Şiviloğulları ocağının yurd həsrətli .....                        Özbəkistandan gətirilən arı ailələri təhlükəlidir - XƏBƏRDARLIQ .....                        Rusiya Azərbaycan XİN-ə cavab hazırlayır .....                        Prezident və birinci xanım Beynəlxalq Təlim Mərkəzinin açılışında - FOTO .....                        Hörmüzdən keçən gəmilər İrana ödəniş edəcək .....                        Qətər İrandan kompensasiya tələb etdi .....                        Hörmüz boğazının açıq olduğuna inanırıq - Pentaqon .....                        “Azərbaycan Nəşriyyatı”nda işlər başlayır .....                        Atəşkəs sonrası ilk zəng: Azərbaycanın İrana verdiyi siyasi mesaj .....                       
Tarix : 4-04-2025, 15:27
Küçələri "musiqi meydanı"na çevirənləri cəza gözləyir


Küçələri "musiqi meydanı"na çevirənləri cəza gözləyir

Bakının küçə və prospektlərində son illərdə yeni "səs mədəniyyəti" formalaşıb. Xüsusən gənc sürücülər avtomobillərinə quraşdırdıqları səsgücləndiricilər vasitəsilə küçələri "musiqi meydanı"na çevirirlər.
Mərkəzi küçələrdə, xüsusən axşam saatlarında avtomobillərdən yayılan yüksək səsli musiqilər artıq şəhər sakinlərinin gündəlik narazılıq səbəblərindən birinə çevrilib. Musiqi janrları isə rəngarəngdir..
Bəzən tək bir avtomobilin səsi bir neçə küçəni əhatə edir. Yaşlılar, körpəsi olan ailələr, işdən yorğun qayıdan sakinlər, şəhərdə gəzmək istəyən vətəndaşlar bu səslərdən ciddi narahatdır.
Ekspertlər bu problemin qarşısını almaq üçün daha sərt nəzarət mexanizmlərinin tətbiqini, eləcə də ictimai maarifləndirmə kampaniyalarının keçirilməsini təklif edirlər. Avtomobilə audio sistem quraşdıranların müəyyən texniki tələblərə uyğun icazə alması və tez-tez səs səviyyəsinin yoxlanılması sisteminin qurulması təklif olunur.
Məsələ ilə bağlı Vəkillər Kollegiyasının üzvü Emil Aslanov bildirib ki, 8 iyul 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları" təsdiq olunub.
O qeyd edib ki, bu normalarda avtomobillərdə istifadə edilməsinə icazə verilən səs tezliyi və yüksəkliyi barədə məlumatlar əks olunub.
Vəkil bildirib ki, qeyd olunan normaları pozan şəxslər üçün İnzibati Xətalar Məcəlləsində müvafiq cərimələr nəzərdə tutulub: “Normaları pozan fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir”.



Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!