Budapeştdə daha iki medal - FOTO .....                        Ərdoğandan Kiprlə bağlı çağırış .....                        Hakan Fidan suriyalı həmkarı ilə danışıqlar apardı .....                        Kürdə batan var .....                        Bakının tərəf müqabili Qum deyil, Tehrandır! .....                        Media Forumunun iştirakçıları Xocalıda - FOTO .....                        Qalmaqallı görüntüləri yayılan şirkət rəhbəri İSTEFA VERDİ .....                        Xocalıya qayıdacaq insanların sayı açıqlandı .....                        Piyadanı maşın vurdu - Tıxac yarandı .....                       
Tarix : 16-05-2017, 19:00
MM üzvləri AŞPA komitələrinin iclaslarında iştirak edəcəklər

Milli Məclisin deputatları Vüsal Hüseynov və Müslüm Məmmədov Avropa Şurası Parlament Assambleyasının Hüquqi işlər və insan haqları komitəsinin iclasında iştirak etmək üçün mayın 17-dən 19-dək Serbiyanın paytaxtı Belqradda səfərdə olacaqlar.
Butov.az xəbər verir ki, MM-dən APA-ya verilən məlumata görə, toplantıda Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası, Avropa Şurasına üzv ölkələrdə qanun aliliyinə yeni hədələr, Avropa İnsan hüquqları konvensiyasına riayət edilməsi ilə bağlı məruzələr dinləniləcək.
Tədbirdə deputat Vüsal Hüseynov “Ölüm cəzası və işgəncələr üçün istifadə edilən avadanlıqların ticarətinə qarşı beynəlxalq qanunvericiliyin gücləndirilməsi” mövzusunda məruzə ilə çıxış edəcək.
Deputat Sahibə Qafarova isə AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya daimi komitəsinin iclasında iştirak etmək üçün mayın 17-dən 20-dək İtaliyada səfərdə olacaq. Milan şəhərində keçiriləcək komitə iclasında Avropada milli azlıqların vəziyyəti, irqçilik, cinsi azlıqlara qarşı diskriminasiya, qadınlara qarşı zorakılıq və insan alveri ilə mübarizənin strategiyası, qaçqınların cəmiyyətə inteqrasiyası, üzv ölkələrdə bu sahədə mövcud olan neqativ halların qarşısının alınması barədə fikir mübadiləsi aparılacaq.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!