Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 12-10-2017, 11:56
ABŞ-Türkiyə qalmaqalında Rusiya izi - ŞƏRH



Son günlər ABŞ-Türkiyə münasibətləri olduqca gərgin hal alıb. Tərəflər arasında diplomatik qalmaqal ötən həftə Türkiyədə ABŞ konsulluğunun əməkdaşı Metin Topuzun saxlanılmasından sonra baş verib. Rəsmi Ankara onu Türkiyədə baş verən dövlət çevrilişi cəhdinin təşkilində ittiham olunan Fətullah Gülənlə əlaqədə şübhəli bilir.


Lakin rəsmi Vaşinqton ittihamları qəbul etməyib. Hətta vəziyyət o həddə çatıb ki, oktyabrın 9-da Türkiyə və ABŞ arasında qeyri-immiqrasiya vizalarının qarşılıqlı verilməsi prosesi tam dayanıb.

İki NATO ölkəsinin münasibətləri nədən bu həddə qədər pisləşib? Problemdən çıxış yolu nədir?

Politoloq Qabil Hüseynli bildirib ki, iki NATO dövlətinin bir-biri ilə qarşıdurma şəraitinə gəlib çıxması anormal vəziyyətdir: “Bu proses birdən-birə yaranmayıb. Uzun müddət idi ki, ABŞ - Türkiyə münasibətləri soyumaqda idi. Burada birinci təkan FETÖ-nün ABŞ tərəfindən müdafiə edilməsi oldu. Bundan sonra Türkiyə siyasi oriyentasiyasını xeyli dəyişdi və Rusiya ilə ciddi surətdə yaxınlaşmağa başladı. Hətta NATO dövləti olmasına baxmayaraq, Türkiyə Rusiyadan müxtəlif növ silahlar almağa başladı. Bunu isə ABŞ qəbul etmir. Üstəlik də Rusiya və Türkiyənin birlikdə İdlibdə əməliyyatlara başlaması ABŞ-ı narazı salan məqamlardır. Bununla yanaşı ABŞ özü də Türkiyəyə ziyan verən hərəkətlər etdi. Kürd muxtariyyətinin yaradılmasında ABŞ-ın illeqal formada əlinin olduğu sübut olunub. Münasibətlər o halda pozulub ki, tərəflər bir-birinin ziyanına olan hərəkətləri etməkdən çəkinmirlər”.



Politoloq hesab edir ki, gərgin vəziyyəti düzəltmək üçün hər iki tərəf ciddi səy göstərməlidir: “Təəssüf ki, ABŞ tərfindən müdrik səylər gözləmək yersizdir. Türkiyə tərəfindən isə münasibətləri qaydaya salacaq cəhdləri gözləmək olar. Hər halda bunu güman edirəm. Bununla belə düşünürəm ki, viza ilə bağlı problem tezliklə qaydasına qoyulacaq. Amma, dövlətlərarası sistemin bərpası üçün hər iki tərəfdən ciddi cəhdlər edilməlidir. Əgər ABŞ təkəbbüründən, Türkiyə isə FETÖ ilə bağlı məsələləri çözməkdən imtina etsə, münasibətlər tədricən axarına düşə bilər”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, ABŞ Türkiyə ilə münasibətləri qəsdən gərginləşdirir:

“İkinci Dünya Müharibəsindən sonra ABŞ və Türkiyənin strateji müttəfiqliyi zərurətdən irəli gəlirdi. “Soyuq Müharibə” illərində ABŞ Türkiyəni SSRİ-dən qoruyurdu. Ona görə bu ölkədə nüvə başlıqları yerləşdirmişdi. Açıq demək lazımdır ki, 90-cı illərə qədər Türkiyə ABŞ-ın siyasətindən kənara çıxmırdı. Amma “Soyuq Müharibə bitdi. SSRİ çökdü. Türkiyə isə regionda əsas oyunçuya çevrilmək istədi. Son bir ildə isə ABŞ-Türkiyə münasibətlərdə müəyyən soyuqluq və gərginlik yaşanmağa başladı. Hazırda Türkiyə və ABŞ arasındakı münasibətlərdə çoxlu sayda gərginlik ocaqları var.

Birinci, ötən il Türkiyədə dövlət çevrilişinə cəhdin başında dayanan şəxsin hələ də ABŞ-ın Pensilvaniya ştatında rahat şəkildə yaşaması və fəaliyyət göstərməsi münasibətlərə ciddi təsir göstərir. ABŞ nəinki onu həbs edərək Türkiyəyə təhvil vermir. Əksinə Fətullah Gülən orada istədiyi şəxsləri qəbul edir, tapşırıqlarını verir.


İkinci məqam Suriya məsələsi ilə bağlıdır. Bu yaxınlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin sessiyasında amerikalı həmkarı Donald Trampla görüşmüşdü. Tramp həmkarına bildirdi ki, biz Türkiyənin mövqeyini yaxşı başa düşürük. Elə həmin gün ABŞ hərbi texnikasının PKK terror təşkilatının iki törəməsi YPG və PYD-yə necə silah daşıması ilə bağlı şəkillər yayıldı. Dəfələrlə Türkiyə bildirdi ki, düşmənlərinə silah verilməsin. Ancaq, ABŞ fərqli siyasət yürütdü və heç nə qazanmadı. Buna görə də Türkiyə Rusiya ilə əməkdaşlıq etməyə başladı. Hazırda Rusiya-Türkiyə əməkdaşlığı daha böyük vüsət alıb və ABŞ-ın Suriyada elə də böyük rolu qalmayıb. Əksinə Rusiya şərait yaratdı ki, Türkiyə ordusu İdlibə daxil olsun. Son hadisə - Türkiyədə Fətullah Gülənə bağlı insanların həbs ilə bağlıdır. Həbslər dalğasının bir ucu da ABŞ səfirliyinə və konsulluğuna çatıb və iki nəfər də həbs olunub. Sanki bunun acığına ABŞ viza verməkdən imtina edir. Əvvəlcə dedilər ki, bu, səfirin öz təşəbbüsü ilə baş verib. Təbii ki, inandırcı deyil, Səfir bu qədər böyük riskə gedərək iki ölkənin münasibətlərinin gərginləşməsinə səbəb olacaq addım ata bilməzdi. O zaman proqnozum belə idi ki, bu, Dövlət Departamentinin göstərişidir. Artıq bəllidir ki, səfir Vaşinqtonun təlimatı ilə bu addımı atıb. Bu, o deməkdir ki, ABŞ bilərəkdən Türkiyə ilə münasibətlərin gərginləşdirilməsinə çalışır. Bundan nə qazanacağı bəlli deyil. Çünki Türkiyə regionun açar dövlətidir. Doğrudur, Rusiya-Türkiyə əməkdaşlığı ABŞ-ı narahat edir. Əgər bu əlaqələr ABŞ-ı narahat edirdisə, əməkdaşlığın miqyasını azaltmaq, Türkiyəni özünə tərəf çəkmək üçün cəlbedici siyasət yürüdülməlidir. Əksinə Türkiyəni daha çox özlərindən uzaqlaşdırırlar. Bu, ABŞ-ın maraqlarına uyğun deyil. Reallıq budur ki, Türkiyə getdikcə qərbdən uzaqlaşır və Rusiya ilə yaxınlaşır”.

Politoloq hesab edir ki, ABŞ-Türkiyə əməkdaşlığında əmələ gələn dərin çatları bərpa etmək üçün ilk addım rəsmi Vaşinqton tərəfindən atılmalıdır: “Bunun üçün ABŞ Suriya siyasətinə göz gəzdirməlidir. Terrorçu kürdlərə dəstəyi dayandırmalıdır. Gülən məsələsinə aydınlıq gətirməlidir. Amma, ABŞ addım atmasa, Türkiyənin təkbaşına münasibətlərin istiləşməsinə yaşıl işıq yandırsın”.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!