KTMT-nin baş katibi “qara siyahı”ya salındı .....                        Beydulla Manafov Baş Prokurorluğa çağırıldı .....                        Yunanıstandan Türkiyəyə hörmətsizlik .....                        Kiyevə hərbi yardımı dayandırın! .....                        Paşinyandan keçmiş liderlərə sərt sözlər .....                        Türkiyədə daha bir təyyarə qəzası – pilot həlak oldu .....                        Azərbaycan millisi məğlub oldu .....                        Kipr məsələsi Türkiyənin milli prioritetidir - Ərdoğan .....                        Sevinc Osmanqızı Baş Prokurorluğa çağırıldı .....                       
13-06-2024, 13:57
Prezident yeni turizm kompleksinin açılışında - FOTO


Prezident yeni turizm kompleksinin açılışında - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin açılışında iştirak edib.
Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev dövlətimizin başçısına kompleksdə görülmüş işlər barədə məlumat verib.
Qeyd edək ki, təbiətin maraqlı hadisəsi olan palçıq vulkanları dünyanın bir çox ölkəsində mövcuddur. Azərbaycan palçıq vulkanlarının nadir və klassik inkişaf regionu kimi tanınır. Yer kürəsində məlum olan 2 mindən artıq palçıq vulkanının 350-dən çoxu Azərbaycanın şərqində və Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanları əsasən Abşeron yarımadası, Bakı ətrafındakı adalar qrupu, Şamaxı, Qobustan və cənub-şərqi Şirvanda yayılıb. Palçıq Vulkanları Turizm Kompleksində “Qılınc” palçıq vulkanını yaxından izləmək mümkündür. Bu vulkanlar bir sırada düzülmüş 8 sopkadan (təpə) ibarətdir. Sopka brekçiyası (iri qrunt süxurları) böyük bir sahəni əhatə edərək şimal-şərqə qədər uzanan iki zolaq əmələ gətirib. İyirmi hektar sahəyə yayılan brekçiyanın uzunluğu 300-500 metrdir. Bu zolaqların eni isə bəzi yerlərdə 50 metrə çatır. Ümumilikdə ölkəmizdəki vulkanların 60 faizi aktiv sayılsa da, elmi mənbələrdə “Qılınc” vulkanının güclü püskürmələri barədə məlumata rast gəlinmir.
Prezident İlham Əliyevə məlumat verilib ki, Palçıq Vulkanları Turizm Kompleksi 12 hektar ərazidə tikilib. Burada inzibati bina inşa olunub. Yaradılan yeni turizm infrastrukturu yerli əhali, xüsusilə ətraf ərazilərdə məskunlaşmış insanlar üçün 60-dan çox yeni iş yerinin açılmasına imkan verib. Kompleksin Turizm İnformasiya Mərkəzi sərgi zalından və emalatxanadan ibarətdir. Mərkəzdə palçıq vulkanlarının xüsusiyyətləri, təbii və müalicəvi özəllikləri haqqında məlumat əldə etmək, palçıq vulkanının maketi ilə tanış olmaq mümkündür. Burada, həmçinin Azərbaycanın hər yerindən toplanmış 80-ə yaxın nadir mineral nümayiş etdirilir. Sərgidə mineral nümunələrinin adı, kimyəvi tərkibi və götürüldüyü yatağa dair məlumatlar da yer alır. Emalatxanada isə dulusçuluq və neftlə rəsmlərin çəkilməsi üzrə master-klaslar təşkil ediləcək.
Kompleksin Təbiət tarixi sərgi zalı eksponatların zənginliyi ilə böyük maraq doğurur. Sərginin “Böyük pişiklər”, “Qobustan faunası”, “Azərbaycanın vəhşi heyvanlarının ayaq izləri”, “Azərbaycanın həşərat dünyası”, “Kiçik ölçülü heyvan skeletləri” guşələrində Azərbaycan və dünya faunasına aid vəhşi və ev heyvanlarının skeletləri, Azərbaycan təbiətinə aid olan həşəratlar, suda-quruda yaşayanlar və sürünənlər sərgilənir. Sərgidə nümayiş etdirilən bütün heyvan skeletləri və canlılar orijinal eksponatlardır. Bu eksponatlar bioetika normalarına uyğun olaraq hazırlanıb və bioloji ölümdən sonra Azərbaycan mütəxəssisləri tərəfindən onilliklər ərzində müxtəlif yerlərdən toplanmış heyvan skeletlərindən ibarətdir. Təbiət tarixi sərgisi Azərbaycanın faunasının zənginliyini, biomüxtəlifliyini nümayiş etdirir. Sərgidə Azərbaycan və dünya faunasına aid 98 heyvan skeleti, 870 müxtəlif növ qurudulmuş həşərat, xüsusi məhlulda nümayiş etdirilən 57 canlı, bir sıra sürünən və suda-quruda yaşayan heyvanlar, həmçinin paleontoloji eksponatlar nümayiş etdirilir. Uşaqların və məktəblilərin ətraf aləm haqqında maraqlarını artırmaq və onlarda heyvan skeletləri barədə təəssürat yaratmaq məqsədilə divarlarda müxtəlif heyvanların şəkilləri və illüstrasiyaları sərgilənir. Burada, həmçinin milli parklarımızda dövlət mühafizəsinə götürülmüş bir sıra heyvanların, o cümlədən bəbir, bezoar keçisi, ceyran, Xəzər suitisinin arealları haqqında məlumat verilir.
Kompleksdə yaradılmış Minerallar sərgisində isə Azərbaycan ərazisindən tapılan 80-ə yaxın fərqli növ mineral nümayiş etdirilir. Ziyarətçilər burada ölkəmizin hər yerindən - Qobustandan tutmuş Naxçıvana qədər əksər bölgələrdən gətirilmiş gözəl və nadir qiymətli daşlar, kristallar və geoloji nümunələri görə bilərlər. İki hissədən ibarət sərginin birinci bölməsində palçıq vulkanlarının püskürdüyü qaya brekçiyasının nümunələri, digər bölmədə isə ölkəmizdəki müxtəlif faydalı qazıntı yataqlarında tapılan minerallar nümayiş etdirilir. Burada ziyarətçilərə Yerin təki, geoloji proseslər, süxurların və mineralların əmələ gəlməsi haqqında da məlumatlar təqdim olunur. Palçıq vulkanlarının ətrafında müasir turizm infrastrukturunun yaradılması bu ərazilərdə yerləşən vulkanlar haqqında ictimai maarifləndirmənin artmasına və onların təbiət irsi kimi təbliğinə şərait yaradacaq.
Qeyd edək ki, ərazidə 110 nəfərlik restoran da tikilib, turistlərin vulkanları izləməsi üçün piyada yolu çəkilib. Burada panoramlı müşahidə nöqtəsi və meydança da salınıb. Bu meydançaya qalxmaqla hündürlükdən ətrafdakı palçıq vulkanlarını seyr etmək, maraqlı vaxt keçirmək mümkündür.
Palçıq Vulkanları Turizm Kompleksinin ərazisində turistlərin rahat gediş-gəlişini təmin etmək üçün avtodayanacaq salınıb. Əyləncəli vaxt keçirmək istəyən turistlər ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olan kvadrosikllərlə bu çətin relyefli ərazidə tura qoşulmaq imkanı əldə edəcəklər.











13-06-2024, 12:12
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sabah 35 dərəcə isti olacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-55 %, gündüz 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi əsasən dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 13-18° isti, gündüz 18-23° isti olacaq.
13-06-2024, 00:21
Qarabağ Universitetinin yataqxanasında mindən çox tələbə yerləşdiriləcək


Qarabağ Universitetinin yataqxanasında mindən çox tələbə yerləşdiriləcək

Xankəndidə yerləşən Qarabağ Universiteti tələbələrini qarşılamağa hazırlaşır.
Artıq universitetin yataqxanasında son tamamlanma işləri aparılır.
Universitetin dekanı Elmar Mustafayev deyir ki, yataqxanaya sentyabr ayında mindən çox tələbə yerləşdiriləcək.
Qarabağ Universitetində daimi əsaslarla işləyən müəllimlər, o cümlədən digər əməkdaşlar da tədris ilinin əvvəlindən başlayaraq işlədikləri müddətdə mənzil tipli yataqxanalarla təmin olunacaqlar.
Universitetin dekanı bildirir ki, universitetdə işləmək istəyən müəllimlərin sayı heç də az deyil. Artıq Azərbaycan dili, tarix, riyaziyyat, data analitikası, iqtisadiyyat, təhsil, fizika, hüquqşünaslıq, psixologiya və sosiologiya istiqamətləri üzrə müəllim vakansiyası elanı da verilib.
Qeyd edək ki, Qarabağ Universitetində 6 fakültə, 25 ixtisas üzrə tədris aparılacaq. İlkin mərhələdə 1500 tələbənin qəbulu nəzərdə tutulur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
12-06-2024, 22:54
Qəza nəticəsində işıqfor yararsız hala düşdü


Qəza nəticəsində işıqfor yararsız hala düşdü

Səbail rayonu, Bülbül prospekti ilə Zərifə Əliyeva küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə NİİM-dən məlumat verilib.
Məlumata görə, qəza nəticəsində yolayrıcında olan 1 ədəd işıqfor yararsız vəziyyətə düşüb.
12-06-2024, 20:27
COP29 üçün Azərbaycana dəstək verəcəyik


COP29 üçün Azərbaycana dəstək verəcəyik

Biz COP29-un uğurla baş tutması üçün Azərbaycana dəstək verəcəyik.
Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Kral III Çarlzın doğum gününə həsr olunmuş tədbirdə deyib.
Diplomat bildirib ki, Azərbaycan təmiz enerji istehsalı üçün resurslara malikdir:
“BP Cəbrayılda bərpa olunan enerji ilə bağlı layihələr həyata keçirərək strateji əməkdaşlığı gücləndirir”.
12-06-2024, 17:01
Binə qəsəbəsinə və Hava Limanına dəmir yolu çəkiləcək - RƏSMİ


Binə qəsəbəsinə və Hava Limanına dəmir yolu çəkiləcək - RƏSMİ

Hazırda Vahid Nəqliyyat Strategiyası hazırlanır. Bu strategiyaya əsasən, gələcəkdə Hövsan yolunun da bərpası planlaşdırılır.
Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib.
O bildirib ki, eyni zamanda Binə qəsəbəsinə və Hava Limanına dəmir yolunun çəkilməsi sözügedən strategiyada qeyd olunub. Bu işlər də mərhələli qaydada görüləcək.
12-06-2024, 16:03
Buraxılış kartı alan nəqliyyat vasitələrinin sayə açıqlandı


Buraxılış kartı alan nəqliyyat vasitələrinin sayə açıqlandı

Taksi fəaliyyəti üçün buraxılış kartı alan nəqliyyat vasitələrinin sayı açıqlanıb.
Bu barədə Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumata əsasən, 11.06.2024-cü il tarixə olan məlumata görə, buraxılış kartı alan taksi nəqliyyat vasitələrinin sayı 4032 ədəd, təlim keçən sürücülərin sayı isə 21344 nəfər təşkil edib.
İcazələrin verilməsi AYNA tərəfindən yaradılan “AYNA” informasiya sisteminin “Daşıyıcılar” altsistemi üzərindən elektron qaydada həyata keçirilir. İstifadəçilər //e-xidmet.ayna.gov.az/ linkinə daxil olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçməlidirlər. Elektron sistem müvafiq dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiya edildiyindən tələb olunan sənədlərin sayı minimuma endirilib, digər dövlət orqanlarının informasiya sistemlərindən əldə edilməsi mümkün olmayan məlumatlarla bağlı sənədlərin skan edilmiş surətinin müraciətə əlavə edilməsi imkanı yaradılıb.
Qeyd edək ki, sözügedən icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək.
12-06-2024, 15:45
Evləri su basdı - Rəsmilər təcili Laçına getdi


Evləri su basdı - Rəsmilər təcili Laçına getdi

Laçın rayonunda sel fəlakəti ilə bağlı Azərbaycan Prezidentinin Laçındakı xüsusi nümayəndəliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi birgə məlumat yayıb.
Məlumata əsasən, bir neçə gündür, dağlıq və dağətəyi rayonlarda yağan intensiv yağışlar nəticəsində Laçın rayonunun Zabux və Sus kəndlərində yaşayış sahələrinə ziyan dəyib. Normadan artıq yağan yağış nəticəsində kənd ətrafı dağ massivindən gələn sel suları bəzi evlərin zirzəmisinə dolub.
Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və aidiyyəti qurumların nümayəndələri hazırda təbii fəlakət baş vermiş ərazidədirlər.
Baş vermiş təbii fəlakətin nəticələrinin ən qısa zamanda aradan qaldırılması məqsədilə əlaqələndirilmiş qaydada zəruri tədbirlər görülməkdədir.
12-06-2024, 15:24
Ərdoğan bu tarixdə Şuşaya səfər edəcək


Ərdoğan bu tarixdə Şuşaya səfər edəcək

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn ay Şuşaya səfər edəcək.
Bu barədə Türkiyə mətbuatı Ərdoğanın administrasiyasına istinadən məlumat yayıb.
Bildirilir ki, səfər iyulun 6-da baş tutacaq. Onun Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, Prezident İlham Əliyevin Ankaraya son səfəri zamanı Prezident Rəcəb Tayyib Ərdoğan Şuşadakı qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcəyini bildirib.
12-06-2024, 15:15
Sülh müqaviləsinin mətni tam hazırlanıb - Paşinyan


Sülh müqaviləsinin mətni tam hazırlanıb - Paşinyan

"Sülh müqaviləsinin mətni tam hazırlanıb və son nöqtələrə düzəlişlər edilməklə, əvvəllər təsdiq edilmiş və imzalanmış ikitərəfli sazişlər əsasında yekun formasına gətirilə bilər".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Mən hələ 2018-ci ildə, sonra 2019-cu ildə Konstitusiyanın dəyişdirilməsindən danışmışdım və bizim gündəliyimiz müstəsna olaraq demokratik islahatlarla bağlıdır", - o əlavə edib.
Qeyd edək ki, sülh danışıqları Azərbaycan tərəfinin təşəbbüsü ilə 5 prinsipin təklif edilməsi əsasında başlanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!