Bütün Türkiyə bu hadisədən danışır – Bir ailə məhv oldu .....                        “Lukoil” Azərbaycanı tərk edir – TARİX ELAN EDİLDİ .....                        Azərbaycanlı milyarderin şirkəti külli miqdarda borca düşdü .....                        Türkiyə bütün sirləri açacaq – Ərdoğan bəyan etdi .....                        Mədinədə faciə yaşandı - 45 nəfər öldü .....                        Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı - FOTO .....                        Ramiz Mehdiyevin gəlininin yerinə TƏYİNAT .....                        Onlar məhkəmə qərarı ilə evlərindən çıxarılır - Nazirlikdən açıqlama .....                        ABŞ vitse-prezidenti qəzaya düşdü .....                       
6-11-2024, 19:30
Türk dünyasının liderləri Azərbaycana gəlir


Türk dünyasının liderləri Azərbaycana gəlir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderlərinin 12-ci sammiti Azərbaycanda keçiriləcək.
Bu barədə Bişkek Bəyannaməsində qeyd olunub.
Qərar bu gün Qırğızıstanın paytaxtında keçirilən TDT Dövlət Başçıları Şurasının 11-ci iclasının yekunları üzrə qəbul edilib.
Bəyannaməyə əsasən, təşkilat ölkələrinin liderləri 2025-ci ildə rəsmi sammitin Azərbaycanda və qeyri-rəsmi sammitin isə Macarıstanda keçirilməsini təsdiqləyiblər.
6-11-2024, 18:40
"28 May"ın qarşısında daha bir YENİLİK


"28 May"ın qarşısında daha bir YENİLİK

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən əhaliyə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi, sərnişinlərin rahatlığı və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni nəqliyyat mübadilə mərkəzlərinin (HUB-ların) yaradılması işləri davam etdirilir.
AYNA-dan verilən xəbərə görə, noyabrın 7-dən Bakıda mobilliyin transformasiyası proqramı çərçivəsində “Hamısı bir yerdə” (“All in one”) prinsipi əsasında qurulan “28 May” Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyətə başlayır. Bu ərazidən gündəlik 16 müntəzəm marşrut üzrə 259 avtobusla 181 min sərnişin daşınır.
“28 May” NMM-in ərazisindən keçən avtobusların marşrutlarını optimallaşdırmaq, hərəkət zamanı sıxlığı azaltmaq və əlavə vaxt itkisinin qarşını almaq məqsədilə Azadlıq prospektinin Şəmsi Bədəlbəyli və Füzuli küçələri ilə kəsişmələrində yeni işıqforlar quraşdırılıb, Azadlıq prospektinin bu hissəsində avtobusların əks istiqamətdə hərəkəti üçün zolaq salınıb. Bu yenilik NMM-in ərazisinə daxil olan avtobusların təhlükəsiz hərəkəti və sərnişinlərin rahatlığını təmin edəcək.
Azadlıq prospektində hərəkətin yenidən təşkili AYNA tərəfindən xüsusi proqram təminatı vasitəsilə simulyasiya da edilib. //www.youtube.com/watch?v=RQVogFQ8fII
Qeyd edək ki, NMM-in ərazisinə şəxsi avtomobillərin girişi qadağandır, burada geniş piyada zonaları və mikromobillik zolaqları salınıb, nişanlanma xətləri çəkilib, yol nişanları, müntəzəm marşrut avtobusları üçün dayanacaq məntəqələri, həmçinin elektrik avtobusları üçün enerji doldurma cihazları quraşdırılıb. Yenidənqurmadan sonra meydanda yaradılan şərait onu modern üslubda tərtib edilən və şəhərin görkəminə əlavə gözəllik qatan daha bir populyar ictimai məkana çevirməyə imkan verib.
6-11-2024, 18:32
Prezidentin Qırğızıstana səfəri başa çatdı


Prezidentin Qırğızıstana səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına səfəri noyabrın 6-da başa çatıb.
Bişkek şəhərinin “Manas 2” Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov və digər rəsmi şəxslər yola saldılar.

6-11-2024, 16:30
Bir sıra DSK-ların tərkibi dəyişdi


Bir sıra DSK-ların tərkibi dəyişdi

Bəzi Dairə Seçki komissiyalarının (DSK) tərkibində dəyişiklik olub.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.
5 saylı Babək-Naçıvan-Culfa saylı seçki dairəsinin həlledici səs hüquqlu üzvü vəfat edib. Onun yerinə Cahangir Seyidovun təyin edilməsi təklif edilib.
21 saylı Nəsimi-Binəqədi seçki dairəsinə həlledici səs hüquqlu üzv kimi Akif Abbasovun namizədliyi irəli sürülüb.
Eləcə də Rövşən Vəliyevin 41 saylı, Cavid Binnətovun isə 83 saylı Dövlət Seçki Kommisyasına üzv seçilməsi təklif edilib.
Məsələ səsə qoyularaq qəbul edilib.
6-11-2024, 16:27
Məzahir Pənahov bələdiyyə seçkisinin vaxtını açıqladı


Məzahir Pənahov bələdiyyə seçkisinin vaxtını açıqladı

Bələdiyyə seçkilərinin yanvar ayının 25-dən sonra keçirilməsi məqsədəuyğundur.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O bildirib ki, noyabrın axırında bələdiyyə seçkilərinin dəqiq tarixi elan ediləcək.
MSK sədri bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı seçki məntəqələrinin hazırlıq işləri ilə bağlı danışıb:
“Biz gərək tez bir zamanda dairə seçki komissiyalarını formalaşdıraq. Onlar da məntəqə seçki komissiyalarına müvafiq tapşırıqlar versinlər. Yeni seçilən üzvlər üçün maarifləndirmə proqramı həyata keçirək”.
6-11-2024, 16:25
Təcili yardım maşınları COP29 zolaqları ilə hərəkət edə biləcək


Təcili yardım maşınları COP29 zolaqları ilə hərəkət edə biləcək

COP29 zamanı daha çox sərnişin axını olan “28 May”, “Elmlər” və “Koroğlu” stansiyalarında tibb məntəqələri fəaliyyət göstərəcək.
Bunu "Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxsin direktoru Elçin Əmirov deyib.
O bildirib ki, buna səbəb səhiyyə xidmətinin daha əlçatan olmasını təşkil etməkdir.
“COP29-la əlaqədar olaraq 50-dən çox təcili tibbi yardım briqadası yaradılıb.
“Tibb məntəqələri lazımi bütün avadanlıqlarla təmin olunub. Onu da bildirmək istəyirəm ki, təcili tibbi yardım maşınlarının COP29 zolaqları ilə hərəkəti nəzərdə tutulub”, - deyə o qeyd edib.
6-11-2024, 15:46
Bakı metrosunda qərargah fəaliyyət göstərəcək


Bakı metrosunda qərargah fəaliyyət göstərəcək

Bakıda keçirilən bütün irimiqyaslı tədbirlərdə olduğu kimi, COP29 zamanı da "Bakı metropoliteni" QSC-də qərargah fəaliyyət göstərəcək.
Bunu “Bakı Metropoliteni” QSC-nin rəis müavini Hidayət Məmmədov mətbuat üçün keçirilən brifinqdə deyib.
H.Məmmədov qeyd edib ki, Bakı metrosu paytaxtda keçirilən kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, COP29-un xüsusiyyətləri nəzərə alınmaqla, hazırlıqları başa çatdırıb.
“Qərargahın fəaliyyətində əlaqələndirmə, situasiya mərkəzlərinin işi və işçi qrupların fəaliyyəti tənzimlənəcək. Burada təşkilati, kommunikasiya və bir sıra digər məsələlərlə bağlı məsul şəxslər müəyyən edilməklə tənzimləmə mexanizmləri qurulub. Əməliyyat planına uyğun olaraq, Bakı metrosunda COP29 dövründə adi iş günlərində olan məsul növbətçilik qaydaları qüvvədə saxlanılmaqla əlavə tədbirlər müəyyən edilib. Əsas nəzarət sahələri və zonaları, digər qurumlarla əlaqələndirmə və aidiyyəti qurumların fəaliyyətinin təmin edilməsi, birgə fəaliyyətin qurulması qaydaları və məsul şəxslər qeyd olunub. Burada həm metropoliten, həm də stansiya üzrə mərkəzləşdirilmiş fəaliyyətin təmin edilməsi məqsədilə Daxili İşlər və Fövqəladə Hallar Nazirlikləri, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və digər qurumlarla sıx əlaqəli işlər aparılaraq, müvafiq şərait yaradılıb”, - deyə o bildirib.
H. Məmmədov əlavə edib ki, “Bakı Metropoliteni” QSC üzrə stansiyaların rəhbər və işçi heyətinin iş rejimi müəyyən edilib. Bununla yanaşı, müxtəlif struktur və sahələrin rəhbərlərinin daxil olduğu əlavə nəzarət cədvəlləri təyin olunub. Onun sözlərinə görə, ümumilikdə, bütün işçi qrupların fəaliyyətinin “Bakı Metropoliteni” QSC-nin “Koroğlu” stansiyasından idarə edilməsi istiqamətində təşkilati və texniki təchizat işləri yekunlaşdırılıb: “Ölkəmizdə keçirilən beynəlxalq COP29 konfransı zamanı paytaxtda nəqliyyat hərəkətinin idarə olunmasının optimallaşdırılması, şəhər nəqliyyatının təhlükəsiz və nizamlı təşkili, eləcə də hərəkət iştirakçılarının rahatlığının təmin edilməsi məqsədilə noyabrın 3-də saat 10:00-15:00 arası bir sıra müntəzəm avtobus marşrutlarının hərəkət sxemləri və son dayanacaq məntəqələri dəyişdiriləcək”.
6-11-2024, 15:31
Bakı metrosunun iş rejimi dəyişir


Bakı metrosunun iş rejimi dəyişir

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) ilə əlaqədar “Bakı Metropoliteni” QSC-də gücləndirilmiş iş rejiminin xüsusiyyətlərinə dəyişiklik ediləcək.
Bunu “Bakı Metropoliteni” QSC-nin rəis müavini Hidayət Məmmədov mətbuat üçün keçirilən brifinqdə deyib.
Rəis müavini qeyd edib ki, tədbir dövründə “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və əməkdaşlarının ənənəvi növbətçilik cədvəlindən əlavə olaraq, stansiyalar və sahələr üzrə təhkim olunmuş əlavə işçi qüvvəsi ayrılacaq.
Əsas məqsəd ehtiyac yaranacağı təqdirdə, sərnişin axını istiqamətlərini tənzimləmək, mühəndis-texniki qurğuların fəaliyyəti ilə bağlı operativ qərarların qəbulunu daha da sürətləndirmək və digər zəruri tədbirləri görməkdir. Sərnişinlərin COP29 məkanlarına, eləcə də stansiyalara yaxın məsafələrdə yerləşən tarixi-mədəni, sosial-ictimai yerlərə, asudə vaxtın təşkili mərkəzlərinə və s. istiqamətlər üzrə hərəkətini daha rahat təşkil etmək, Bakı metropolitenindən istifadə, gediş haqqının ödənilməsi və digər qaydalar barədə maarifləndirmə işini qurmaq məqsədilə 10 metropoliten stansiyasında COP29 Əməliyyat Şirkətinin təşkil etdiyi könüllülər hərəkatının üzvləri növbəli rejimdə fəaliyyət göstərəcəklər”, - deyə H.Məmmədov bildirib.
O əlavə edib ki, COP29 Əməliyyat Şirkətinin müraciətinə əsasən, noyabrın 11-13-də Bakı metropoliteninin stansiyaları səhər saat 05:00-dan sərnişinlərin girişinə açıq olacaq: “Bununla yanaşı, həmin günlər ölkəmizdə qeyri-iş günü elan edilsə də, Bakı metrosunda qatarların hərəkət qrafiki adi iş günlərinə uyğun qurulacaq. Qeyd edilən 3 gün ərzində Qırmızı xəttin “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti səhər saatlarında 07:00-dan 10:00-dək, axşam saatlarında isə 17:30-dan 19:30-a qədər 2 dəqiqə təşkil edəcək. Yaşıl və Qırmızı xətlərin birləşdiyi “28 May” stansiyasından “Dərnəgül” (Yaşıl xətt) və “İçərişəhər” (Qırmızı xətt) istiqamətlərində qatarların hərəkət intervalı 2 dəfə çox olacaq. Qeyd edək ki, bu, Bakı metropoliteni xətlərinin mövcud texniki xüsusiyyətlərinə görə hazırkı dövrdə adi iş günlərində tətbiq olunan mümkün ən optimal hərəkət qrafikidir. “Həzi Aslanov-28 May” sahəsində interval günorta vaxtı 2,5 dəqiqə, səhər erkən və sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru 3 dəqiqə və daha çox təşkil edəcək. İstirahət günlərində qatarlar arasında interval fərqli qaydada tənzimlənəcək: saat 7:00-dan 21:00-a qədər olmaqla, şənbə günləri 2,5 dəqiqə, bazar günləri isə eyni saatlarda 3 dəqiqə təşkil edəcək.
H.Məmmədov əlavə edib ki, Bənövşəyi xətt üzrə qatarlar arasında intervallar “Avtovağzal-8 Noyabr” sahəsində 8 dəqiqə, “Xocəsən-Avtovağzal” yol mənzilində isə əsasən, 16 dəqiqə təyin edilib. “Bakmil” stansiyasına və əksinə isə qatarların hərəkət cədvəlləri noyabr ayının 11-13-də iş günləri qrafikinə uyğun tənzimlənəcək. COP29-un keçiriləcəyi digər günlər ərzində metroda qatarların hərəkəti ənənəvi payız-qış qrafikinə uyğun tənzimlənəcək.
6-11-2024, 14:40
COP29 qonaqları üçün xüsusi taksilər olacaq


COP29 qonaqları üçün xüsusi taksilər olacaq

COP29 konfransında iştirak etmək üçün ölkəmizə səfər edən nümayəndə heyətləri, eləcə də yerli iştirakçılar üçün sərnişindaşıma xidmətlərinin əlçatanlığının təmin edilməsi məqsədilə “Bolt” və “Yango” taksi şirkətlərinin mobil tətbiqlərində “COP29” kateqoriyası yaradılıb.
Bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətindən bildirilib.
COP29 Azərbaycan Əməliyyat Şirkəti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29-a qatılacaq on minlərlə iştirakçının tədbir məkanları arasında rahat gediş-gəlişini təmin etmək istiqamətində fəaliyyətini davam etdirir. Bu çərçivədə tədbir iştirakçıları xüsusi marşrut üzrə hərəkət edəcək avtobuslarla yanaşı, “Bolt” və “Yango” kimi şirkətlərin mobil tətbiqlərindən də rahatlıqla istifadə edə biləcəklər. Bunun üçün adıçəkilən taksi şirkətlərinin mobil tətbiqlərinin sifariş menyularına “COP29” kateqoriyası daxil edilib. Bu funksiya sadəcə sifariş prosesini asanlaşdırmır, eyni zamanda sifarişçiləri ən yaxın taksi dayanacağına yönləndirir. Prosesin təhlükəsizliyini nəzərə alaraq, sözügedən taksi şirkətləri tərəfindən bu kateqoriya üzrə xüsusi avtomobillər ayrılıb və müvafiq stikerlərlə fərqləndirilib.
Bununla yanaşı, rəsmi COP29 tərəfdaşı olan “Baku Taxi” şirkəti də konfrans iştirakçılarına öz xidmətlərini təklif edir. Bu şirkətə məxsus taksilər Heydər Əliyev Beynəlxalq Aeroportundakı “Terminal-1” və Bakı Stadionunun müvafiq ərazilərində xidmət göstərəcəklər. Qeyd edək ki, “Baku Taxi”nin xidmətləri konfransda iştirak üçün akkreditasiyadan keçmiş və ya iştiraka dair təsdiq məktubu almış təkərli oturacaq istifadəçiləri üçün ödənişsiz olacaq.
6-11-2024, 14:13
İlham Əliyev Trampı təbrik etdi


İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş Prezidenti Donald Trampa təbrik məktubu göndərib. Təbrikdə deyilir:
"Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Seçkilərdə qazandığınız inamlı qələbə dost Amerika xalqının şəxsən Sizə, yürütdüyünüz siyasi xəttə böyük dəstək və etimadının aşkar ifadəsidir.
Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatları ilə münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir.
Siz birinci prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, əməkdaşlığımızın davamlı və ardıcıl inkişafına böyük diqqət ayırırdınız. Məmnunluqla qeyd etmək istərdim ki, bu dövr ərzində qarşılıqlı etimad və dəstəyə əsaslanan tərəfdaşlığımız, o cümlədən bir sıra mühüm sahələrdə, xüsusilə də qlobal çağırışlara və terrorizmə qarşı mübarizədə, beynəlxalq sülhün və təhlükəsizliyin gücləndirilməsində, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində birgə fəaliyyətimiz dinamik və yüksələn xətt üzrə inkişafı ilə səciyyələnirdi. Azərbaycanın enerji strategiyasına Sizin daim qətiyyətli dəstəyinizi xüsusi qeyd etmək istərdim.
Biz Birləşmiş Ştatlar ilə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ikitərəfli tərəfdaşlığımızı bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, təhlükəsizlik, enerji, yaşıl və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirmək və dərinləşdirmək əzmindəyik. İnanırıq ki, Sizin yeni prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaqdır.
Azərbaycan bundan sonra da Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
Əminəm ki, Azərbaycan-ABŞ dostluq münasibətlərinin güclənməsi, ölkələrimizin milli maraqları, o cümlədən milli təhlükəsizlik maraqları əsasında tərəfdaşlığımızın irəli aparılması yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Bir daha Sizə ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Amerika xalqının rifahı naminə qarşıdakı ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!