Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                       
Tarix : 4-04-2022, 12:50
Azərbaycanda ötən il qeydə alınan vərəmli xəstələrin sayı açıqlanıb
Azərbaycanda ötən il qeydə alınan ilkin vərəmli xəstələrin sayı açıqlanıb.

Butov.az-ın "Report"a istinadən məlumatına görə, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitunun direktoru Həqiqət Qədirova bildirib ki, ölkədə ilkin xəstələrin sayı 2 535 nəfər təşkil edir.

O qeyd edib ki, həmin xəstələrdən 1 467-si bakteroloji təsdiqlənmiş ilkin xəstələr, 555 nəfəri kliniki təsdiqlənmiş ilkin xəstələrdir: "İlkin vərəmli xəstələr arasında kişi xəstələrin sayı üstünlük təşkil edir (66,3 faiz). Yaş və cins üzrə bölgüyə gəlincə, ən çox xəstələnmə halı 18-29 yaş arasənda qeydə alınır. Onlar arasında 448-i kişi, 261-i qadındır. 0-14 yaş arasında 41 nəfəri kişi, 36-sı qadındır. 60 yaşdan yuxarı olanların 241-i kişi 146-sı qadındır".

İnstitut direktoru əlavə edib ki, ötən il ağciyər vərəmi ilə xəstələnmə halı 19,6 faiz, ağciyərdən kənar vərəmlə xəstələnmə halı isə ümumi xəstələrin 5,1 faizini təşkil edib: "2021-ci ildə uşaq və yeniyetmələrin vərəmlə xəstələnmə göstəricisi 191 nəfər olub. Ötən il 1 128 nəfər təkrar vərəmə yoluxub.

Dərmana davamlı vərəmdən müalicə bağlı 964 nəfər müraciət edib, 658 nəfərdə xəstəlik aşkarlanıb. İlkin xəstələrin 90 faizi İİV müayinəsindən, 98 %-i isə ART terapiyadan keçib. 2020-ci ildə vərəmdən 430 nəfər ölüb".


Paylaş



Bölmə: Sağlamlıq / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!