Sandu İlham Əliyevlə görüşündən yazdı .....                        İlon Mask tarixə düşdü .....                        Putin Qərbə meydan oxudu: “Kimsə gücünü sınamaq istəyirsə, buyursun!” .....                        Rəqs eliyən həkim yenidən işə başlayıb? .....                        Rusiya iki dəfə NATO üzvü olmaq istəyib .....                        Növbəti sammit Ermənistanda keçiriləcək .....                        Konstitusiya məhkəməsindən vacib qərar .....                        Ukrayna 185 hərbçini Rusiyaya verdi .....                        Zelenski İlham Əliyevlə müzakirə etdiyi məsələləri açıqladı .....                       
Tarix : 4-04-2025, 15:25
Bakının bu ərazilərində köhnə binalar söküləcək


Bakının bu ərazilərində köhnə binalar söküləcək

Bakı şəhərinin hansı ərazilərində köçürülmə-abadlıq işləri aparılacağı məlum olub.
Bakı şəhərinin yeni Baş Planı, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramının icrası çərçivəsində ilk növbədə Yasamal rayonunda "Sovetski"nin növbəti hissəsi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ətrafı (sağ istiqamətdə), Nizami küçəsi ilə Təzəpir məscidi arasındakı ərazilərdəki köhnə tikililər, istismar müddəti başa çatan kommunikasiya və mühəndis qovşaqları, qəzalı vəziyyətdə olan su və kanalizasiya xətləri söküləcək, köçürüləcək sakinlərə müvafiq kompensasiyaların məbləğinin hesablanması və ödənilməsi təmin ediləcək.
Eyni zamanda Bakının Sabunçu, Nəsimi, Xətai, Nərimanov və digər rayonlarında istismar müddəti başa çatmış, qəzalı vəziyyətdəki binalar, evlər, qeyri-yaşayış obyektləri söküləcək.

***

13:42

Paytaxtda bir sıra köhnə tikililər, istismar müddəti başa çatan kommunikasiya və mühəndis qovşaqları, qəzalı vəziyyətdə olan su və kanalizasiya xətləri şəhər təsərrüfatında ciddi çətinliklər yaradır. Habelə vaxtı ilə dar və plansız şəkildə tikilmiş yollar və küçələr yanğın hadisəsi və digər fövqəladə hallar zamanı kritik hadisələrin qarşısını almağa mane olur.
Bakı şəhərinin yeni Baş Planı, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramına uyğun olaraq 10 yeni metro stansiyasının tikintisi, şəhərətrafı Bakı kənd və qəsəbələrinə gedən dəmiryol şəbəkəsinin bərpası ilə əlaqədar olaraq paytaxtda mühəndis-kommunikasiya qurğularının yenilənməsini, nəqliyyat və sosial infrastrukturların, kommunal sistemlərin əsaslı şəkildə bərpasını, “yaşıl və təmiz şəhər” prinsiplərindən irəli gələn ətraf mühitin təmizlənməsi və ərazilərin abadlaşdırılması və s. tədbirlərinin həyata keçirilməsini zəruri edir.
Bu tələbatlar nəzərə alınmaqla Bakı şəhərinin bəzi ərazilərində köhnə tikililərin, yaşayış və qeyri - yaşayış obyektlərin köçürülməsi, söküntü və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Söküntü işləri istismar müddəti başa çatan və tarixi əhəmiyyət daşımayan əsasən qəzalı vəziyyətdə və aşınma dərəcəsi olduqca yüksək olan bina və tikililəri əhatə edir.
Aparılacaq söküntü işləri ilə əlaqədar Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və müvafiq Rayon İcra Hakimiyyətləri ilə birlikdə əraziyə baxış keçirilir, ölçü işləri aparılır. Köçürmə işləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanununa Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən həyata keçirəcək, müvafiq kompensasiyaların məbləğinin hesablanması və ödənilməsi təmin ediləcəkdir.
Bakının yeni Baş Planına uyğun olaraq köçürmə ərazilərində müasir park, istirahət məkanları, yeni metro xətləri və stansiyaları inşa olunacaq, həmin ərazilərdə yerləşən tarixi binalarda söküntü işləri aparılmayacaq, müasir standartlara cavab verəcək abadlıq işləri həyata keçiriləcəkdir. Bu işlərə yerli mütəxəssislərlə yanaşı xarici mütəxəssislər də cəlb edililəcək.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!