Bütün Türkiyə bu hadisədən danışır – Bir ailə məhv oldu .....                        “Lukoil” Azərbaycanı tərk edir – TARİX ELAN EDİLDİ .....                        Azərbaycanlı milyarderin şirkəti külli miqdarda borca düşdü .....                        Türkiyə bütün sirləri açacaq – Ərdoğan bəyan etdi .....                        Mədinədə faciə yaşandı - 45 nəfər öldü .....                        Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı - FOTO .....                        Ramiz Mehdiyevin gəlininin yerinə TƏYİNAT .....                        Onlar məhkəmə qərarı ilə evlərindən çıxarılır - Nazirlikdən açıqlama .....                        ABŞ vitse-prezidenti qəzaya düşdü .....                       
9-11-2024, 00:01
Azərbaycanda Dövlət Bayrağı günüdür


Azərbaycanda Dövlət Bayrağı günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür.
Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Azərbaycan Respublikasının Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilib.
1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul edərək onu Dövlət bayrağı elan edib. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa edib.
2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” qanun ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Sərəncama əsasən, Dövlət Bayrağı Azərbaycan Respublikasının dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.
2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinə edilmiş əlavəyə əsasən, 9 noyabr - Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
Bu il artıq dördüncü dəfədir ki, Dövlət Bayrağı Günü işğaldan azad edilən Azərbaycan torpaqlarında da qeyd olunur.
8-11-2024, 23:21
Bayrağımız Qalata qülləsində


Bayrağımız Qalata qülləsində

Zəfər Gününün dördüncü ildönümü münasibətilə Azərbaycan Bayrağı İstanbulun məşhur abidəsinin üzərinə proyeksiya olunub.
Ölkəmizlə yanaşı bütün Türk dünyasının tarixinə ən şanlı səhifələrdən biri kimi yazılan, 44 günlük Vətən müharibəsi nəticəsində əldə edilən bu tarixi Qələbə münasibətilə dünyanın ən məşhur abidələrindən biri olan tarixi Qalata Qülləsində Azərbaycan Bayrağı və Xarıbülbül əks olunub.
Azərbaycan Bayrağının proyeksiyası ölkəmizin İstanbuldakı Baş konsulluğunun təşəbbüsü, Türkiyənin aidiyyəti qurumlarının dəstəyi ilə baş tutub.
8-11-2024, 22:39
BMT Baş katibi həftəsonu Azərbaycana gəlir


BMT Baş katibi həftəsonu Azərbaycana gəlir

BMT Baş katibi Antonio Quterreş həftəsonu Bakıya səfər edəcək.
Bunu Baş katibin sözçüsünün müavini Stefani Tremblay deyib.
O, bildirib ki, Baş katib COP29-un açılışında çıxış edəcək:
"Baş katib çərşənbə axşamı COP29-un açılış mərasimində çıxış edəcək və dünya liderlərini fosil yanacaq istehsalını və istehlakını azaltmaq üçün səyləri artırmağa, ədalətli və effektiv razılığa gəlməyə çağıracaq. O, üzv ölkələri karbon bazarını inkişaf etdirməyə və digər tədbirlərlə yanaşı, bütövlükdə iqlimin maliyyələşdirilməsində əsaslı dəyişikliyə çağıracaq. Baş katib, həmçinin üzv dövlətləri 1,5 dərəcə ilə uyğunlaşmaq üçün milli töhfələri təqdim etməyə çağıracaq".
S.Tremblay əlavə edib ki, Quterreş noyabrın 15-də G20 toplantısında iştirak etmək üçün Braziliyanın Rio-de-Janeyro şəhərinə gedəcək və COP29-un yekununda iştirak üçün yenidən Bakıya dönəcək.
8-11-2024, 20:19
İmtahandan uğurla keçən müəllimlərin sayı açıqlandı


İmtahandan uğurla keçən müəllimlərin sayı açıqlandı

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Təhsildə İnnovativ Texnologiyalar (ITE) Əlavə Təhsil Mərkəzi tərəfindən beynəlxalq imtahanlara start verilib. Ümumilikdə, 900 müəllim bu imtahanlarda uğur qazanıb.
Mərkəzdən bildirilib ki, imtahanlar Bakı, Abşeron, Sumqayıt, Sabirabad, Zaqatala, Zərdab, Şəki, Yevlax, Mingəçevir, Qax və Saatlıda aşağıdakı istiqamətlər üzrə həyata keçirilib:

1. “Microsoft” sertifikatlı pedaqoq;

2. "Müəllimlər üçün rəqəmsal savadlılıq".

Həmçinin bildirilib ki, dekabr ayına qədər 5 minə yaxın müəllimin rəqəmsal bacarıqlarının təkmilləşdirilməsi hədəflənir.
Qeyd edək ki, imtahanların məqsədi müəllimlərin müasir texnologiyalar və rəqəmsal alətlərdən istifadə bacarıqlarını artırmaq və tədris keyfiyyətini yüksəltməkdir.
8-11-2024, 20:00
Əsgərlərimiz and içdilər


Əsgərlərimiz and içdilər

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, noyabrın 8-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
Müdafiə Nazirliyindən bildirilib ki, hərbi orkestrin müşayiəti ilə döyüş bayrağının təntənəli surətdə sıra meydanına gətirilməsindən sonra tədbirlər açıq elan olunub.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.
Tədbirlərdə Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissələrin komandir heyəti çıxış edərək andiçmə mərasiminin 8 Noyabr – Zəfər Gününə təsadüf etməsini xüsusi vurğulayaraq, döyüş əməliyyatlarında qazandığımız qələbələrin tarixi əhəmiyyətindən danışıblar. Onlar gənc əsgərlərə vətənimizin müdafiəsində ayıq-sayıq olmağı, qarşıya qoyulmuş tapşırıqları vicdanla yerinə yetirməyi tövsiyə ediblər.
Gənc əsgərlər öz növbəsində Vətənə, dövlətə və Ali Baş Komandana, Hərbi anda sadiq olacaqlarına, nümunəvi, nizam-intizamlı xidmət edəcəklərinə, silah və texnikanın sirlərini dərindən öyrənəcəklərinə, döyüş qabiliyyətlərini daim artıracaqlarına, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirəcəklərinə söz veriblər.
Hərbi qulluqçular təntənəli marşla tribunaların önündən keçiblər.
Andiçmə mərasimləri zamanı, həmçinin 8 Noyabr – Zəfər Günü münasibətilə şəxsi heyətin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə hərbi vətənpərvərlik mövzusunda mədəni-kütləvi tədbirlər keçirilib.
8-11-2024, 19:37
Prezidentin xalqa müraciəti - VİDEO


Prezidentin xalqa müraciəti - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak ediblər. Dövlət başçısı burada xalqa müraciət edib.
Butov.az həmin müraciətin videosunu təqdim edir:

8-11-2024, 19:07
Vətən müharibəsi iştirakçısına yüksək vəzifə verildi


Vətən müharibəsi iştirakçısına yüksək vəzifə verildi

Dövlət Gömrük Komitəsinin (DGK) Gəncə Gömrük İdarəsinə yeni rəis təyin edilib.
Komitə sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun verdiyi əmrlə sözügedən vəzifəyə Şamil Həsənli təyin olunub.
Ötən ilin iyul ayında Gəncə Gömrük İdarəsinin rəisi təyin olunmuş Pərviz Qədirov isə Tovuz Gömrük İdarəsinin rəisi təyin edilib.
Qeyd edək ki, Şamil Həsənli DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin əməkdaşı olub. İkinci Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq cəbhəyə yollanıb. Füzuli, Hadrut, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın rayonları ərazisində gedən döyüşlərdə iştirak edib.
8-11-2024, 18:22
Hakan Fidandan Azərbaycana təbrik


Hakan Fidandan Azərbaycana təbrik

Türkiyənin xarici işlər naziri Hakan Fidan Zəfər Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib.
O, bu barədə "X"də yazıb.
"Qardaş Azərbaycanın 8 Noyabr - Zəfər Gününü böyük sevinc və qürurla, ürəkdən təbrik edirəm. Qarabağı öz yurduna qovuşduran azərbaycanlı qardaşlarımızın Zəfər coşqusunu paylaşır, azadlıq mübarizəsində canlarını fəda edən şəhidlərimizi rəhmətlə, qəhrəman qazilərimizi hörmətlə yad edirəm", - nazir yazıb.
8-11-2024, 17:54
COP29-da tamaşaçı kimi iştirak etmək istəyənlərin nəzərinə!


COP29-da tamaşaçı kimi iştirak etmək istəyənlərin nəzərinə!

COP29-da yaşıl zona üzrə tamaşaçı qismində iştirak etmək istəyənlər sabahdan “İticket” vasitəsilə bilet əldə edə bilərlər. Biletlər pulsuz olacaq.
Gün ərzində bilet limiti dolduqdan sonra proses dayandırılacaq və növbəti gün yenidən aktivləşdiriləcək.
8-11-2024, 17:45
Noyabrın 10-dan bu marşrutlar pulsuz olacaq


Noyabrın 10-dan bu marşrutlar pulsuz olacaq

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ərazisindən paytaxtın 2 istiqamətində ödənişsiz ekspres xətlər fəaliyyət göstərəcək.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, H1 ekspres xətti üzrə avtobuslar “28 May” Nəqliyyat Mübadilə Mərkəzinə, H2 ekspres xətti üzrə avtobuslar isə metronun “Əhmədli” stansiyasına hərəkət edəcək.
Sözügedən marşrutlar 10 noyabr tarixindən fəaliyyətə başlayacaq və ödənişsiz şəkildə sərnişinlərə xidmət göstərəcək
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!