Axan hər damla qan ortaq tariximizə qızıl hərflərlə yazılmışdır - Ərdoğan .....                        Azad edilmiş ərazilərdə yenidənqurmanın inanılmaz sürəti tam fenomenal xarakter daşıyır .....                        İnsansız Sistem Qoşunlarının heyəti hərbi paradda .....                        Türkiyə və Pakistan hərbçiləri Bakıda Hərbi paradda keçid etdi .....                        Ərdoğan paradda Məmməd Arazın şeirini səsləndirdi .....                        Qarabağın azad edilməsi Türk dünyası üçün də böyük qürur mənbəyidir - Ərdoğan .....                        Bu gün burada böyük vətənpərvərlik eşqi ilə güclü Azərbaycan xalqını görürəm .....                        İndi təcridxanada Azərbaycan çayı içirlər - İlham Əliyev .....                        Zəfərimiz mübarək olsun - Ərdoğan .....                       
18-09-2025, 16:48
Qeyri-sabit hava bu tarixədək davam edəcək


Qeyri-sabit hava bu tarixədək davam edəcək

Növbəti iki gün ərzində Bakıda və rayonlarda leysan yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında sentyabrın 18-dən 19-na keçən gecə və 19-u axşam, 20-si gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. 19-u axşamdan 20-si səhərədək isə yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın 21-i axşamadək davam edəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.
18-09-2025, 16:34
Spiker AİPA-nın 46-cı Baş Assambleyasında çıxış etdi


Spiker AİPA-nın 46-cı Baş Assambleyasında çıxış etdi

Malayziyanın Kuala Lumpur şəhərində səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 18-də Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının (AİPA) 46-cı Baş Assambleyasının açılış mərasimində iştirak edib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Sahibə Qafarova Baş Assambleyanın plenar iclasında çıxışında deyib ki, parlament diplomatiyasının əhəmiyyətinin artması ilə AİPA artıq parlamentləri bir araya gətirən, daha sıx əməkdaşlıq üçün yeni ideyalar və imkanlar yaradan əhəmiyyətli və uğurlu platformaya çevrilib. 2022-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin AİPA-nın işində müşahidəçi statusunda iştirak etdiyini xatırladan spiker bunun Azərbaycanın Cənub-Şərqi Asiya ölkələri ilə çoxşaxəli əlaqələrini daha da inkişaf etdirmək niyyətini əks etdirdiyini, parlamentlərarası əməkdaşlığın isə bu əlaqələrin mühüm istiqaməti kimi qiymətləndirildiyini söyləyib. Sahibə Qafarova tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış və hazırda Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi 2023-cü ilin mart ayında AİPA ilə Əməkdaşlıq Memorandumu imzalayıb.
Çıxışında Azərbaycanın işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirdiyi nəhəng quruculuq və yenidənqurma işləri haqqında da danışan Milli Məclisin sədri deyib ki, bu ərazilərin dirçəldilməsi Azərbaycan hökumətinin inklüziv inkişafa və dayanıqlılığa yanaşmasının mühüm tərkib hissəsini təşkil edir.
18-09-2025, 16:29
Memar Əcəminin abidəsi ucaldılacaq - SƏRƏNCAM


Memar Əcəminin abidəsi ucaldılacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev Naxçıvanda Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı Sərəncam imzalayıb.
Dövlət başçısnın imzaladığı sənədə əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
18-09-2025, 16:24
İlham Əliyev Bp şirkətinin regional prezidentini təltif etdi


İlham Əliyev Bp şirkətinin regional prezidentini təltif etdi

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Counz Robert Qəri "Şöhrət" ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla o, bu mükafata Azərbaycan neft sənayesinin inkişafında xüsusi xidmətlərinə görə layiq görülüb.
18-09-2025, 16:18
Teymur Rəcəbov "Formula 1" pilotları ilə şahmat oynadı


Teymur Rəcəbov "Formula 1" pilotları ilə şahmat oynadı

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Bakıda "Formula 1" pilotları Lyuis Hemilton və Şarl Leklerlə görüşüb.
Təcrübəli qrossmeyster "Ferrari" komandasının üzvləri ilə şahmat da oynayıb.
T.Rəcəbov onlara şahmat təsviri olan xalça hədiyyə edib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında təşkil olunacaq.


17-09-2025, 20:30
Müəllimlərin nəzərinə!


Müəllimlərin nəzərinə!

Müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
Bu barədə Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən bildirilib.
Qeyd edilib ki, müəllimlər portal.edu.az platformasında yerləşən "Sertifikatlaşdırma" bölməsinə daxil olmaqla müsahibə məlumatları ilə tanış ola bilərlər.
Vurğulanıb ki, müsahibə mərhələsi barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir.
Xatırladaq ki, test imtahanlarında keçid balını toplayan şəxslərin əməkhaqqına 10 %, 51 bal və daha yüksək nəticə əldə etmiş şəxslərin əməkhaqqına isə 35 % əlavə veriləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq.
17-09-2025, 19:42
"Green card"da iştirak ödənişli oldu


"Green card"da iştirak ödənişli oldu

ABŞ Dövlət Departamenti insanların ölkədə daimi yaşayış icazəsi - "qrin kart" ("green card") əldə etməsinə imkan verən illik lotereya üçün 1 dollarlıq qeydiyyat rüsumunun tətbiqini təklif edib.
Bu barədə ABŞ Federal Reyestri məlumat yayıb.
Qeyd olunur ki, bu addım lotereyada iştirak edən hər kəsin üzərinə bərabər maliyyə yükünün düşməsini təmin etmək məqsədi daşıyır.
Yeni qayda oktyabrın əvvəlində başlayacaq proqram mövsümündən əvvəl qüvvəyə minəcək (Dəqiq tarixlər daha sonra açıqlanacaq).
Seçilmiş namizədlər üçün nəzərdə tutulan 330 dollar rüsum isə dəyişməz qalır.
Qeyd edək ki, 1990-cı ildən tətbiq edilən proqram çərçivəsində hər il 50 min nəfərə təsadüfi seçim əsasında ABŞ-də daimi yaşayış icazəsi - "qrin-kart" verilir. Əvvəllər lotereyada iştirak tamamilə pulsuz idi.
2023-cü ildə "qrin-kart" qazanmaq üçün 22.1 milyon nəfər müraciət edib.
17-09-2025, 19:23
Qubada insan sümükləri tapıldı


Qubada insan sümükləri tapıldı

Quba rayonunun Rustov kəndində insan sümükləri aşkarlanıb.
Son günlər müşahidə olunan güclü yağış nəticəsində Rustov kəndində kiçik torpaq sürüşməsi baş verib.
Nəticədə, kənd məscidindən bir qədər aralıda yolun kənarında insana məxsus kəllə və çanaq sümükləri üzə çıxıb.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, 2007-ci ildə Quba şəhər stadionunda tikinti məqsədilə aparılan qazıntılar zamanı təsadüfən kütləvi məzarlıq aşkar edilib. Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri tərəfindən aparılan tədqiqat nəticəsində məlum olub ki, buradakı insan sümükləri 1918-ci ildə ermənilər tərəfindən qətlə yetirilən yerli sakinlərə məxsusdur. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə 2013-cü ildə Quba şəhərində "Soyqırımı Memorial Kompleksi" yaradılıb.
17-09-2025, 17:59
Narkotik istifadəçisi arayışı “ASAN xidmət”də veriləcək


Narkotik istifadəçisi arayışı “ASAN xidmət”də veriləcək

“ASAN xidmət” mərkəzlərinə yeni vəzifə həvalə ediləcək.
Bu, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə narkotik istifadəçisi kimi qeydiyyatda olub-olmaması barədə arayışların verilməsi prosesinin sadələşdirilməsi məqsədilə bu xidmətin “ASAN xidmət” mərkəzləri tərəfindən həyata keçirilməsinin təmin edilməsi üçün normativ hüquqi aktlarda dəyişiklik ediləcək.
Bunun üçün Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyi və Ədliyyə Nazirliyi ilə birlikdə 2026-cə ildə şəxsin narkotik istifadəçisi kimi qeydiyyatda olub-olmaması barədə arayış verilməsi prosesinin sadələşdirilməsi ilə bağlı müvafiq normativ hüquqi akt layihələrinin hazırlanmasını təmin etməlidir.
Müvafiq normativ hüquqi akt layihələrinin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmalı və təsdiq üçün aidiyyəti üzrə təqdim edilməlidir.

17-09-2025, 17:54
Sahibə Qafarova Kamboca Milli Assambleyasının sədri ilə görüşdü


Sahibə Qafarova Kamboca Milli Assambleyasının sədri ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Malayziyaya işgüzar səfəri çərçivəsində sentyabrın 17-də Kamboca Milli Assambleyasının sədri Xuon Sudari ilə görüşüb.
Görüşdə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının (AİPA) beynəlxalq parlament platforması kimi fəliyyəti, bu təşkilat çərçivəsində əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
Söhbət zamanı Azərbaycan və Kambocanın dost ölkələr olduğu qeyd edilib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edilib ki, Milli Məclisin sədri Sahibə Qafarova parlament diplomatiyasının, bu çərçivədə parlamentlərimiz arasında münasibətlərin daha da dərinləşdirilməsinin əhəmiyyətini qeyd edib. O, özünün Kambocaya rəsmi səfərini və burada keçirdiyi görüşlərini xatırladaraq, Milli Məclislə Kamboca Nümayəndələr Palatası arasında imzalanmış Anlaşma Memorandumunun önəmini qeyd edib.
Görüşdə deputatların qarşılıqlı səfərlərindən, hər iki tərəfdən nümayəndələrin Azərbaycan və Kambocada təşkil olunan tədbirlərdə iştirakından məmnunluq ifadə edilib.
Kamboca Milli Assambleyasının sədri Xuon Sudari ölkəsinin Azərbaycanla siyasi, iqtisadi, ticari, investisiya və digər sahələrdə əlaqələri daha da inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.
O, Milli Məclis sədrinin AİPA-da iştirakından və onunla Assambleya çərçivəsində görüşməkdən məmnun olduğunu bildirib.
Söhbət zamanı, həmçinin beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Spiker Sahibə Qafarova Kamboca parlamentinin Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştirakından məmnunluğunu ifadə edib.
Milli Assambleyanın sədri Xuon Sudari isə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə görülmüş işləri, həmçinin Parlament Şəbəkəsinin fəaliyyətini yüksək qiymətləndirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.





����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!