Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                       
12-12-2024, 15:38
Qatarlarda SİMA ilə ödənişlərə başlanılır


Qatarlarda SİMA ilə ödənişlərə başlanılır

Noyabrın 1-dən dinamik tarif siyasətinə keçilib. Biz noyabrda bu dinamikanı izlədik. Statistikaya əsasən, sərnişinlərimizin 50%-i biletlərini səfərlərinə 3-10 gün qalmış, 20%-i isə son 3 gün qalmış əldə edirlər.
Bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Rövşən Rüstəmov bildirib.
"70% sərnişinimiz yalnız son 10 gündə səfərlərini planlaşdırır. Tövsiyə edərdik ki, səfərlərini öncədən planlaşdırsınlar və bizim 15%-lik endirimimizdən faydalansınlar", - deyə R.Rüstəmov bildirib.
O qeyd edib ki, sərnişindaşıma ilə bağlı digər yenilik isə odur ki, artıq dəmir yolu infrastrukturuna məsafə başına ödənişlər həyata keçirilir: "Səfər edilən məsafəyə uyğun olaraq ödəniş aparılır. Bu günlərdə son test mərhələsindəyik. SİMA ödəniş sistemi artıq bir neçə dəmir yolu stansiyasında test mərhələsindədir. Bu, o deməkdir ki, yaxın günlərdə sərnişinlərimiz heç bir təmas olmadan platformalarda, turniketlərdə SİMA tanınma sistemindən istifadə edə biləcəklər".
12-12-2024, 15:29
Nazir müavini qazlaşma ilə bağlı son vəziyyəti AÇIQLADI


Nazir müavini qazlaşma ilə bağlı son vəziyyəti AÇIQLADI

Azərbaycanda elektrikləşmə, demək olar ki, 100%-dir. Təbii qazla təmin olunma isə 96%-dir.
Bunu açıqlamasında energetika nazirinin müavini Elnur Soltanov bildirib.
O qeyd edib ki, bütün dünya üzrə göstəricilərə diqqət yetirsək, bu kimi rəqəmləri inkişaf etmiş ölkələrdə tapmaq çətindir.
"Bəzən problemin həll edilməsi üçün çox vəsait lazım olur. Bu vəsait başqa mənbələrdən, bəlkə də sosial siyasətə xidmət edən mənbələrdən ola bilər. Dilemma da burada yaranır. Ucqar bir dağ kəndinin qazlaşdırılması üçün lazım olan vəsaitlə yeni bir kənd sala bilərsiniz. Belə məsələləri həll etmək lazımdır",-nazir müavini deyib.
12-12-2024, 15:07
Horadiz-Ağbənd dəmir yolunda işlər 60 faiz tamamlanıb - ADY sədri


Horadiz-Ağbənd dəmir yolunda işlər 60 faiz tamamlanıb - ADY sədri

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi üzrə işlərin 60 %-ni tamamlayıb.
Bunu səhmdar cəmiyyətinin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.
"Yol üzərindəki tunellərin biri artıq tam hazırdır, ikinci tuneldə isə qazıntı işləri aparılıb. Yəni, Horadiz-Ağbənd dəmir yolu xətti ilə bağlı bütün layihə işləri bitib və tikinti davam etdirilir", - o vurğulayıb.
Bundan başqa, sədrin sözlərinə görə, Bərdə-Ağdam dəmir yolu xəttinin də inşası artıq tamamlanıb: "Hazırda Ağdam avtovağzalı və dəmir yolu vağzalı kompleksinin inşasının ikinci mərhələsi həyata keçirilir. Növbəti aylara qədər kompleksin tamamlanması gözlənilir".
12-12-2024, 13:43
Araz çayı üzərində körpü tikilir - Nazir


Araz çayı üzərində körpü tikilir - Nazir

Azərbaycan öz ərazisindəki işləri sürətlə həyata keçirir. Dəmir yolu tikintisinin böyük hissəsi başa çatıb.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov söyləyib.
O bildirib ki, eyni zamanda, İran İslam Respublikası ilə əldə olunan razılığa əsasən, Araz çayı üzərində də körpü tikintisi davam edir. Bu körpü vasitəsilə İran ərazisindən keçməklə Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan arasında marşrutun yaradılması üzrə işlər görülür.
12-12-2024, 13:08
Ermənistandan Konstitusiyasına dəyişikliklə bağlı qətiyyətli addımlar gözləyirik - Nazir


Ermənistandan Konstitusiyasına dəyişikliklə bağlı qətiyyətli addımlar gözləyirik - Nazir

Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur ki, Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları var.
Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
“Bununla bağlı Ermənistandan qətiyyətli addımlar gözləyirik. Son zamanlar bizim Ermənistan tərəfindən eşitdiyimiz arqumentlər isə bizi qane edə bilməz. Bu yaxınlarda Ermənistan Konstitusiya Məhkəməsinin növbəti qərarı bu işi daha da mürəkkəbləşdirib. Digər sözlə, qərarda Ermənistan Konstitusiyasının preambulasının dəyişməz olduğu, xüsusi olaraq preambulaya toxunmağın mümkün olmaması qeyd edilib. Bu, məsələni daha da mürəkkəbləşdirir. Çünki preambulada Ermənistan Müstəqillik Aktına istinad var və o sənəd də Azərbaycanın ərazi bütövlüyü və suverenliyini pozur. Bu qərar vəziyyəti daha da mürəkkəbləşdirir”.
12-12-2024, 13:00
Dərsdən qayıdarkən kanala düşən məktəblinin meyiti tapıldı


Dərsdən qayıdarkən kanala düşən məktəblinin meyiti tapıldı

Ağdaş rayon Qoşaqovaq kəndində 14 yaşlı oğlan Şirvan Suvarma kanalına düşən məktəblinin meyiti tapılıb.
Kənd sakini 2010-cu il təvəllüdlü Zakirli Vüqarın meyiti aidiyyəti üzrə təhvil verilib.
12-12-2024, 12:52
Sabahın havası


Sabahın havası

Bakıda və Abşeron yarımadasında dekabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, gecə yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Şimal-qərb küləyi gecəyə doğru arabir güclənəcək.
Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
12-12-2024, 12:16
Sülh layihəsinin 15 maddəsi razılaşdırılıb - Ceyhun Bayramov

Ermənistanla sülh müqaviləsi layihəsi preambuladan və 17 maddədən ibarətdir, artıq 15 maddə razılaşdırılıb.
Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, 2 maddə ilə bağlı işlər isə davam edir: "Preambula və 15 maddə üzrə mətnlər tam razılaşdırılıb. İki maddə üzrə isə açıq suallarımız var. Hazırda açıq suallar üzrə danışıqlar davam edir".
O qeyd edib ki, postmünaqişə dövründə Azərbaycan və Ermənistan sülh danışıqlarını və mətn üzrə mübadilələri davam etdiriblər.
Ceyhun Bayramov əlavə edib ki, Ermənistanla sülh müqaviləsi ilə bağlı danışıqlarda yekun razılaşma yoxdur.
12-12-2024, 11:33
Məktəblərdə rüşvətlə bağlı bütün müraciətlər araşdırılır


Məktəblərdə rüşvətlə bağlı bütün müraciətlər araşdırılır

“Məktəblərdə rüşvət halı ilə bağlı hər bir müraciət araşdırılır”.
Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, bununla bağlı onlara müraciətlər olur:
“Həm mediadan, həm sosial şəbəkələrdən bizə müraciətlər olur. Bu hallar hamısı araşdırılır və geridönüş edilir”.
12-12-2024, 11:25
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda - FOTO


Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda - FOTO

Dekabrın 12-si Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür.
Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri, hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının əməkdaşları, diplomatik korpusun nümayəndələri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, müasir müstəqil Azərbaycanın banisi və qurucusu Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.




����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!