Pəhləvidən ABŞ-yə çağırış: İrana hərbi müdaxilə edin! .....                        TRIPP-in Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz reallaşacaq .....                        Marta Kos: Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı .....                        Prezident: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq .....                        İlham Əliyev Zelenski ilə görüşdü - FOTO .....                        ABŞ həmişə Avropanın övladı olacaq - RUBİO .....                        Fidan Qəzzanı idarə edəcək komitə üzvləri ilə görüşdü .....                        Azərbaycan Prezidenti: “Bizim sərhədlərimizdə sülh qurulur” .....                        İlham Əliyev: "Xəzərin dibi ilə fiber-optik layihə hazırlanır" .....                       
Tarix : 26-02-2019, 11:21
Səməd Seyidov AŞPA-ya görə Parisə gedir
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov qurumun komitə iclaslarında iştirak etmək üçün fevralın 27-də Fransanın paytaxtı Paris şəhərinə səfərə yola düşəcək.
Butov.az Azvision.az-a istinadən xəbər verir ki, hüquqi məsələlər və insan hüquqları Komitəsində “Çirkli pulların yuyulmasına qarşı mübarizə” mövzusunda məruzə dinləniləcək. Avropa Şurasına üzv dövlətlərdə QHT-lərin fəaliyyəti, insan hüquqları ilə bağlı alt komitənin Helsinkidə keçirilmiş iclası, Mərakeş parlamenti ilə demokratik səviyyədə əməkdaşlıq və s. barədə fikir mübadiləsi aparılacaq. Avropada insanların narkotikdən yayındırılması məqsədilə aparılan hüquqi maarifləndirməyə dair ilkin təlim keçiriləcək.
Siyasi işlər və demokratiya Komitəsinin iclasında “AŞ PA-nın rolu və missiyası” məsələsi gündəmdə olacaq. “Davamlı inkişaf - 2030” proqramı çərçivəsində BMT ilə əməkdaşlığa nəzər salınacaq. Suriyadakı vəziyyət və onun qonşu dövlətlərə təsiri müzakirə olunacaq. Beynəlxalq terrorizmlə bağlı bu ilin aprelində Sankt-Peterburq şəhərində keçirilməsi nəzərdə tutulan konfransla bağlı fikir mübadiləsi aparılacaq.
İclaslarda deputatımız müzakirəyə çıxarılan bu və digər məsələlərə münasibətdə Azərbaycanın mövqeyini ifadə edəcək.
Səfər martın 6-da başa çatacaq.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!