Füzulidə yanğın - Tüstüdən zəhərlənən var .....                        Azərbaycan "Prezident Kuboku"nda ilk medalı qazandı .....                        “Avroviziya” 1 həftə sonra başlayır! - Azərbaycan nə vaxt çıxış edəcək? .....                        Xınalığa dolu düşüb - VİDEO .....                        Azərbaycanda baş direktor və müavini cinayət başında saxlanıldı .....                        Prezident BMT Baş katibinin köməkçisini qəbul etdi .....                        Şoyqu müharibə ilə bağlı yeni göstəriş verdi .....                        İlham Əliyev İraq parlamentinin sədrini qəbul edib .....                        Gələn ay ardıcıl 5 gün iş olmayacaq .....                       
11-11-2022, 21:42
İlham Əliyev Berdiməhəmmədovla görüşüb


İlham Əliyev Berdiməhəmmədovla görüşüb

Noyabrın 11-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub. Görüşdə Qurbanqulu Berdiməhəmmədov Vətən müharibəsində Qələbənin ikinci ildönümü münasibətilə özünün və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun təbriklərini Prezident İlham Əliyevə çatdırıb. Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev öz növbəsində Qurbanqulu Berdiməhəmmədovu Türk Dünyasının Ali Ordeni ilə təltif olunması münasibətilə təbrik edib. Dövlətimizin başçısı qeyd edib ki, Türkmənistan və Azərbaycan bütün sahələrdə qardaşlıq, dostluq münasibətləri nümunəsi göstərir və bugünkü görüş də əlaqələrimizin inkişafına yaxşı təkan verəcək. Görüşdə energetika, nəqliyyat, kənd təsərrüfatı sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.


11-11-2022, 21:38
Prezident Milli  Olimpiya Komitəsinin üzvlərini TƏBRİK ETDİ  Prezident Milli  Olimpiya Komitəsinin üzvlərini təbrik etdi


Prezident Milli Olimpiya Komitəsinin üzvlərini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinin üzvlərinə təbrik məktubu ünvanlayıb. Dövlət başçısı ölkəmizin bütün idman ictimaiyyətini Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin (MOK) yaradılmasının 30 illiyi münasibətilə təbrik edib və gələcək işlərində yeni uğurlar arzulayıb. Məktubda Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci ildə təsis olunan Milli Olimpiya Komitəsinin ötən müddət ərzində ölkəmizin öz idman potensialını tam gerçəkləşdirməsi naminə daim var qüvvəsi ilə çalışdığı qeyd olunur. Vurğulanır ki, MOK nailiyyətlərlə zəngin şərəfli yol keçib və işini yalnız Olimpiya Oyunlarında iştirakla məhdudlaşdırmayaraq, respublikada Olimpiya ideallarının bərqərar olmasında və idmanın dinamik inkişaf etdirilməsində təqdirəlayiq xidmətlər göstərib. Qurumun fəaliyyətinin səmərəli təşkilinin nəticəsidir ki, idmançılarımız Olimpiya Oyunlarında, Avropa və dünya çempionatlarında çoxsaylı müvəffəqiyyətlər qazanıblar.“Respublikamızda idmana diqqət dövlət siyasətinin prioritetlərindəndir. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində aparılan işlər, o cümlədən yaradılmış ən müasir idman infrastrukturu, olimpiya kompleksləri, ixtisaslaşmış idman məktəbləri bunun əyani təsdiqidir. Xüsusi vurğulamaq istərdim ki, mötəbər beynəlxalq idman yarışlarının keçirilməsində böyük təcrübə əldə olunmuşdur. Bu gün yüksəliş dövrünü yaşayan və bayrağımızı dünyanın hər yerində dalğalandıran idmanımızın tarixinə parlaq səhifələr yazılmaqdadır. Azərbaycan idman sahəsində nəhəng layihələr reallaşdıraraq uğurlara imza atmış ölkə kimi artıq dünya miqyasında tanınır”, - deyə məktubda bildirilir. Milli Olimpiya Komitəsinin idmançılarımızın Olimpiya Oyunlarındakı qələbələrinə dəyərli töhfələr verən və yüksək səviyyəli qarşılıqlı əməkdaşlıq əlaqələri quraraq hazırda qitənin olimpiya qurumları arasında ön sıralarda dayanan nüfuzlu təşkilatlardan birinə çevrildiyini qeyd edən Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, MOK Olimpiya Xartiyasının başlıca prinsipləri əsasında respublikamızda Olimpiya hərəkatının qarşıdakı illərdə daha geniş vüsət alması üçün imkan və bacarığını bundan sonra da əsirgəməyəcək, nailiyyətləri ilə ictimai həyatımızdakı əhəmiyyətli mövqeyini qoruyub saxlayacaq.
11-11-2022, 21:22
İki hərbçimiz qəzada yaralandı - Yeni məlumat


İki hərbçimiz qəzada yaralandı - Yeni məlumat

Noyabrın 11-də N nömrəli hərbi hissəyə məxsus avtomobilin qəzaya uğraması nəticəsində 2 hərbi qulluqçumuz yüngül xəsarət alıb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Avtomobildə olan digər 5 hərbi qulluqçu tibbi müayinədən keçirilib və heç bir xəsarət almadıqlarına görə xidmət yerlərinə qaytarılıb.
11-11-2022, 18:14
Goranboyda hərbi maşın qəzaya düşdü


Goranboyda hərbi maşın qəzaya düşdü

Goranboyda hərbi maşın qəzaya uğrayıb. Hadisə bu gün günorta saatlarında Xan Qərvənd kəndində baş verib. Hadisə zamanı bir neçə hərbçinin yaralandığı bildirilir. Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov faktı saytımıza təsdiq edib: “Bu gün saat 16:00 radələrində N saylı hərbi hissəyə məxsus “QAZ 52” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı sərnişin dayanacağına çırpılıb. Daha sonra Xan Qərvənd kənd sakini Raqif Hüseynova məxsus “VAZ 21099” markalı avtomobillə toqquşub. Hadisə zamanı mülki avtomobilin sürücüsü xəsarət almayıb. Hərbi avtomobildə olan 7 nəfər hərbçi müxtəlif dərəcəli xəsarətlər alaraq hospitala yerləşdirilib”. Faktla bağlı araşdırma aparılır.
11-11-2022, 18:12
Mağazadan 31 min manatlıq “İphone” oğurlandı


Mağazadan 31 min manatlıq “İphone” oğurlandı

Nizami rayonunda Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi tərəfindən qorunan mobil telefon və məişət əşyalarının satıldığı mağazadan oğurluq edilib. Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, xüsusi texniki mühafizə vasitələri ilə qorunan həmin mağazadan ötən gecə Baş İdarənin Mərkəzləşdirilmiş Mühafizə Mərkəzinə həyəcan siqnalı daxil olub. Dərhal ərazi üzrə Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları hadisə yerinə yollanıblar. Obyektin giriş qapısının qırıldığını müəyyən edən mühafizə polisləri “isti” izlərlə oğurluqda şübhəli bilinən şəxsi hadisə yerinin yaxınlığında saxlamağa nail olublar. Həmin şəxsin üzərinə baxış zamanı 13 ədəd ümumi dəyəri 31 min manat olan “iphone” markalı mobil telefon aşkar edilib. Mühafizə Polisləri tərəfindən həmin şəxs Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə təhvil verilib. Şöbədə araşdırma aparılan zaman onun Abşeron rayonunda yaşayan Zakir Fərəcov olduğu məlum olub. Bu şəxsin digər cinayətlərdə əlinin olub-olmadığının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

11-11-2022, 18:09
“Azərişıq” Kəlbəcərin kəndinə elektrik xətti çəkir


“Azərişıq” Kəlbəcərin kəndinə elektrik xətti çəkir

"Azərişıq” ASC Kəlbəcər rayonunun Alagöllər kəndi ərazisinə 35KV-luq elektrik enerjisi xətti çəkir. Butov.az xəbər verir ki, 22 km məsafədə çəkilən xətt kəndin işıqlandırılması üçün istismar ediləcək. Kəndi işıqlanadırmaq məqsədi ilə ÖİN kabel xəttində istifadə edilib və 2 ədəd 250 kVA gücündə transformator quraşdırılıb.

11-11-2022, 18:07
Regionlarda şəhid ailələrinə ev verilmir? – Nazirdən açıqlama


Regionlarda şəhid ailələrinə ev verilmir? – Nazirdən açıqlama

“Regionlarda şəhid ailələrinə ev verilməməsi fikri doğru deyil. İndiyədək 4000 evin 1000-i regionlarda verilib”. Bunu Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, növbəti ay regionlarda şəhid ailələrinə 170 mənzil təqdim olunacaq. Onun sözlərinə görə, Bakı və Sumqayıtda şəhid ailələrinə verilən evlərin sayı daha çoxdur: “Burada yaşayan şəhid ailələrinin sayı da çoxdur. Ona görə rəqəmlərdə fərq ortaya çıxır”. Qeyd edək ki, komitələrin birgə iclasında deputatlar regionlarda şəhid ailələrinə ev verilməməsindən şikayətləniblər.
11-11-2022, 17:51
İskəndər Rəşad Dağlını şantaj edirmiş - Qətlin əsl səbəbləri


İskəndər Rəşad Dağlını şantaj edirmiş - Qətlin əsl səbəbləri

Meyxanaçı Rəşad Dağlının (Əmirov) tanışı İskəndər Mehdiyevi qətlə yetirməsinin səbəbi məlum olub. Qaradağ Rayon Məhkəməsinə təqdim etdiyi təqdimatda qeyd olunub ki, əvvəllər dəfələrlə məhkum olunmuş İ.Mehdiyev müxtəlif vaxtlarda telefon vasitəsilə Rəşad Dağlıya zəng vuraraq, guya onun cinsi azlıq nümayəndəsi olması barədə söz-söhbət yayıldığını və bununla bağlı sübutların olduğunu iddia edib. Bundan başqa, İ.Mehdiyev həmin məsələyə birdəfəlik son qoyulması üçün meyxanaçıdan müəyyən miqdarda pul tələb edib, əks halda barəsində rüsvayedici məlumatları yaymaqla hədələyib. Yəni şantaj edib. Rəşad Dağlı həmin “məsələni aydınlaşdırmaq” üçün onunla görüşmək qərarına gəlib. Noyabrın 9-u səhər saat 05 radələrində meyxanaçı idarə etdiyi “Niva” markalı avtomobillə İ.Mehdiyevin yaşadığı ünvana gəlib və onu küçəyə çağırıb. O, İskəndəri avtomobilin qabaq oturacağında əyləşdirib, Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsi istiqamətinə aparıb. Söhbət zamanı İ.Mehdiyev meyxanaçının ünvanına nalayiq ifadələr işlədib. Bu zaman Rəşad Dağlı bıçaqla onun döş qəfəsinə ardıcıl zərbələr endirib. İstintaq orqanının təqdimatında göstərilib ki, meyxanaçı İ.Mehdiyevə ümumilikdə 14 bıçaq zərbəsi endirərək qətlə yetirib. Rəşad Dağlı tanışının öldüyünü gördükdən sonra İ.Mehdiyevin meyitini avtomobildən ataraq hadisə yerindən uzaqlaşıb. O, saat 05:30 radələrində Yasamal Rayon Polis İdarəsinin növbətçi hissəsinə gedərək qətl hadisəsini törətdiyini və könüllü təslim olmaq istədiyini söyləyib. Qaradağ Rayon Məhkəməsində Rəşad Dağlı törətdiyi cinayəti etiraf edib. Meyxanaçı hadisə zamanı üzərində heç bir kəsici alət olmadığını, şərəf və ləyaqətini təhqir etdikdən sonra aralarında yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsin əlindəki bıçağı onun əlindən alaraq İ.Mehdiyevin ürəyinə vurduğunu, digər zərbələri isə hansı istiqamətə endirdiyini xatırlamadığını bildirib. Qeyd edək ki, faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
11-11-2022, 17:25
Əmək müqavilələrində məcburi elektron imzalanma olacaq


Əmək müqavilələrində məcburi elektron imzalanma olacaq

Azərbaycanda tam elektron əmək müqaviləsinə keçidlə bağlı qanunvericilik paketi hazırlanıb və yaxın zamanda Milli Məclisə təqdim olunacaq. Növbəti ildə ölkədə bütün əmək müqavilələrində məcburi olaraq elektron imzalanması təmin ediləcək”. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı keçirdikləri birgə iclası zamanı bildirib. Sahil Babayev qeyd edib ki, bununla da əmək kitabçalarına, kağız üzərində əmrləşməyə və digər hallara ehtiyac qalmayacaq: “Ölkə üzrə kadr kargüzarlığı və inzibatçılığı, həmçinin paralel olaraq digər parametrlərin hamısı elektron sistem üzərindən idarə olunacaq”.
11-11-2022, 17:23
Pensiyalar minimum 400 manat olacaq - Əhaliyə şad xəbər


Pensiyalar minimum 400 manat olacaq - Əhaliyə şad xəbər

"Ölkədə maaşların artırılması istiqamətində islahatlar davam edir və bunun nəticəsini görürük". Bunu Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasına qatılan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, ümumi pensiyaların 400 manatın üzərində olması üzrə işlər görülür: “Yaşa görə pensiyanın 450 manat, ümumi pensiyanın isə 400 manat olması üçün işlər görülür. Əhaliyə ödənişlərin, xüsusilə pensiya ödənişlərinin 650 milyon manat artımı pensiyaçılarımız üçün çox önəmlidir". S.Babayev, həmçinin yeni iş yerlərinin sayının artırıldığını, məşğulluq proqramlarının davam etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu sahədə elektronlaşma aparılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!