Füzulidə yanğın - Tüstüdən zəhərlənən var .....                        Azərbaycan "Prezident Kuboku"nda ilk medalı qazandı .....                        “Avroviziya” 1 həftə sonra başlayır! - Azərbaycan nə vaxt çıxış edəcək? .....                        Xınalığa dolu düşüb - VİDEO .....                        Azərbaycanda baş direktor və müavini cinayət başında saxlanıldı .....                        Prezident BMT Baş katibinin köməkçisini qəbul etdi .....                        Şoyqu müharibə ilə bağlı yeni göstəriş verdi .....                        İlham Əliyev İraq parlamentinin sədrini qəbul edib .....                        Gələn ay ardıcıl 5 gün iş olmayacaq .....                       
12-11-2022, 21:16
Zaqatalada tütün zavodu yandı


Zaqatalada tütün zavodu yandı

Zaqatalada tütün zavodunda yanğın baş verib. Butov.az xəbər verir ki, yanğın hadisəsi rayonun Yuxarı Tala kənd ərazisində yerləşən “Agro İndustry MMC”yə məxsus tütün qurutma zavodunda baş verib. Hadisə yerinə Zaqatala rayon DYMH-dən yağınsöndürən maşınlar və şəxsi heyyət cəlb olunub, yanğının qarşısı alınıb. Yanğın zamanı kamerada olan 400 ədəd taxta yeşikdən 100 ədədi yanıb. Yanğının baş vermə səbəbi araşdırılır.
12-11-2022, 17:58
"Tarqovı"da azyaşlılara gül satdırırdı - Həbs edildi


"Tarqovı"da azyaşlılara gül satdırırdı - Həbs edildi

Bakının “Tarqovı” kimi tanınan Nizami küçəsində azyaşlı uşaqlara gül satdıran şəxs saxlanılıb. Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 38 yaşlı İ.Əliyevin (şərti) həm özünün, həm də bir neçə azyaşlı uşağa gül satdırdığı aşkar olunub. Qafqazinfo-nun məlumatına görə, həmin azyaşlılardan biri bilinməyən şəraitdə özünə xəsarət yetirib. Bu əsnada polis əməkdaşları uşağın kim tərəfindən istismar olunduğunu axtarmağa başlayıblar. Məlum olub ki, İ.Əliyev özü də küçədə gül satışı ilə məşğuldur. O, yetkinlik yaşına çatmayanlara gül satdırdığı üçün bölməyə gətirilib. Burada ona qeyri-qanuni fəaliyyətlə məşğul olduğu və azyaşlıların əməyini istismar etdiyi bildirilib. İttihama görə, həmin şəxs bölmədə polislərə qarşı tabesizlik göstərərək nalayiq ifadələr işlədib. Səbail polisi tərəfindən İ.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə protokol tərtib olunaraq baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 30 gün müddətinə həbs olunub.
12-11-2022, 17:54
Vergi Xidməti əməkdaşlarının yeni geyim formaları təsdiqlənib


Vergi Xidməti əməkdaşlarının yeni geyim formaları təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası dövlət vergi orqanlarının tanınma nişanı, vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”yə dəyişiklik edilməsi ilə bağlı Fərman imzalayıb. Fərmana əsasən, dəyişikliklər aşağıdakı kimi olacaq:
- Dövlət Vergi Xidmətinin tanınma nişanı dairəvi formada olacaq. Qızılı xətlə haşiyələnmiş və üzərində xüsusi kompozisiya təsvir olunub;
- Tanınma nişanının yuxarı hissəsində ağ fon üzərində qızılı rəngdə yarımdairə formasında “Azərbaycan Respublikası” və onun aşağısında “İqtisadiyyat Nazirliyi” sözləri yazılıb;
- Tanınma nişanının mərkəzində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri əks olunub;
- Ağ fon üzərində qızılı rənglə təsvir edilmiş üçbucaq formalı elementlər Dövlət Gerbinin ətrafında dairə yaratmış və həmin 4 dairənin aşağı hissəsində ağ fon üzərində qızılı rəngdə “Dövlət Vergi Xidməti” sözləri yazılıb;
- Tanınma nişanının aşağı hissəsində “Dövlət Vergi Xidməti” sözlərinin hər iki yan tərəfi qızılı rəngli qövsvari sünbüllə haşiyələnib;
- Tanınma qol nişanı göy rəngdədir, pambıq parça üzərində polivinilxlorid (PVX) materialdan istifadə edilməklə preslənmə yolu ilə hazırlanır.
- Tanınma döş nişanı ağ rəngdədir və vəzifəli şəxslərin üçdüymə köynəyinin üzərinə toxunub;
- Tanınma qol və döş nişanları dairəvi formadadır, 5 qızılı xətlə haşiyələnmişdir, üzərində xüsusi kompozisiya təsvir olunub;
- Dairənin ümumi diametri 80 mm, üçbucaq formalı elementlərin Dövlət Gerbinin ətrafında yaratdığı dairənin diametri isə 48 mm-dir;
- Tanınma qol və döş nişanlarının yuxarı hissəsində qızılı rəngdə yarımdairə formasında “Azərbaycan Respublikası” və onun aşağısında “İqtisadiyyat Nazirliyi” sözləri yazılıb;
- Tanınma qol və döş nişanlarının mərkəzində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri göstərilib;
- Qızılı rənglə təsvir edilmiş üçbucaq formalı elementlər Dövlət Gerbinin ətrafında dairə yaratmış və həmin dairənin aşağı hissəsində qızılı rəngdə “Dövlət Vergi Xidməti” sözləri yazılıb;
- Tanınma qol və döş nişanlarının aşağı hissəsində “Dövlət Vergi Xidməti” sözlərinin hər iki yan tərəfi qızılı rəngli qövsvari sünbüllə haşiyələnib;
- Qadınlar üçün yay çəkməsinin dabanının hündürlüyü 5 sm, kişilər üçün yay və qış çəkməsinin dabanının hündürlüyü isə 2,5 sm-dir.
12-11-2022, 17:46
Müharibədə şəhid xəbəri gəldi, dünən toyu oldu


Müharibədə şəhid xəbəri gəldi, dünən toyu oldu

Noyabrın 11-də Vətən müharibəsi qazisinin toyu olub. Lənkəran şəhərində 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından olan, döyüşdə yaralanmağına baxmayaraq sonadək vuruşan, koma vəziyyətində düşmən tərəfindən əsir alınan, ailəsinin şəhid bilib ağladığı, 52 gündən sonra Azərbaycana qaytarılan Vəlihəd Vəliyev üçün toy məclisi qurulub. Toyda ailə yaxınları, şəhid ailələri, qazilərlə yanaşı, Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşov və kollektivi, Ombudsman Səbinə Əliyeva da iştirak edib. Qəhrəmanımızın şad günündən olan görüntüləri təqdim edirik:

12-11-2022, 17:36
Prezident metropolitençiləri təltif etdi


Prezident metropolitençiləri təltif etdi

Prezident İlham Əliyev Bakı Metropoliteni əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Bakı Metropoliteninin tikintisində və istismarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:
3-cü dərəcəli “Əmək” ordeni ilə
Osmanov Əlixan Qədir oğlu
Tağıyev Səbuhi Qiyas oğlu
Tağıyev Şəbəl Əbtalıb oğlu
“Tərəqqi” medalı ilə
Əkbərov Faiq Qabil oğlu
Əmrahov Sadıq Qərib oğlu
Əsgərov Hidayət Allahverdi oğlu
İbrahimov Samir Qayıb oğlu
Qasımov Rüfət İlham oğlu
Məmmədov Elçin Adil oğlu
Məmmədov Emin Şamil oğlu
Seyidov Ruslan Məmmədrəsul oğlu.
12-11-2022, 17:34
Onlara Prezidentin fəxri diplomu verildi - Sərəncam


Onlara Prezidentin fəxri diplomu verildi - Sərəncam

Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin:
İsayev Xəzər Ağali oğlu
Meftahəddinova Zemfira Əli qızı
Rəhimov Nazir Həzrətqulu oğlu
Şabanova Rəfiqə Mahmud qızı.
12-11-2022, 17:11
Türk Dövlətləri Təşkilatı Azərbaycanı təbrik etdi


Türk Dövlətləri Təşkilatı Azərbaycanı təbrik etdi

“Türk Dövlətləri Təşkilatı olaraq qurucu üzvümüz Azərbaycan Respublikasını Konstitusiya Günü münasibətilə təbrik edirik”. Bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Twitter səhifəsində yazılıb. “Azərbaycan hökuməti və qardaş Azərbaycan xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq”, - deyə paylaşımda bildirilib. Qeyd edək ki, bu gün - 12 Noyabr Azərbaycanda Konstitusiya Günü kimi qeyd olunur.
12-11-2022, 17:05
Paşinyan İran-Azərbaycan münaqişəsinin olacağına inanmır


Paşinyan İran-Azərbaycan münaqişəsinin olacağına inanmır

İranla Azərbaycan arasında münaqişə ehtimalından danışarkən bunu şişirtmək olmaz. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın bəyanatını şərh etmək xahişinə cavab olaraq bildirib. Baş nazir əlavə edib ki, İranla Azərbaycan arasında dərin iqtisadi və mədəni əlaqələr var, onlar dost ölkələrdir və suallar yaranırsa, bu, bir çox başqa ölkələrlə də baş verir. Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində İranın rolunu nədə gördüyünü soruşduqda, Paşinyan qeyd edib ki, bu ölkə mühüm regional və beynəlxalq oyunçudur, ona görə də Ermənistan iranlı tərəfdaşlarla sıx əlaqədədir. O xatırladıb ki, iqtisadi sahədə də əməkdaşlıq inkişaf edir. İrandan daha çox qaz almağa imkan verən yeni yüksək tutumlu İran-Ermənistan elektrik ötürücü xətti tikilir, ondan elektrik enerjisi Ermənistanın istilik stansiyalarında istehsal edilərək İrana göndərilir, onun müəyyən hissəsi isə Ermənistanda qalır. Paşinyan bildirib ki, bu sxemdən daha geniş istifadə etmək üçün daha çox elektrik xətlərinin olması lazımdır. Onun sözlərinə görə, belə bir sxem Ermənistan-Rusiya əməkdaşlığına zidd deyil. Onu da əlavə edək ki, Ermənistana verilən İran qazı istehlakçıların əsas hissəsinə daxil olmur və yalnız İrəvan İES-in, qismən də “Hrazdan-5” İES-in istismarı üçün istifadə olunur. Xatırladaq ki, Dövlət Departamentinin sözçüsü Ned Prays dünənki brifinqdə Amerikanın İrandan təhdid olacağı təqdirdə Azərbaycanı qoruya biləcəkmi sualına cavab verərkən bildirib ki, Vaşinqton İranın regionda sabitliyi pozan təsirinə qarşı tərəfdaşlarının yanında olacaq”.
12-11-2022, 08:24
Vətən sənə canım fəda

Vətən sənə canım fəda

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin 2022-ci il kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçirdiyi “Vətən sənə canım fəda” layihəsinə yekun vurulub. QHT-nin “Azərbaycan” nəşriyyatında yerləşən ofisində 20-dən yuxarı media nümayəndəsinin iştirakı ilə keçirilən yekun tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsi sükutla anılıb. Sonra layihə rəhbəri, “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin sədri Tamxil Ziyəddinoğlu layihə çərçivəsində görülən işlər barədə ictimaiyyətə KİV nümayəndələri vasitəsilə hesabat verib.

Qeyd edib ki, layihənin icra planına uyğun olaraq sentyabrın 20-də Bakı şəhərində yaradılmış Hərbi Qənimətlər Parkında “Dəmir Yumruğun təntənəsi” adlı ədəbi-bədii görüş keçirilib. Abşeron Rayonu Mehdiabad qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdən yuxarı sinif şagirdlərindən ibarət 59 nəfərin parka ekskursiyası təşkil edilib. Mehdiabad qəsəbə 3 nömrəli tam orta məktəbin hərbi-rəhbəri, baş leytenant Hidayət Nağıyev 44 günlük müharibədə silahlı qüvvələrimizin məhv etdiyi və düşməndən qənimət götürdüyü, Hərbi Qənimətlər Parkında sərgilənən texnikalar barədə məlumat verərək, açıq dərs keçib.
44 günlük Vətən Müharibəsində erməni faşizminin məğlubiyyəti nəticəsində yaranmış hərbi-siyasi vəziyyət təhlil edilib. Layihənin fəaliyyət planına uyğun olaraq növbəti tədbir isə oktyabrın 4-də Sumqayıt şəhərindəki Tarix muzeyində yerləşən “Didərgin muzey”də keçirilib.

Sumqayıt Şəhərindəki 39 nömrəli orta məktəbin 44 nəfərdən ibarət, hərbi geyimli, yuxarı sinif şagirdlərini Sumqayıt Tarix Muzeyinin direktoru Aygün Zülfüqarlı muzeyin yaranma tarixi, bölmələri və eksponatları barədə məlumatlandırıb. 1988-ci ildə indi Ermənistan adlanan Qərbi Azərbaycandan soydaşlarımızın silah gücünə, qanlı qırğınlarla deportasiya olunmasından, son nəfərinədək ata yurdundan qovulmasından, o qanlı hadisələr zamanı öz həyatını təhlükəyə ataraq qeyri-adi fədakarlıq göstərən tarix müəllimi Bəxşeyiş Ələmşahovun qəhrəmanlığından söz açılıb. Qeyd edilib ki, Bəxşeyiş müəllim o vaxtlar gərgin zəhməti nəticəsində 1985-ci ildə Qafan rayonunun Müsəlləm kəndində-işlədiyi orta məktəbdə Tarix-diyarşünaslıq muzeyi yaradıb. Təəssüf ki, 3 il sonra erməni faşistləri gənc tarixçinin şagirdlərini məktəbindən, ailəsini od-ocağından didərgin salıb. Onun gənclərimizə həqiqi tariximizi öyrətmək arzusunu gözündə qoyub.

1988-ci ilin görünməyən qəhrəmanı, Sumqayıtdakı 39 saylı məktəbin direktoru Bəxşeyiş Ələmşahov Zəngəzurdakı şagirdləri, Müsəlləm 8 illik məktəbində yaratdığı Tarix-diyarşünaslıq muzeyi və 1988-ci ilin qara günləri barədə xatirələrini indiki şagirləri ilə bölüşüb. O vaxt min cür əziyyətlə yığdığı eksponatları, alın tərilə yaratdığı muzeyi düşmən əlindən xilas etməyin yaşatdığı ağrı-acılardan danışıb.

Hər iki tədbirdə məktəbli gənclərə”Vətən sənə canım fəda” layihəsi çərçivəsində hazırlanmış “Zəfərdən- zəfərə” adlı buklet və Tamxil Ziyəddinoğlunun “Güllə səsinə açılan qapı” kitabı paylanıb. Daha sonra Zəngəzurda doğulmuş müəlliflərin kitabları muzeyə və 39 saylı məktəbin kitabxanasına hədiyyə edilib.

Noyabrın 2-də isə “Vətən Sizə oğul dedi” adı altında üçüncü tədbir Şuşa şəhərində keçirilib. 44 günlük Vətən Müharibəsinin rəmzi olaraq, Şuşa uğrunda döyüşərək Şuşaya çatmadan Şəhid olanların ailə üzvlərindən və qazilərdən ibarət 44 nəfərlik qrupun Şuşaya 1 günlük səfərini nəzərdə tutan tədbir Füzuli rayonunun Qaraxanbəyli kəndində, Şəhidlərimizin xatirəsinə ucaldılmış abidənin ziyarəti ilə başlayaraq Şuşada davam etdirilib. Ziyarətçilər üçün hazırlanmış xüsusi geyim formaları və “Zəfərdən-Zəfərə” adlı buklet tədbir iştirakçılarına paylanıb.
Şuşa ziyarətçilərinin yaralarına sevgi və sayğılaırı ilə məlhəm qoyan Nigar Əliyeva həm də qrup üzvlərinə Şuşanın tarixi, mədəniyyəti, mənəvi dəyərləri barədə ətraflı məlumat verib.

Ehtiyatda olan Tibb xidməti polkovnik-leytenantı, yazıçı-publisist Elman Rüstəmov, Qazi-jurnalist Əlisəfa Mehdiyev Azərbaycan Ordusunun uğurlarından, azad olunmuş torpaqlarımızda aparılan geniş quruculuq, abadlıq işlərindən söz açıblar. Qarabağın yeni növrağında hər şəhidimizin, hər şəhid ailəsinin öz payı olduğunu bildiriblər. Sonra qrup üzvləri illərdi həsrətində olduqları müqəddəs yerləri gəziblər. Xatirə şəkilləri çəkilib, Şuşanın dağları, qayaları ilə baş -başa bir gün keçirən şəhid ailə üzvləri az da olsa, təsəlli tapıblar.
Şuşa ziyarətçiləri arasında iştirak edən şair –publisist, “Laçın yurdu” jurnalının baş redaktoru tədbir iştirakçılarına səfər təəssüratlarını danışdı. Qeyd etdiki o qədər həyəcanın, kədər qarışıq sevincin, emosiyanın içində Şəhid Fərid İlyaslının ziyarətçilər arasında olan qardaşı Kamala azad Qarabağda, “Xarıbülbül” restoranında ad günü keçirilməsi hamımıza duyğulu anlar yaşatdı. Kamalın 11 yaşı şərəfinə “Tort” kəsilməsi hər kəsi xoş ovqata köklədi.

“Müvəkkil Hüquq Mərkəzi”nin rəhbəri Səməd Vəkilov, “Uşaqların gələcəyi naminə” ictimai birliyinin sədri Könül Quliyeva, QHT.az saytının rəhbəri, "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə, "Aydın Fikir" ictimai-siyasi qəzetinin və "Qlobxeber.az" saytının təsisçisi və baş redaktoru Sübut Mehdiyev, “Vedibasar” qəzetinin baş redaktoru Sərtib İslamooğlu və digər çıxış edənlər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə belə layihələri dəstəklədiklərinə görə minnətdarlıqlarını bildiriblər.

Çıxışlardan sonra Ehtiyatda olan Tibb xidməti polkovnik-leytenantı, yazıçı-publisist Elman Rüstəmov, Hərbi jurnalist Azadə Bayramova və Elbəyi Orucov layihənin uğurla həyata keçirilməsində göstərdikləri xidmətə görə, Hərbi Jurnalistlər Birliyinin “Vətənoğlu” fəxri diplomu ilə təltif olunublar. Tədbirə yekun vuran layihə rəhbəri layihənin həyata keçirilməsi zamanı qarşıya çıxan çətinliklərin dəf edilməsində verdikləri ardıcıl dəstəyə görə, QHT Agentliyinin İcraçı direktoru Aygün Əliyevaya, Prezident Administrasiyasının əməkdaşı Kamran Həsənova və layihənin kuratoru Ülkər Süleymanovaya minnətdarlığını bildirib.
Onu da qeyd edək ki, “Ordum.az” informasiya portalının redaktoru Siyavuş Əmirli öz internet səhifəsində bütün tədbirləri canlı yayımlayıb.
P.S. Şəhid ailə üzvlərinin, qazilərin “Vətən sənə canım fəda” layihəsi çərçivəsində Şuşaya səfərinin təşkilində göstərdiyi təşkilati dəstəyə görə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə minnətdarlığımızı bildiririk. Layihənin gerçəkləşməsində fəal iştirak edən, şəxsi avtomobilini, fiziki və mənəvi köməyini əsirgəməyən Mehdiabad Bələdiyyəsinin nümayəndəsi Cavid Əzizova təşəkkür edirik.
“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin mətbuat xidməti







12-11-2022, 00:05
“Narkotikə YOX de!”


“Sağlam cəmiyyət və ailə naminə Narkotikə YOX de!” adlı qısametrajlı film çəkilir

Pis vərdişlərdən qorunmaq və bu kimi mənfi fəsadları özündə ehtiva edən “Sağlam cəmiyyət və ailə naminə Narkotikə YOX de!” adlı qısametrajlı film çəkilir.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə yardımı ilə “Gənclər Mərkəzi” İctimai Birliyinin həyata keçirdiyi “Sağlamlığın təbliğinidə virtual metodlar” layihəsi çərçivəsində ərsəyə gələcək film geniş arenada təbliğ olunacaq. Layihənin kordinatoru Kənan Qubadzadənin verdiyi məlumata görə, layihənin müddəti 3 aydır və əsas məqsədi film vasitəsi ilə cəmiyyəti narkomaniya bəlasından qorunması yönündə maarifləndirilməsindən ibarətdir.
Sosial şəbəkə vasitəsi ilə həyata keçiriləcək maarifləndirmə işində ekspertlər gəncləri bu yoldan çəkindirmək üçün onun törətdiyi bəlalar barəsində ətraflı məlumatlar verəcəklər. Müxtəlif KİV-lərdə maarifləndirmə işi aparılacaq, bu yöndə silsilə yazılar dərc olunacaq. Çəkilən film diskləşdiriləcək, tədbir iştirakçıları ilə yanaşı Bakı və regionda gənclərinə pulsuz paylanacaq.
Layihə çərçivəsində filmin təqdimat tədbirinin keçirilməsi nəzərdə tutulur. Tədbir zamanı sağlam həyat tərzi, sağlam qidalanma, gənclərin sağlam psixoloji və fiziki hazırlığı, zərərli vərdişlərdən azad olmağın yolları, narkomaniya, onların yaranma, yayılma şəraitləri, törətdiyi fəsadları, bu istiqamətdə qanunvericilik məsələləri müzakirə olunacaq. Eyni zamanda, layihə çərçivəsində hazırlanan 7 dəqiqəlik “Sağlam cəmiyyət və ailə naminə Narkotikə YOX de!” adlı film (video-çarx) nümayiş olunaraq iştirakçılarla müzakirə olunacaqdır. Həmçinin virtual aləmdə layihənin daha geniş sosiumlara çatdırılmasına şərait yaradacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!