, 12:57
İlham Əliyev yeni dövlət proqramını təsdiqlədi


İlham Əliyev yeni dövlət proqramını təsdiqlədi

Prezident İlham Əliyev “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti 9 ay müddətində hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair qaydalarla bağlı təkliflərini, eləcə də hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Komissiyanın tərkibi və onun əsasnaməsi ilə bağlı təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli, tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Prezidentə məlumat verməli, hava limanlarının hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair proqramlarının on iki ay müddətində hazırlanıb təsdiq edilməsinə nəzarəti təmin etməlidir.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir.
Dövlət Proqramında qeyd edilən tədbirlərin icrasının təmini üçün tələb olunan xərclər müvafiq illər üzrə dövlət büdcəsində aidiyyəti icraçı dövlət orqanları (qurumları) üçün nəzərdə tutulmuş vəsait, büdcədənkənar vəsait, kredit və qrantlar, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
12-03-2025, 12:26
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında martın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə arabir duman olacaq.
Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.
12-03-2025, 12:10
Bu ölkənin diplomatik pasport sahibləri üçün viza tələbi ləğv olunur


Bu ölkənin diplomatik pasport sahibləri üçün viza tələbi ləğv olunur

Azərbaycan və Şimali Makedoniya hökumətləri arasında diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin ləğv edilməsi haqqında saziş imzalanıb.
Sənədi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Şimali Makedoniyanın xarici işlər naziri Timko Muçunski imzalayıblar.

12-03-2025, 12:08
Qohum evliliyi ilə bağlı qadağa bu tarixdə qüvvəyə minəcək


Qohum evliliyi ilə bağlı qadağa bu tarixdə qüvvəyə minəcək

Bu ilin iyul ayından yaxın qohumlar arasında nikah qadağan olunacaq.
Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə ədliyyə nazirinin müavini Abiddin Hüseynov deyib.
Nazir müavini bildirib ki, qəbul olunan qanunlara əsasən, Azərbaycanda nikah yaşının aşağı salınmasına qanunla verilən imkanın aradan qaldırılması, bu ilin iyulundan qüvvəyə minəcək qanuna əsasən yaxın qohumlar arasında nikahın qadağan olunması əhalinin sağlamlığının qorunmasına yönəlib: "Erkən nikahlarla daha effektiv mübarizə aparmaq üçün Cinayət və İnzibati Xətalar məcəllələrinə yeni müddəalar əlavə edilib. Eyni zamanda erkən nikahların qarşısının alınması, rəsmi nikahdan kənar nikaha girmənin qarşısının alınması üçün işlər aparırıq. Nikahın pozulması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edən şəxslərə psixoloq xidməti təklif olunur. Psixoloqa müraciət etdikdən sonra həmin şəxslərin 20 faizi boşanmaqdan vaz keçir. Bu istiqamətdə iş gedir. Bu məsələnin qanunla tənzimlənməsi nəzərdə tutulur”.
Qeyd edək ki, Prezident İlham Əliyev 23 iyul 2024 Ailə Məcəlləsinə dəyişikliyi təsdiqləyib. 2025-ci il iyulun 1-dən qüvvəyə minən dəyişikliyə əsasən, Azərbaycanda nikahın bağlanmasına mane olan halların sırasına qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu daxil edilib.
12-03-2025, 11:38
İlham Əliyev BMT-nin Cenevrədəki ofisinin baş direktorunu qəbul edib


İlham Əliyev BMT-nin Cenevrədəki ofisinin baş direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovayanı qəbul edib.
Tatyana Valovaya COP29-un ölkəmizdə uğurlu təşkilinə və iqlim gündəliyi ilə əlaqədar qəbul olunmuş vacib qərarlara görə dövlətimizin başçısına təbriklərini çatdırdı.
Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev BMT-nin ixtisaslaşmış aidiyyəti təşkilatlarının, o cümlədən Cenevrədəki ofisinin rəhbərliyinin də COP29-da fəal təmsil olunmasını və Azərbaycanla əməkdaşlığını məmnunluqla vurğuladı.
Görüşdə Azərbaycan və BMT, həmçinin BMT-nin müxtəlif təşkilatları arasında əməkdaşlıqdan məmnunluq ifadə edildi.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi tədbirlərdə BMT-nin Cenevrədəki ofisinin rəhbərliyinin və ixtisaslaşmış strukturlarının nümayəndələrinin iştirakının vacibliyi qeyd olundu.
Söhbət zamanı BMT-nin müəyyənləşdirdiyi Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı fikir mübadiləsi aparıldı. Azərbaycanın bu Məqsədlərin həyata keçirilməsi istiqamətində sosial, iqtisadi və digər sahələrdə yaxşı nəticələr əldə etdiyi vurğulandı. Həmçinin ölkəmizin milli səviyyədə də dayanıqlı inkişaf məqsədini müəyyənləşdirdiyi bildirildi və bunun da nümunəvi xarakter daşıdığı qeyd olundu.
Görüşdə 2026-cı ildə Azərbaycanın UN-Habitat ilə birlikdə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyi vurğulandı, bu xüsusda birgə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.
12-03-2025, 11:23
Ceyhun Bayramov Şimali Makedoniyanın xarici işlər naziri ilə görüşüb


Ceyhun Bayramov Şimali Makedoniyanın xarici işlər naziri ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın xarici işlər naziri Timço Mutsunski ilə görüşüb.
Bu barədə XİN sosial mediada məlumat yayıb.
Görüş zamanı nazirlər iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib, tərəfdaşlığın daha da genişləndirilməsində yüksək səviyyəli səfərlərin və siyasi dialoqun əhəmiyyətini vurğulayıblar.
Enerji, turizm, ticarət və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi imkanları da müzakirə edilib.
Ceyhun Bayramov həmkarını münaqişədən sonrakı regional vəziyyət barədə məlumatlandırıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!