KTMT-nin baş katibi “qara siyahı”ya salındı .....                        Beydulla Manafov Baş Prokurorluğa çağırıldı .....                        Yunanıstandan Türkiyəyə hörmətsizlik .....                        Kiyevə hərbi yardımı dayandırın! .....                        Paşinyandan keçmiş liderlərə sərt sözlər .....                        Türkiyədə daha bir təyyarə qəzası – pilot həlak oldu .....                        Azərbaycan millisi məğlub oldu .....                        Kipr məsələsi Türkiyənin milli prioritetidir - Ərdoğan .....                        Sevinc Osmanqızı Baş Prokurorluğa çağırıldı .....                       
13-06-2024, 18:22
Velosipedlər üçün parklanma məntəqələri yaradıldı


Velosipedlər üçün parklanma məntəqələri yaradıldı

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən velosipedlərin parklanması üçün dəmir konstruksiyaların quraşdırılması işlərinə başlanılıb.
Artıq İstiqlaliyyət küçəsində və Azərbaycan prospektində parklanma yerləri yaradılıb və digər parklanma məntəqələrində də bu istiqamətdə mərhələli şəkildə işlər görülür.
Bundan əlavə, əsas cəlbetmə məntəqələrində, metro stansiyaların qarşısında, ticarət mərkəzlərində, Bulvar ərazisində bu formada dəmir konstruksiyaların quraşdırılması nəzərdə tutulub.
13-06-2024, 17:45
Hadı Rəcəblinin obyekti cərimələndi


Hadı Rəcəblinin obyekti cərimələndi

Polis Lənkəran rayonunda keçirilən tədbir zamanı bir sıra obyektlərdə sanitariya-gigiyena qaydalarının pozulması ilə bağlı faktlar aşkarlayıb.
Rayonun Aşağı Nüvədi kəndində yerləşən “Palıdlı” istirahət mərkəzində məişət tullantılarının yandırıldığı və 2 ağacın kəsildiyi aşkar edilib.
İstirahət mərkəzinin nümayəndəsi barədə inzibati tənbeh tədbiri tətbiq olunub.
Qeyd edək ki, “Palıdlı” istirahət mərkəzi bu ilin aprel ayında vəfat edən deputat Hadi Rəcəbliyə məxsusdur. Obyektin hazırda onun ailəsi tərəfindən idarə edildiyi bildirilir.
13-06-2024, 16:59
Qubanın kəndlərini sel basdı - FOTO


Qubanın kəndlərini sel basdı - FOTO

Quba rayonunun ucqar dağ kəndləri olan Qarxun, Dərk, Xaltan kəndlərinə güclü yağış yağıb.
Güclü yağıntılar nəticəsində kəndlərin daxili yolları və kəndləri birləşdirən körpülərə ziyan dəyib. Selin fəsadlarının aradan qaldırılması istiqamətində işlərə başlanılıb.
Qeyd edək ki, Şamaxı Doppler radarının 13 iyun saat 12.20 məlumatına əsasən yaxın saatlarda Quba-Qusar bölgəsinin (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı) bəzi yerlərində arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Qusarçay, Qaraçay, Qudiyalçay, Vəlvələçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

13-06-2024, 16:03
Hikmət Hacıyev NATO-da görüşlər keçirdi


Hikmət Hacıyev NATO-da görüşlər keçirdi

Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 12-13 iyun 2024-cü il tarixlərində Belçikada səfərdə olub.
Səfər çərçivəsində Hikmət Hacıyev NATO mənzil-qərargahında müttəfiq dövlətlərin iştirakı ilə “NATO+Azərbaycan” formatında siyasi dialoqda iştirak edib.
İclas zamanı Hikmət Hacıyev müttəfiqlərlə Azərbaycan-NATO tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri, ölkəmizin regional nəqliyyat bağlantıları və Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rolu, COP29-a hazırlıq prosesi, Azərbaycanın iqlim və yaşıl həmrəylik gündəliyi, eyni zamanda Ermənistanla normallaşma prosesi və sülh gündəliyinin irəlilədilməsi ətrafında müzakirələr aparıb.
Müttəfiqlər Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək bildirib və NATO-nun etibarlı tərəfdaşı olaraq Azərbaycanın Alyansla tərəfdaşlığı yüksək qiymətləndirilib, habelə NATO-nun missiya və əməliyyatlarına töhfələri, Ukraynaya göstərdiyi humanitar dəstəyi təqdir edilib.
Eyni zamanda, Azərbaycanın regional nəqliyyat bağlantılarında və Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rolu vurğulanıb, ölkəmizin yaşıl enerjiyə keçid və iqlim dəyişikliyinə qarşı mübarizədə səyləri alqışlanaraq COP29-a sədrliyinə dəstək ifadə olunub. Müttəfiqlər yekdilliklə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə və sülh gündəliyinə dəstək bildirərək iki ölkə arasında dövlət sərhədinin delimitasiyasına dair əldə olunan son razılaşmanı alqışlayıb.
Səfər çərçivəsində Hikmət Hacıyev, həmçinin NATO Baş katibinin İnnovasiya, Hibrid və Kiber üzrə köməkçisinin müavini Ceyms Appaturay, NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina və Türkiyənin NATO yanında daimi nümayəndəsi Zeki Levent Gümrükçü ilə görüş keçirib.
Qeyd edək ki, bu il Azərbaycan-NATO tərəfdaşlığının əsasını təşkil edən Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin imzalanmasının 30-cu ildönümü tamam olur.
13-06-2024, 15:32
DİM I və IV qrupların imtahan cavablarını niyə gecikdirir? - AÇIQLAMA


DİM I və IV qrupların imtahan cavablarını niyə gecikdirir? - AÇIQLAMA

Ali məktəblərə qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdi yekunlaşıb. Çərşənbə axşamı II və III ixtisas qrupları üzrə imtahan vərən abituriyentlərin imtahan cavabları da açıqlanıb.
Artıq imtahanın ikinci cəhdinə qeydiyyat prosesi də başlayıb. I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat 17 iyun saat 23:59-dək davam edəcək.
I və IV ixtisas qrupları üzrə imtahan verən abituriyentlərin nəticələri hələ də elan edilməyib. Dövlət İmtahan Mərkəzində (DİM) iyunun 3-dən etibarən imtahan protokolları və materialların emalı başlanıb. Bildirilib ki, imtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin imtahandan sonrakı 2 həftə ərzində elan olunması nəzərdə tutulur.
I və IV ixtisas qrupları üzrə imtahan verən bir çox abituriyent isə narahatdır. Nəticələr açıqlanmadığından abituriyentlər qəbul imtahanının ikinci mərhələsinin 2-ci cəhdində iştirak edib-etməmək mövzusunda qərar verməkdə çətinlik çəkirlər.
Qeyd edək ki, II və III qrupların imtahan nəticələri imtahan günündən 15 gün sonra açıqlanıb.
Bəs I və IV ixtisas qruplarının imtahan nəticələri nə vaxt açıqlanacaq? Onların 2-ci cəhddə iştirak etmək üçün qərar verməyə vaxtları olacaqmı?Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, qeyd olunan məsələ nəzərə alınıb:
“İstənilən halda qeydiyyat prosesi nəticələr elan olunandan sonra başa çatacaq. Abituriyentlərin nəticələrini öyrəndikdən sonra imtahanların 2-ci cəhdinə yazılmaq üçün kifayət qədər imkanları olacaq”.
Nəticələrin dəqiq nə vaxt açıqlanacağı ilə bağlı sualımıza cavab olaraq bildirib ki, bunu əvvəlcədən dəqiq proqnozlaşdırmaq olmur.
"Emal prosesi başa çatan kimi nəticələr elan olunur", - DİM-in açıqlamasında deyilir.
13-06-2024, 15:16
Evdən içərisində 340 min manat olan seyf oğurlandı - VİDEO


Evdən içərisində 340 min manat olan seyf oğurlandı - VİDEO

Paytaxt ərazisində yerləşən evlərdən birindən içərisində 340 min manat olan seyf oğurlanıb.
Hadisə barədə zərərçəkən şəxs polisə məlumat verən kimi dərhal araşdırmalara başlanılıb. Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törədən qabaqcadan əlbir olan dəstənin üzvləri - 1986-cı il təvəllüdlü Şəbnəm Hüseynova, bacısı 1996-cı il təvəllüdlü Zemfira Sultanova, onların əmisi oğlu 1991-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Qurban Sultanov və tanışları 1996-cı il təvəllüdlü Əli Qurbanov saxlanılıblar. Dindirmə zamanı məlum olub ki, hadisədən əvvəl Ş.Hüseynova müxtəlif vasitələrlə mənzilin açarlarını əldə edib. Daha sonra gecə saatlarında evə girərək dəmir seyfi oğurlayıb və əmisi oğlu Q.Sultanova təhvil verib. O isə öz növbəsində seyfi Şəmkir rayonuna apararaq içərisində olan 340 min manatı ələ keçirib. Bir neçə gün sonra Q.Sultanov pulun 194 min manatını Ə.Qurbanovun vasitəsi ilə əmisi qızlarına göndərib. Hadisədən sonra Q.Sultanov ona çatan pulla 4, Ş.Hüseynova isə Ə.Qurbanovun köməkliyi ilə 2 avtomobil alıb.
Dəstənin digər üzvü Z.Sultanova isə oğurlanan pulun bir hissəsi ilə estetik əməliyyat etdirib. Polis əməkdaşları saxlanılan şəxslərin ünvanlarına baxış keçirən zamanı oğurlanan pulun bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, dəstə üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
13-06-2024, 15:16
Evdən içərisində 340 min manat olan seyf oğurlandı - VİDEO


Evdən içərisində 340 min manat olan seyf oğurlandı - VİDEO

Paytaxt ərazisində yerləşən evlərdən birindən içərisində 340 min manat olan seyf oğurlanıb.
Hadisə barədə zərərçəkən şəxs polisə məlumat verən kimi dərhal araşdırmalara başlanılıb. Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törədən qabaqcadan əlbir olan dəstənin üzvləri - 1986-cı il təvəllüdlü Şəbnəm Hüseynova, bacısı 1996-cı il təvəllüdlü Zemfira Sultanova, onların əmisi oğlu 1991-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Qurban Sultanov və tanışları 1996-cı il təvəllüdlü Əli Qurbanov saxlanılıblar. Dindirmə zamanı məlum olub ki, hadisədən əvvəl Ş.Hüseynova müxtəlif vasitələrlə mənzilin açarlarını əldə edib. Daha sonra gecə saatlarında evə girərək dəmir seyfi oğurlayıb və əmisi oğlu Q.Sultanova təhvil verib. O isə öz növbəsində seyfi Şəmkir rayonuna apararaq içərisində olan 340 min manatı ələ keçirib. Bir neçə gün sonra Q.Sultanov pulun 194 min manatını Ə.Qurbanovun vasitəsi ilə əmisi qızlarına göndərib. Hadisədən sonra Q.Sultanov ona çatan pulla 4, Ş.Hüseynova isə Ə.Qurbanovun köməkliyi ilə 2 avtomobil alıb.
Dəstənin digər üzvü Z.Sultanova isə oğurlanan pulun bir hissəsi ilə estetik əməliyyat etdirib. Polis əməkdaşları saxlanılan şəxslərin ünvanlarına baxış keçirən zamanı oğurlanan pulun bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, dəstə üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
13-06-2024, 15:00
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə 12 qatar reysi təyin edildi


Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə 12 qatar reysi təyin edildi

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə artan sərnişin tələbatının qarşılanması məqsədilə xəttə əlavə 12 qatar reysi təyin edib.
Bu barədə ADY məlumat yayıb.
Marşrut üzrə təyin edilmiş qatarlar 14, 15, 17, 18 və 19 iyun tarixlərində hər iki istiqamətdə, 16 iyun tarixində isə bir istiqamətdə – Bakıdan Ağstafaya hərəkətdə olacaq.
Bununla yanaşı, 14 iyundan etibarən Bakı–Ağstafa–Bakı marşrutu üzrə müasir və komfortlu yeni “Stadler” qatarları hərəkətə başlayacaq. Sürətli qatarlar hər gün Bakıdan Ağstafaya saat 08:00 və saat 18:00-da, Ağstafadan Bakıya isə saat 08:20 və saat 18:20-də yola düşəcək. Həmçinin yeni qatarlara ilk dəfə olaraq Ləki və Ucar stansiyalarında da dayanacaq verilir.
13-06-2024, 14:18
İlin ən dəhşətli cinayəti - 5 ailə üzvünü öldürən Əhməd nələr danışıb?


İlin ən dəhşətli cinayəti - 5 ailə üzvünü öldürən Əhməd nələr danışıb?

İlin ən dəhşətli cinayət hadisəsinin ilkin istintaqı tamamlanıb. Söhbət ikisi azyaşlı olmaqla beş ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun işindən gedir. Məlum olduğu kimi, ekspert rəyləri ilə Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətdiyi sübut edilib. Rəydə yazılıb ki, təqsirləndirilən şəxsin psixoloji vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Rəyə əsasən, Əhməd hadisəni törətdikdən dərhal sonra şübhəli şəxs qismində müstəntiqə ifadə verib, ailəsini öldürməsindən danışıb.
Sözügedən ifadədə azyaşlılarla bağlı həssas məqamların olduğunu nəzərə alaraq müəllif ixtisarlar edib. Cinayət əməlinin ağırlığını, ifadənin də buna müvafiq olaraq doğura biləcəyi mənfi emosiyaları nəzərə alaraq ürəyi zəif olanların oxumamasını tövsiyə edirik!
İstintaqla Əhmədin uşaqlıqdan psixoloji durumunun normal olmadığı, şizofreniyadan əziyyət çəkdiyi sübut edilib. Əhməd orta məktəbdə 9-cu sinfə kimi təhsil alıb, hərbi xidmətə yararsız hesab edilib. Amma yaxınlarının köməkliyi ilə Moskva şəhərində hansısa universitetdə ali təhsil alıb.
“Məni aildən saymırdılar, buna görə nifrət hissi yaranmışdı”
Əhməd ilk ifadəsində ailə üzvlərini öldürməsinin səbəbini onu ailədən saymamaları, diqqət göstərməmələri ilə əlaqələndirib. Dediyinə görə, ailəsi ona ayrıca ev alıb, həmin evdə tək yaşayırmış. Tək yaşadığı üçün ailəsi ilə normal münasibəti olmayıb.
Amma hadisə günü atası onu evə gətiribmiş. Mehman Əhmədov (atası) səhər yeməyi hazırlayan vaxt Əhməd qəfil onu öldürmək fikrinə düşüb: “Evdə atam və mən var idim. Birdən ağlıma gəldi ki, onu öldürüm. Mətbəxdən bıçağı götürüb bir neçə dəfə zərbə vurdum. Öləndən sonra isə onun avtomobilinin açarını götürüb aşağı düşdüm. Bundan sonra maşına minib birbaşa bacım Elmiranın evinə getdim. Suraxanı rayonunda yaşayırdı. Elmira qapını açan kimi əlimdəki bıçaqla onu da öldürdüm”.
Qarşısına bütün ailəsini öldürmək məqsədi qoyan Əhməd azyaşlı bacısı qızını da eyni üsulla həyatından edib. Bundan sonra o, bıçaqları meyitlərin yanına atıb, avtomobillə atasını öldürdüyü evə qayıdıb. Əhməd evin həyətindəki marketdən siqaret almaq istəsə də, satıcı əlinin qanlı olduğunu görüb ona siqaret verməyib.
Marketdən çıxdıqdan sonra isə anası ilə qardaşı Məhəmmədin evə gəldiyini görüb. Əhməd həmin vaxt yaxınlıqdakı mağazadan 20 manata balta alıb, hadisəni həmin balta ilə törədib: “Balta ilə əvvəl anamı, sonra da qardaşımı öldürdüm. İşimi bitirdikdən sonra baltanı evin şkafında gizlədib aşağı düşdüm. Həmin vaxt ərazidə polis əməkdaşları var idi. Özümü şübhəli apardığım üçün məni tutdular. Atam, anam və bacımın məni ailədən saymamaları, diqqət göstərməmələri, ayrı yaşamaq istəmələri məndə onlara qarşı nifrət yaratmışdı. Qardaşımın və bacım qızının da gələcəkdə valideynləri kimi olacağını düşündüyüm üçün onları da öldürdüm ki, rahatlıq tapım. Bundan əlavə, daxilimdən gələn səs də onları öldürməli olduğumu deyirdi”.
Əhməd anasını öldürərkən qonşuluqdakı qadın şahid olub. Əhməd qadını təhqir edərək yaxın durmamasını əmr edib. Qonşu qadın evə qaçaraq polisə məlumat verib.
Zərərçəkmiş şəxslərdən birinin yaxınının istintaqa verdiyi ifadəsində bir məqam da diqqət çəkir. İfadədə deyilir ki, hadisə baş verən gün atası Əhmədi Mərdəkanda yerləşən reabilitasiya mərkəzinə aparacaqmış. Oğlu ilə də bu səbəbdən görüşübmüş.
Məlumat üçün deyək ki, Əhmədin əvvəllər cinayət törətməsi ilə bağlı istintaq heç bir məlumat əldə etməyib. O, qısa müddət atasının aldığı avtomobillə taksi fəaliyyəti ilə məşğul olub. Ondan əvvəl isə barmen və ofisiant işləyib. Ekspert rəyi ilə anlaqsız olduğu sübut olunan Əhməd məhkəmə qərarı ilə fəaliyyət qabiliyyətsiz şəxs kimi tanınıb. Bu səbəbdən onun yaxınlarından biri hüquqi varisi kimi tanınıb.
Qeyd edək ki, iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılacaq. Prokurorluq Əhməd Əhmədov barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün qərar göndərib.
13-06-2024, 14:11
Ermənistan prezidenti ilk dəfə Azərbaycanla sərhədə gəlib


Ermənistan prezidenti ilk dəfə Azərbaycanla sərhədə gəlib

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Tavuşdakı Azərbaycanla delimitasiya zonasına səfəri ilə bağlı təəssüratlarını bölüşüb.
Prezident Gümrüdə jurnalistlərə bildirib ki, vəziyyətlə yerində tanış olmaq üçün ayrılmış zonalardan birinə baş çəkib.
“İlk dəfə öz gözlərimlə gördüm ki, bizim öz əlimizlə qurduğumuz sərhəd var. Yəni tikanlı məftillər var, amma biz onu təkmilləşdirəcəyik. Orada bizi sərhədçilər keşik çəkirlər. Uzaqda isə durbinlə görünən Azərbaycan sərhədçiləri dayanıb. Bölgədə maşınlar hərəkət edir, yollar açıqdır, mən sərhəddəki 3 kənddə oldum”, - Xaçaturyan bildirib.
O, həmçinin qeyd edib ki, vətəndaşların təhlükəsizliyini təmin etmək üçün bölgəyə yeni dolama yol çəkilir. Prezident həmin əraziyə baxdıqdan sonra İcevandan geri qayıdıb və orada dağılmış yolları görüb.
“Amma bilirsiniz ki, həyat davam edir, insanlar narazılıq etmirlər, onların problemləri həll olunur – onlar hakimiyyətin yanında olduğunu hiss edirlər”.
Xatırladaq ki, may ayında İrəvan və Bakı SSRİ Silahlı Qüvvələri Baş Qərargahının 1976-cı il tarixli xəritələri əsasında Ermənistanın Tavuş və Azərbaycanın Qazax rayonları arasında sərhədin delimitasiyasına dair protokol imzalayıblar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!