Bakıda 10 marşrutun hərəkət sxemi dəyişdirilir .....                        Lvovda binalara zərbələr endirilib, yaralananlar var .....                        Bakıda bu YOLLAR BAĞLANACAQ .....                        Salyanda minik və yük avtomobili toqquşub, xəsarət alanlar var .....                        Qazaxda 2 ha qamışlıq yandı-VİDEO .....                        Qəbələdə 50 yaşlı kişi dağlıq ərazidə yıxıldı, FHN köməyə gəldi - VİDEO .....                        Azərbaycan-Portuqaliya oyununun hakimləri açıqlanıb .....                        Zakir Həsənov müalicə olunan hərbi qulluqçuları ziyarət etdi .....                        Rusiyadan 17 milyon dollarlıq şirniyyat alınıb .....                       
Tarix : 2-04-2019, 12:27
Milli Məclisdə erməni əsirliyində olan girovların azad olunması məsələsi müzakirə olunub
Milli Məclis sədrinin müavini Bahar Muradova Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera ilə görüşüb.
Bu barədə Milli Məclisdən məlumat verilib.
Qonağı salamlayan Bahar Muradova bildirib ki, Azərbaycan BQXK ilə əməkdaşlığa böyük önəm verir.
“Uzun illərdir ki, bu təşkilat qarşıda dayanan vəzifələrin həyata keçirilməsi üçün şəffaf fəaliyyət göstərir. Əməkdaşlığımız həm təşkilatın dəyərlərinə, həm də Azərbaycanın maraqlarına uyğun şəkildə davam edir”,- o, qeyd edib.
Qarşılıqlı görüşlərin intensivliyinin artırılmasının vacibliyini qeyd edən Milli Məclis sədrinin müavini ermənilərin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyev üçün keçirdikləri narahatlığa görə BQXK-nə təşəkkürünü bildirib. Qeyd edib ki, biz əsirlikdə yaşayan bütün insanların azad edilməsinin tərəfdarıyıq.
Söhbət zamanı Bahar Muradova Ermənistanla təmas xəttində yaşayan Azərbaycan vətəndaşlarının problemlərinin həlli, ermənilərin girov götürdüyü Elvin İbrahimovun azad edilməsi üçün BAXK-nin Azərbaycandakı nümayəndəliyi ilə birgə göstərilən səylərin daha da artırılmasının vacib olduğunu vurğulayıb.
Xoş sözlər üçün təşəkkürünü bildirən BQXK-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera qurumun ölkəmizlə yaxşı əməkdaşlıq qurduğunu, parlamentlə də qanunvericilik istiqamətində uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O, bu faydalı əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini bildirib. Qonaq onu da diqqətə çatdırıb ki, onlar girov götürülmüş şəxslərə mütəmadi olaraq baş çəkir, onların sağlamlıqları ilə maraqlanır və ailələrinə məlumat verirlər.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!