Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                       
12-12-2024, 10:51
Fransa Ermənistanın silahlandırılması proqramında iştirak edir


Fransa Ermənistanın silahlandırılması proqramında iştirak edir

Fransa tərəfindən Ermənistana verilən öldürücü silahlar var.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Ermənistan tərəfinin silahlanmasının arxasında duran əsas qüvvələrdən biri Fransadır:
"Təəssüf edirik ki, Fransa beynəlxalq hüquqa zidd olaraq Ermənistanın silahlandırılması proqramında iştirak edir. Ermənistan işğalçı və təcavüzkar dövlətdir. Bu baxımdan onun silahlandırılması mütləq məsuliyyətli məsələdir".
Hikmət Hacıyev, həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycan arasında qarşılıqlı sülh danışıqları gedirsə, burada üçüncü ölkəyə ehtiyac yoxdur. “Əksinə üçüncü ölkənin bölgədə olması münasibətlərin normallaşmasına zərər yetirir”, - o əlavə edib.
11-12-2024, 21:36
“Yağış Suları və Şəhərlər: Kollektor Problemi”

Fatimə QULİYEVA yazır:

“Yağış Suları və Şəhərlər: Kollektor Problemi”

Uşaqlıqdan bəri yağışın yağmasını, yağışdan sonra yaranan torpaq qoxusunu sevmişəm. Düşünürdüm ki, göy belə dilə gələrək insanlara müraciət edir. O xoş diləkləri, problemsiz həyatı və gördüklərini su damlaları ilə nəql edir. Böyüdükcə fərqinə vardım ki, yağışın yağması hər kəsin baxdığı pəncərədən fərqli görünür. Kimisi sevir, kimisi dərd çəkir, kimilərisə düşünərək uzaqlara səyahət edir. Amma biz bədii səyahətimizi yarıda qoyaraq, paytaxtda və rayonlarımızda baş verən real hadisələrdən bəhs edək.
Yağışın yağması ilə nə ola bilər ki, deyə düşündükdə qarşıma çıxan xəbərlər məni təəccübləndirdi və hətta necə deyərlər “bişmiş toyuğun belə gülməyi gəldi”. Yeni tikilən tunellərdə yağış sularının yığılması, gölməçələrdə çarəsiz qalan insanların taleləri haqqında uzun-uzadı danışa bilərəm. Fəqət yenə sual yaranır. Niyə tuneldə yağış suyu yığılıb qalsın ki? Gəlin indi cavabı müzakirə edək.
Yağışların intensivliyi artdıqca şəhərlərdə kollektor sistemlərinin əhəmiyyəti daha çox hiss olunur. Bəs kollektor sistemləri nədir?
Kollektor- kanalizasiya sistemləri suyun və tullantıların toplanıb yönləndirilməsi üçün nəzərdə tutulan mühəndis qurğusudur. O əsasən yağış sularını, məişət tullantı sularını və ya sənaye sularını toplamaq və yönləndirmək üçün istifadə olunur. Lakin paytaxt və rayon kəndlərində bir çox kollektor sistemlərinin köhnəlməsi, düzgün işləməməsi ciddi problemlərə səbəb olur. Hansı problemlərdi bunlar: yağış suları yollarda yığılaraq nəqliyyata maneə yaradır, binaların və digər mühəndis qurğularının su altında qalmasına səbəb olur. Həmçinin yolların, körpülərin və digər təsisatların erkən zədələnməsinə gətirib çıxarır.
Təbii ki, problem varsa, deməli həlli yolu da var. Beləki, müasir texnologiyalar və materiallardan istifadə edərək kollektor sistemlərinin yenilənməsi, artan əhali sayına uyğun genişləndirilməsi, su keçirmə qabiliyyətinə malik asfaltlar və yağış bağcaları kimi həllər tətbiq oluna bilər. Bu sistemlərin yenilənməsi və inkişaf etdirilməsi yalnız yerli dövlət orqanları deyil, eləcə də vətəndaşlar üçün önəmli məsələ olmalıdır.
Son olaraq növbəti dəfə yağış yağanda təbiətin bizə bəxş etdiyi bu nemətin gərəkdiyi kimi vacib yerdə istifadə etsək daha yaxşı olar desəm, yanılmaram.

Fatimə QULİYEVA,
Bakı Slavyan Universitetinin
Sosial elmlər fakültəsinin tələbəsi
11-12-2024, 18:05
ADB Azərbaycanın inflyasiya proqnozunu sabit saxladı


ADB Azərbaycanın inflyasiya proqnozunu sabit saxladı

Asiya İnkişaf Bankı (ADB) Qafqaz və Mərkəzi Asiya subregionu üçün 2024-cü il üçün inflyasiya proqnozunu sentyabr proqnozu ilə müqayisədə 6.9%-dən 6.8%-ə endirib.
Bank 2025-ci il üçün regionun inflyasiya proqnozunu isə 6.2% olaraq saxlayıb.
Qeyd edilib ki, inflyasiya proqnozunun azaldılması Ermənistan, Gürcüstan, Qırğız Respublikası və Tacikistanda aşağı inflyasiyanı əks etdirir.
"Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistan üçün inflyasiya proqnozlarında dəyişiklik yoxdur" - ADB əlavə edib.
Qeyd edək ki, ADB bu ilin sentyabr ayında Azərbaycanda orta illik inflyasiya tempinin 2024-cü il üçün 2,1 %, 2025-ci il üçün isə 3,8 % səviyyəsində proqnozlaşdırıb.
11-12-2024, 16:38
Qadının ölümünə görə həkimə cinayət işi açıldı


Qadının ölümünə görə həkimə cinayət işi açıldı

Bakıda qadının ölümünə səbəb olmaqda təqsirləndirilən həkim-anestezioloq Babək Mahmudova cinayət işi başlanılıb.
29 yaşlı Aybəniz Almuradova bu ilin iyunun 11-də qadın liposaksiya əməliyyatı üçün “Reo-Med” klinikasına müraciət edib və iyulun 2-də ölüb.
Onun ölümü ilə bağlı Binəqədi rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsində həkim-anestezioloq Babək Mahmudova Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham verilib.
Babək Mahmudov barəsində aparılan cinayət işinin istintaqı başa çatıb və baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.
11-12-2024, 16:04
Ceyhun Bayramovla Hakan Fidan Suriyanı müzakirə etdi


Ceyhun Bayramovla Hakan Fidan Suriyanı müzakirə etdi

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.
XİN-dən verilən xəbərə görə, telefon danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn məsələlər, post-münaqişə dövründə bölgədə vəziyyət, Yaxın Şərqdə, xüsusilə Suriyada mövcud vəziyyət, habelə digər regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Tərəflər ATƏT-in Nazirlər Şurasının Maltada keçirilən 31-ci iclası çərçivəsində aparılan danışıqlar və müzakirələr ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov təcrübəli türk diplomatı olan Feridun Sinirlioğlunun ATƏT Nazirlər Şurasının 31-ci iclası çərçivəsində Təşkilatın baş katibi vəzifəsinə təyinatı münasibətilə Türkiyə tərəfini təbrik edib, bu böyük nailiyyətin tərəfimizdən böyük sevinclə qarşılandığını diqqətə çatdırıb. ATƏT-in baş katibi Sinirlioğluna məsuliyyətli fəaliyyətində uğurlar arzulanıb.
Telefon danışığı çərçivəsində tərəflər, həmçinin regional məsələlər, Suriyada son vəziyyəti ətraflı müzakirə ediblər.
Azərbaycanın Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi, habelə yaranmış böhranlı vəziyyətin tezliklə Suriya xalqının maraq və iradəsinə əsaslanan həllini tapmasına dair ümidvarlıq ifadə olunub.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
10-12-2024, 19:43
İlham Əliyev Babuşkinlə nələri müzakirə etdi...


İlham Əliyev Babuşkinlə nələri müzakirə etdi...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib.
Dövlətimizin başçısı Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətinin Qubadlı rayonuna səfərinin əhəmiyyətinə toxundu, orada Həştərxan vilayəti tərəfindən hədiyyə olaraq uşaq bağçasının inşasının önəmini vurğuladı, buna görə bir daha minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev bunu Azərbaycanla Rusiya arasında dostluq əlaqələrinin, o cümlədən ölkəmizlə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında uğurlu əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirdi.
Prezident İlham Əliyev işğaldan azad olunmuş torpaqlarımıza səfəri zamanı İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyətinin həmin ərazilərdə törədilən dağıntıları, eyni zamanda, keçmiş məcbur köçkünlərin oraya tezliklə köçürülməsinin təmin edilməsi üçün Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərini öz gözləri ilə görməsinin əhəmiyyətinə toxundu. Azərbaycan Prezidenti bir daha qeyd etdi ki, Həştərxan nümayəndə heyətinin orada gördüyü dağıntılar bütün Qarabağ və Şərqi Zəngəzurda - böyük bir ərazidə də var.
Dövlət başçısı vurğuladı ki, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında yenidənqurma və bərpa işlərinə, o cümlədən sosial-infrastrukturun yaradılmasına verilən hər cür dəstək, xüsusilə dost ölkələr tərəfindən göstərilən dəstək çox mühüm əhəmiyyət və böyük rəmzi xarakter daşıyır.
Görüşdə Azərbaycanla Rusiya arasında dostluq əlaqələrinin müxtəlif sahələrdə inkişaf etdiyi, eləcə də ölkəmizin Rusiyanın ayrı-ayrı bölgələri, o cümlədən Həştərxan vilayəti ilə uğurlu əməkdaşlıq həyata keçirdiyi vurğulandı.
Prezident İlham Əliyev bu il Rusiya Prezidentinin Azərbaycana dövlət səfərinin əlaqələrimizin inkişafında çox əlamətdar bir hadisə olduğunu dedi, bu səfərin həm forma, həm də məzmun cəhətdən çox səmərəli və dolğun olduğunu vurğuladı. Dövlətimizin başçısı Rusiya Federasiyası Hökumətinin Sədrinin ölkəmizə səfərinin də əməkdaşlığımızın genişlənməsi işinə töhfə verdiyini qeyd etdi.
Qəbula görə minnətdarlığını bildirən Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bu gün Qubadlı rayonuna səfərinin həmin əraziləri və orada həyata keçirilən işləri öz gözləri ilə görmələri üçün yaxşı imkan yaratdığını dedi, orada uşaq bağçasının inşasının önəmini qeyd etdi.
İqor Babuşkin Azərbaycanla iqtisadi-ticari əməkdaşlığın genişlənməsi üçün konkret tədbirlərin həyata keçirildiyini bildirdi.
Söhbət zamanı nəqliyyat, tranzit yükdaşımalar, kənd təsərrüfatı, ticarət, turizm və humanitar sahələrdə əməkdaşlığın perspektivləri barədə məsələlər müzakirə olundu.
Qubernator İqor Babuşkin dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.
10-12-2024, 19:12
Bulvarı idarə edən şirkət ləğv edildi


Bulvarı idarə edən şirkət ləğv edildi

Dənizkənarı Bulvar İdarəsinə məxsus "Dənizkənarı Milli Park" MMC ləğv olunduğunu elan edib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 2A ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Dənizkənari Milli Park" 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə İlqar Cəbrayıl oğlu Sadıqovdur.
10-12-2024, 18:13
Komandoların təlimindən yeni GÖRÜNTÜLƏR


Komandoların təlimindən yeni GÖRÜNTÜLƏR

2024-cü ilin hazırlıq planına əsasən, komando bölmələri ilə taktiki-xüsusi təlim keçirilib.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təlimin ssenarisinə uyğun olaraq, şərti düşmən mövqelərinə qəfil hücum və mövqelərin tutulması üzrə tapşırıqlar yerinə yetirilib:
"Ələ keçiriləcək mövqelərin əraziləri taktiki və vizual olaraq qiymətləndirilib, daha sonra minaatanların atəş dəstəyi ilə qəfil hücum icra edilib. Keçirilən taktiki-xüsusi təlimdə yüksək peşəkarlıq nümayiş etdirən komandolar atəş tapşırıqlarını dəqiqliklə yerinə yetiriblər".

9-12-2024, 19:20
Azər Qasımlı barədə qərar verildi


Azər Qasımlı barədə qərar verildi

Siyasi Menecment İnstitutunun rəhbəri, politoloq Azər Qasımlı ilə bağlı 4 ay həbs qətimkan tədbiri seçilib.
Yasamal Rayon Məhkəməsi təqsirləndirilən şəxsin istintaq müddətində həbsdə qalması təqdimatını əsaslı hesab edib.
A.Qasımlı CM-nin 182.2.3 maddəsi ilə (zor tətbiq etməklə hədə-qorxu gəlmək) təqsirli bilinib.
9-12-2024, 18:57
Hikmət Hacıyev İsrailin XİN başçısı ilə görüşdü


Hikmət Hacıyev İsrailin XİN başçısı ilə görüşdü

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin xarici işlər naziri Gideon Saar ilə regional gündəliyi müzakirə edib.
Bu barədə İsrail XİN-in Avrasiya və Qərbi Balkan şöbəsinin rəhbəri Liat Vekselman "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.
L.Vekselman qeyd edib ki, tərəflər Yaxın Şərq və Qafqaz regionunda cərəyan edən son hadisələri, regional təhlükəsizliyi və İsraillə Azərbaycan arasında ikitərəfli möhkəm münasibətləri müzakirə ediblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!