53 mindən çox şagird imtahan verdi .....                        Türkiyədə uçuşlar ləğv edildi .....                        Trampa qarşı etiraz aksiyası .....                        Ermənistanda rüşvət əməliyyatı - Məmurlar saxlanıldı .....                        Oğlum həbs edilməyib, yanımdadır - Şərurlu İsfəndiyar .....                        Prezidentin Təhlükəsizlik Xidmətinin şöbə rəisi işdən çıxarıldı .....                        Qazaxda 4 nəfər dəm qazından zəhərləndi .....                        Azərbaycanda zəlzələ oldu .....                        Ceyhun Bayramov Çavuşoğlunun atasının dəfn mərasimində - FOTO .....                       
Tarix : 29-07-2022, 10:03
Səhər yeməyində vacib qidalar hansılardır?

Səhər yeməyi hər zaman günün ən vacib yeməyi sayılır. Səhərlər vaxtında və keyfiyyətli qidalanmaq vacib şərtlərdən biridir. Çünki axşam yeməyindən sonra 8-12 saat ac qalan metabolizmanı canlandırmaq üçün səhər yeməyi mütləqdir. Həmçinin, o gün ərzində əlavə kalori qəbulunun qarşısını alır və beyin üçün lazım olan qlükozanı təmin etmək baxımından da əhəmiyyətli vərdişdir.

Bəs, səhər yeməyində əsas vacib qidalar hansılardır?

Butov.az Lent.az-a istinadən xəbər verir ki, ilk növbədə karbohidratlarla zəngin olan qidalara üstünlük vermək lazımdır. Çünki gün ərzində enerji üçün səhər yeməyinə mütləq karbohidrat olmalıdır. Taxıl tərkibli məhsullara üstünlük verilməlidir. Buna 1-2 dilim çörək və ya digər un məlumatlarını misal çəkmək olar.
Zeytun, pendir, yumurta və təbii bal kimi qidalar səhər yeməyinin vazkeçilməzidir. Menyunu zənginləşdirmək üçün bol vitaminli bibər, pomidor, xiyar kimi tərəvəzləri qəbul etmək lazımdır.

Səhər yeməyi süfrəsində qızardılmış və tərkibində kolbasa, sosiska kimi qatqılar olan işlənmiş qidalardan uzaq durmaq lazımdır.

Səhər yeməyində içilən qara çay maddələr mübadiləsi üçün faydalı olan qidalara mənfi təsir göstərir. Əgər çay çox istəyirsinizsə, bu zaman açıq rəngli və içinə limon dilimi əlavə olunmuş çay olsa daha məsləhətdir. Səhər yeməyində bu içkilərin qəbulu qan şəkərini yüksəldir.

Səhərlər mövsümə uyğun olaraq meyvə də yemək olar. Bu orqanizmi vitaminlərlə zənginləşdirmək üçün yaxşı yoldur. Meyvələri yaxşıca yuyub, sonra qabıqlı qəbul etmək tövsiyə edilir.

Səhər yeməyində uşaqlar üçün badam, fındıq və qoz ana südü qədər vacib sayılır. Bu qidalar qanda xolesterin səviyyəsini nizama salır və yüksək enerjili olduqları üçün uzun vaxt tox saxlayır.


Paylaş



Bölmə: Sağlamlıq / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!