"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 16-07-2019, 12:05
Arıq qalmaq, eyni zamanda beynin yaxşı işləməsi üçün nə yeməliyik?
İdeal bədən quruluşunun arxasınca qaçan qadınlar bir çox hallarda orqanizmin tələbatını unudurlar. Odur ki, dietoloqlar həm kökəltməyən, həm də beyin funksiyasını inkişaf etdirən pəhriz proqramı hazırlamağı qarşısına məqsəd qoydu və MİND pəhriz sistemi yaradıldı.
Butov.az Publika.az-a istinadən bu yazıda oxuyucuları beynin idrak funksiyalarını qoruyan və metabolizmanı yaxşılaşdırmağa kömək edən qidalanma sistemi ilə tanış edib.
Elmi əsaslara söykənən MIND-pəhrizi və ya qidalanma sistemində 12 il ərzində 60 və daha yuxarı yaşlardan olan 1220 nəfər iştirak edib. Araşdırmalar göstərib ki, xüsusi qidalar qrupu demensiya (Demensiya latın dilindən ağılsızlıq mənasını verən söz olub, ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindromu deməkdir), alzheymer və digər psixonevroloji xəstəliklərin riskini azalda bilər. Bu qidalanma sistemi 25 yaşdan yuxarı hər kəsə, xüsusilə 40 sonra hər kəs üçün faydalıdır. MİND özündə Aralıq dənizi və DASH pəhrizinin əsas prinsiqlərini birləşdirir.

Ən faydalı qida
Araşdırmaçılar göstərib ki, MİND pəhrizi hüceyrələrə zərər verən və beyin məhsuldarlığını azaldan oksidləşdirici stressin yaranma ehtimalını böyük ölçüdə azaldır. Bu cür qidalanma sisteminə əməl etmək hər kəs üçün faydalıdır. Çünki yuxarıda dediyimiz kimi, o, özündə Aralıq dənizi və DASH pəhrizinin əsas prinsiplərini birləşdirir, həmçinin demansiyanın başlamasının qarşısını alır. Məşhur dietoloq Roxatqi iddia edir ki, zamanla belə pəhriz alzheymer və beynin koqnitiv funksilarının itməsi riskini azaldır.
“Yediyimiz hər bir qida birbaşa beyinə təsir edir. Yüksək şəkərli içkilərin tez-tez istifadəsi beynin zəifləməsinə və öyrənmək qabiliyyətinin zəifləməsinə səbəb ola bilər. Həmçinin hisə verilmiş ətlərdən qaçınmaq daha yaxşıdır. Onlara beyin üçün zəhərli olan yağları ifraz edən nitrozaminlər daxildir”, - deyə Apollo Xəstəxanasının baş dietoloqu və qidalanma şöbəsinin direktoru Priyanka Roxatqi qeyd edir.
Pendirləri (həftədə bir dəfədən çox olmalı deyil), qırmızı ət (maksimum həftədə 3 dəfə), qızardılmış (həftədə bir dəfən çox olmayaraq), eləcə də desertlər, dondurma və qənnadı məhsullarını məhdudlaşdırmağa dəyər.

Bəs gündəlik pəhrizə hansı qidalar daxil edilməlidir?

Paxla və mərcimək antioksidanlar və zülallarla zəngindir.
Bütün tərəvəzlər və göyərtilər folik turşusu, vitamin E, karotenoidlər və beyin fəaliyyətinə kömək edən flavonoidlərlə zəngindir.
Giləmeyvə - yaddaşın yaxşılaşdırılması və səmərəliliyinin artırılmasına kömək edir.
Qurudulmuş meyvə və qoz-fındıq, günəbaxan, balqabaq, qarpız və qovun tumu kombinasiyası xüsusilə faydalı olacaq. Belə bir qarışığı hazırlaya və salata əlavə edə bilərsiniz.
Balıq olar, lakin qızardılmış olmalı deyil.
Tam taxıl məhsulları: yulaf, buğda, qəhvəyi düyü, makaron və bütün buğda çörəyi. Gündəlik qəbul olunan qidanın ən azı 50%-ni təşkil etməlidir.
Toyuq və hinduşka zülalla zəngin qidalardır. Qayndaılmış və ya qovrulmuş halda yemək daha yaxşıdır.
O da çoxdan sübut olunub ki, cavanlığmız beynin düzgün fəaliyyətindən asılıdır. Odur ki, onu məntiqi əsaslarla qidalandırmaqla yanaşı, fəaliyyətini davam etdirmək üçün lazımlı mikroelementlərlə də təmin etmək lazımdır. Sağlam qidalar yeyin, məşq edin, təmiz havada daha çox vaxt gəzməyə çalışın. Bu zamanda sizin həm gözəl bədən quruluşunuz olacaq, həm də zehnini iti və güclü işləyəcək.


Paylaş



Bölmə: Sağlamlıq / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!