Paşinyan: Karapetyan Baş nazirliyə namizəd ola bilməz .....                        Tütün qaçaqmalçılığı məhkəməsində gözlənilməz QƏRAR .....                        Hava limanında həyəcan: Uçuşa hazırlaşan təyyarə təcili boşaldıldı .....                        Luvr muzeyində su sızması - Əsərlər zədələndi .....                        Bakıda daha bir narkokuryer saxlanıldı - VİDEO .....                        Ermənistan Avropa müşahidəçilərinin sərhəddə qalmasını istəyir .....                        “Mançester Yunayted”in baş məşqçisi ayın ən yaxşısı seçildi .....                        Rusiyanın “kölgə donanması”na zərbə: 91 gəmiyə sanksiya .....                        İlham Əliyev Münxendə Robert Kalinaka ilə görüşdü .....                       
Tarix : 12-02-2019, 14:08
Azərbaycanda hepatitə yoluxanların sayı əhalinin 2%-ni təşkil edir

“Azərbaycanda Hepatit B və C-yə yoluxanlar ölkə əhalisinin, təxminən, 2 faizini təşkil edir”.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu xəstəliklə mübarizə səhiyyə sisteminin qarşısında duran əsas istiqamətlərdən biridir: “Bu xəstəliyin profilaktika və müalicəsi dövlət proqramına daxil edilib. Lakin hazırkı dövrdə hepatitə qarşı istifadə olunan müalicə preparatları Rusiya istehsalıdır. Xəstəlikdən müalicə dövlət heabına aparılır. Amma preparatların effektivliyi zəifdir və bir çox yan təsirləri də var. Dünyada daha effektli, lakin çox bahalı dərmanlar var. Azərbaycanda hepatitdən öz hesabına özəl klinikalarda müalicə olunanlar da var”.
Baş infeksionist deyib ki, Azərbaycanda Hepatit B-yə qarşı mübarizə tədbirləri kifayət qədər yüksək səviyyədə aparılır: “Xüsusən bu növə qarşı peyvəndin aparılmasını qeyd etmək lazımdır. Peyvəndləmə anadan olan uşaqlar arasında aparılır və təqvim planına salınıb. Proses bütün uşaqları əhatə edir və bunun nəticəsidir ki, Hepatit B ilə xəstələnmə halları kəskin azalıb. İndiki dövrdə Hepatit B ilə xəstələnmə göstəricisi 30 il əvvəlki göstəricidən 24-25 dəfə aşağı düşüb. Bu, çox yaxşı nəticədir”.
C.İsayev vurğulayıb ki, Hepatit xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycanda ümumi qəbul edilmiş bir sıra profilaktik tədirlər həyata keçirilir: “Bu tədbirlərə xəstəxana və tibb müəssisələrində alətlərdən istifadə, onların dezinfeksiya olunmasına, birdəfəlik alətlərin istifadəsinə üstünlüyün verilməsinə nəzarət daxildir. Lakin bununla kifayətlənmək olmaz. Gözəllik salonları və digər bu kimi obyektlərdə də hepatit xəstəliyinin yayılmaması üçün profilaktik tədbirlər mütləq tətbiq olunmalıdır”.
Qeyd edək ki, C.İsayev Tbilisidə Ümumdünya Səhiyyə Təşkilatının Hepatit mövzusuna həsr olunmuş regional konsultativ görüşündə iştirak edir.


Paylaş



Bölmə: Sağlamlıq / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!