Pezeşkian Trampı təkzib etdi: ABŞ-la danışıq aparmırıq! .....                        Azərbaycan XİN-dən Rusiyaya xəbərdarlıq: İzahat gözləyirik! .....                        Müdafiə Nazirliyindən əhaliyə dron XƏBƏRDARLIĞI .....                        Tramp İrana verdiyi 48 saatlıq müddəti ARTIRDI .....                        Prezidentin müaşviri İslam ölkələrini tənqid etdi: Haradasınız?! .....                        Rza Pəhləvi Trampla Netanyahuya çağırış etdi: “Dayanmayın, vurun!” .....                        Parisə yeni mer seçildi .....                        Qalibaf öldürülüb? - Parlamentin spikeri haqda məlumat yayıldı .....                        “Biz təslim olmağı rüsvayçılıq sayırıq” - SEPAH rəsmisi .....                       
27-10-2024, 16:47
Taksi sürücüləri üçün növbəti imtahan


Taksi sürücüləri üçün növbəti imtahan

Dövlət İmtahan Mərkəzi tərəfindən 27 oktyabr 2024-cü il tarixində taksi sürücülərinin və beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi üçün Mərkəzin elektron imtahanlar korpusunda test imtahanı keçirilib.
Bu barədə DİM-dən bildirilib.
İmtahanlar elektron qaydada kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
Xatırladaq ki, imtahanlarda iştirak etmək üçün 1398 namizəd qeydiyyatdan keçib. Onlardan 1303 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1067 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim edilib. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim ediləcəkdir.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 28-29 oktyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50.

27-10-2024, 13:21
İçərişəhərə maşınla giriş bu gündən məhdudlaşdırılır


İçərişəhərə maşınla giriş bu gündən məhdudlaşdırılır

Bu gündən Bakıda İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinə qədər avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması məqsədilə, Əziz Əliyev küçəsi avtomobillərin hərəkəti üçün bağlanıb.
Artıq ərazidə “giriş qadağandır” nişanı da quraşdırılıb.
İçərişəhər ərazisinə sakinlərin və burada yerləşən diplomatik nümayəndələrin, operativ, texniki, mənzil-kommunal xidmətlərinin, müəssisələrin təchizat zəncirinin idarə edilməsi üçün nəzərdə tutulan nəqliyyat vasitələri istisna olmaqla, bütün avtomobillərin girişi məhdudlaşdırılıb. Sözügedən nəqliyyat vasitələrinin İçərişəhərə girişinə Neftçilər prospektindən icazə veriləcək.
Ərazidə piyada zonası və mikromobillik zolaqlarının yaradılması planlaşdırılır.
Qeyd edək ki, Bakının küçə və prospektlərində, xüsusilə şəhərin mərkəzi hissəsində nəqliyyat vasitələri və piyada axınının, eləcə də hərəkət sıxlığının son illər dəfələrlə artması əhalinin mobilliyinə ciddi maneə yaradır və yol hərəkəti iştirakçıları üçün təhlükə mənbəyinə çevrilir.
İstiqlaliyyət küçəsində nəqliyyat axınının intensivliyi, avtomobillərin Qoşa Qala qarşısındakı meydan və oradan da Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinə doğru hərəkəti vəziyyəti daha da çətinləşdirir, hətta nəticə etibarilə Neftçilər prospekti ilə hərəkətə də təsir göstərir. Bundan başqa, qeyd olunan meydanın özündə nəqliyyat və piyada axınları daim qarışır, bu da mobilliyə əhəmiyyətli dərəcədə mane olur.
Şəhər sakinləri və qonaqların hərəkətinin rahatlığını təmin etmək məqsədi daşıyan Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində bütün aidiyyəti qurumların mütəxəssisləri bu ərazidəki vəziyyəti ətraflı öyrənib, uzun müddət hərəkətin intensivliyinin monitorinqini aparıb və xüsusi proqram təminatı üzərindən simulyasiyalar həyata keçirilib.
Nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması avtomobillərin sayını, səs-küyü və tullantıları azaltmaqla İçərişəhər sakinləri və qonaqların rahatlığı və təhlükəsizliyinə xidmət edir.
Dünyanın böyük şəhərlərinin təcrübəsi nəzərə alınmaqla hazırlanan layihə, digər amillərlə yanaşı, paytaxtın YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş nadir incisinin qorunub saxlanmasına töhfə verəcək, buradakı infrastrukturun tez aşınmasının qarşısını alacaq.
Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması İçərişəhərin qonaqlarının bu məkana daha rahat çatmasına imkan verəcək.
Əziz Əliyev küçəsində avtomobil hərəkətinin məhdudlaşdırılması Nizami küçəsindən başlayan piyada zonasının genişləndirilməsinə, mikromobillik xətlərini İstiqlaliyyət küçəsindəki mövcud zolaqla birləşdirərək Dənizkənarı Milli Parka doğru uzadılmasına şərait yaradacaq.
Bununla da şəhərin mərkəzi hissəsində nəhəng piyada zonası yaranacaq. Xatırladaq ki, ilk dəfə avtomobillərin hərəkətinin tamamilə məhdudlaşdırılması layihəsi Xaqani bağı ətrafında həyata keçirilib. Bu ərazi genişmiqyaslı yenidənqurmadan sonra bütünlüklə piyada zonasına çevrilib. Hazırda belə zonanın yaradılması prosesi metronun “28 May” stansiyasının qarşısındakı meydanda davam edir.
27-10-2024, 12:37
Birinci kurs tələbəsi vəfat etdi


Birinci kurs tələbəsi vəfat etdi

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin "Coğrafiya müəllimliyi" ixtisası üzrə I kurs tələbəsi Məhəmməd Habil oğlu Quluyev vəfat edib.
Məlumatı universitetin mətbuat xidməti paylaşıb.
Səhhətində uzun zamandır problem olmasına baxmayaraq, o, təhsilini davam etdirərək istədiyi ixtisasa qəbul olunmuşdu.
Allah rəhmət eləsin!
27-10-2024, 11:33
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Oktyabrın 28-nə gözlənilən hava durumu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilsə də, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
26-10-2024, 14:33
Türk Dövlətlərinin nazirləri Azərbaycanda toplanacaq


Türk Dövlətlərinin nazirləri Azərbaycanda toplanacaq

İstanbulda Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin Birinci Toplantısı keçirilir.
Tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Şimali Kipr Türk Cümhuriyyəti təmsil olunur.
Azərbaycanı tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Toplantıda işçi qrupun gələcək fəaliyyətinə dair atılacaq addımlar, türkdilli ölkələrin sahə üzrə əməkdaşlığının artırılması kimi məsələlər müzakirə olunur.
Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır çıxışı zamanı vurğulayıb ki, ilk dəfə keçirilən bu toplantı TDT əməkdaşlığının təməlidir.
Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatı ölkələrinin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin növbəti toplantısının Azərbaycanda keçirilməsi ilə bağlı təklif irəli sürüb. Təklif iştirakçı ölkələr tərəfindən qəbul olunub.
Toplantının sonunda iştirakçı ölkələrin ortaq bəyanatı yayımlanacaq.
26-10-2024, 13:36
"Son sözü Gürcüstan xalqı deyəcək" - Azərbaycan müşahidə missiyasının rəhbəri


"Son sözü Gürcüstan xalqı deyəcək" - Azərbaycan müşahidə missiyasının rəhbəri

Bu gün Gürcüstanda Parlament seçkiləri keçirilir. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, deputatlardan Nizami Səfərov, Kəmaləddin Qafarov, Hikmət Məmmədov, Elşən Musayev, Sahib Alıyev, Anar Məmmədov və Tural Gəncəliyev artıq Gürcüstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün qonşu ölkədədir.
Milli Məclisin deputatları Gürcüstan parlamentinə seçkilərin hazırlıq səviyyəsi ilə maraqlanır, seçki məntəqələrində yaradılmış şəraitlə tanış olur, vətəndaşların fəallığını və səslərin sayılması prosesini izləyirlər.
Bəs hazırda seçkilərlə bağlı durum hansı vəziyyətdədir?
Müşahidə missiyasının rəhbəri Arzu Nağıyevlə əlaqə saxlayıb.
Saytımıza açıqlamasında Milli Məclisin komitə sədri Arzu Nağıyev bildirib ki, seçkilərdə seçici aktivliyi müşahidə edilir:
"Bu gün Gürcüstanda proporsional sistem üzrə parlament seçkiləri keçirilir. 150 deputatın seçilməsi gözlənilir. Partiyalar parlamentə düşmək üçün 5 faizlik baryeri aşmaq uğrunda mübarizə aparır. Məlum məsələdir ki, Gürcüstanın gələcəyini gürcü xalqı özü müəyyən edəcək. Qeyd etmək istərdim ki, Azərbaycan Milli Məclisinin 8 deputatı seçkiləri izləyir. Bu gün biz Rustavidə 10 seçki dairəsində olduq. Seçici aktivliyi var. Bizim müşahidə etdiyimiz məntəqələrdə seçicilərin üçdə biri artıq saat 11:00-a olan məlumata görə səsverməyə gəlmişdi. Heç bir problem yaranmayıb. Rustavi ərazisində hər hansı qarşıdurma görmədik. Sakit bir tərzdə səsvermə davam edir.
Müşahidəçi kimi, biz Tbilisinin bir sıra seçki dairələrində də olacağıq. Müşahidə ediləcək əsas məntəqələrlə bağlı məlumatımız olacaq. Bir sözlə, həddən artıq müşahidəçilər var. Son sözü isə Gürcüstan xalqı deyəcək. Hazırda tam sakitçilikdir, seçki öz axarında davam edir".
Deputatların səfəri oktyabrın 27-də başa çatacaq.

26-10-2024, 13:29
"Qarabağ"ın oyunlarını idarə etmiş hakimlər diskvalifikasiya edildi


"Qarabağ"ın oyunlarını idarə etmiş hakimlər diskvalifikasiya edildi

UEFA "Qarabağ"ın avrokubok oyunlarını idarə etmiş polşalı baş hakim Bartoş Frankovskiyi 2025-ci ilə qədər diskvalifikasiya edib.
Buna referinin digər həmkarı Tomaş Musyalla birgə içkili halda yol nişanlarına zərər yetirməklə qeyri-etik davranışları səbəb olub.
Onlar cari mövsümün əvvəli Çempionlar Liqasının III təsnifat mərhələsinin "Reyncers" (Şotlandiya) - "Dinamo" (Kiyev, Ukrayna) oyununa VAR hakimləri kimi təyinat alıblar. Lakin etdikləri hərəkətlərə görə başqa hakimlərlə əvəzləniblər.
Hər iki ədalət qoruyucusu nizam-intizam qaydalarına pozduqlarına görə UEFA tərəfindən 2025-ci ilin iyun ayına qədər hakimlikdən uzaqlaşdırılıblar.
Qeyd edək ki, Bartoş Frankovskiy 2019-cu ildə "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsinin “Dandolk” (İrlandiya) və 2022-ci ildə Fransanın "Marsel" komandasına qarşı Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasının baş hakimi olub.
26-10-2024, 13:06
MSK-nın nümayəndələri Özbəkistanda seçkiləri müşahidə edəcək


MSK-nın nümayəndələri Özbəkistanda seçkiləri müşahidə edəcək

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasına səfərə yola düşüb.[right][/right]
Bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən məlumat verilib.
Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayevin dəvətinə əsasən reallaşdırılan səfərin başlıca məqsədi 2024-cü il oktyabrın 27-də Özbəkistan Respublikasının Ali Məclisinə keçiriləcək seçkiləri izləməkdir.
Səfər proqramına uyğun olaraq, Azərbaycan Mərkəzi Seçki Komissiyası sədrinin Özbəkistanlı həmkarı, həmçinin seçkilərin müşahidəsində iştirak edən təşkilatların və xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur. Görüşlər zamanı qurumlararası əlaqələrin inkişaf perspektivləri, seçkilərlə bağlı müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanları və qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında müzakirələr aparılması planlaşdırılır.
Qeyd etmək lazımdır ki, Azərbaycan Mərkəzi Seçki Komissiyası Özbəkistan Ali Məclisinə seçkilərin müşahidəsində müxtəlif beynəlxalq təşkilatlarda da təmsil olunur. Belə ki, Komissiyanın digər təmsilçiləri beynəlxalq müşahidəçi qismində Türk Dövlətləri Təşkilatı və Müstəqil Dövlətlər Birliyinin tərkibində də sözügedən seçkilərin izlənilməsinə qatılıblar.
Mərkəzi Seçki Komissiyasının nümayəndələri səsvermə günü paytaxt Daşkənddə və bölgələrdə yerləşən seçki məntəqələrində müşahidə aparacaqlar.
26-10-2024, 12:59
Bakıda 75 min manatlıq dələduzluq


Bakıda 75 min manatlıq dələduzluq

Polis Yasamal, Nəsimi və Binəqədi rayonlarında vətəndaşların 74.500 manatdan artıq vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 3 nəfəri saxlayıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 63000 manatını, Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 9000 manatını, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin 2530 manatını dələduzluq yolu ilə keçirməkdə şübhəli bilinən 47 yaşlı R.İbrahimov, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 40 yaşlı F.Qəhrəmanov və 22 yaşlı M.Ziyadov müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.
26-10-2024, 12:45
Leysan yağış və qar yağacaq - İstirahət gününün havası


Leysan yağış və qar yağacaq - İstirahət gününün havası

Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcək, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə 8-11° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 65-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Günün ikinci yarısında yağıntılar tədricən kəsiləcək. Arabir duman. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-17° isti, dağlarda gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!