Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                       
Tarix : 30-01-2019, 12:32
Azərbaycanlı jurnalist İtaliya mətbuatında Xocalıdan yazdı

Azərbaycanlı jurnalist Cavid Şahverdiyevin İtaliyanın tanınmış www.riverflash.it saytında Xocalı soyqırımı ilə bağlı geniş yazısı dərc edilib.
Butov.az Modern.az-a istinadən xəbər verir ki, yazıda Ermənistan ordusunun rus əsgərləri ilə birlikdə 1992-ci il 25-26 fevral tarixlərində Xocalıda törətdikləri vəhşiliklərdən bəhs edilib.
Xocalıda vəhşiliklə qətlə yerilən, itkin düşən, əsir götürülən və yaralanan soydaşlarımızla bağlı statistik rəqəmlər göstərilməklə yanaşı, öz kitabını qardaşı və terrorçu
Monte Melkonyana həsr etmiş Markar Melkonyan adlı erməni müəllifinin dəhşətli etirafları da yer alıb.
Yazı da həmçinin Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin davam etdirdiyi, işal etdiyi ərazilərdən çıxmadığı, əksinə hər gün atəşkəs rejimini pozduğu və hətta mülki azərbaycanlıları güllələdiyini də göstərilib.
Qeyd olunub ki, hər il bütün dünya azərbaycanlıları bu qırğını anır və 27 il əvvəlki dəhşətli gecədə baş verənlər barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaqda davam edir.
"Xocalıya ədalət!" Beynəlxalq kampaniyası səviyyəsində dünya ictimaiyyəti Xocalıda törədilən erməni vəhşilikləri ilə tanış olur. Vurğulanır ki, Ermənistan tərəfindən törədilmiş Xocalı hadisələri və digər cinayətlər bəşəriyyətə qarşı cinayət kimi hesab edilməlidir və bu cinayətlər beynəlxalq ictimaiyyət tərəfindən siyasi və hüquqi qiymət almalıdır.
BMT Təhlükəsizlik Şurasının işğal olunan Azərbaycan ərazilərindən Ermənistan Silahlı dəstələrin çıxarılması ilə bağlı qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməməsi, eyni zamanda Qərb və bir neçə beynəlzalq təşkilatların ermənilərin işğalçılıq siyasətinə göz yumması da azərbaycanlı jurnalistin yazısında qeyd edilib.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!