Türkiyə Ordusunun Quru Qoşunları komandanı Naxçıvana gəldi .....                        Bələdiyyələrin məlumatları vahid informasiya sisteminə ötürüləcək .....                        İranla müharibə tezliklə bitəcək - Tramp .....                        Kərim Vəliyev serbiyalı həmkarı ilə təhlükəsizlik məsələlərini müzakirə etdi .....                        İYİ Partiya sədri: Azərbaycanla aramıza nifaq toxumu səpməyə çalışırlar .....                        Koşta Bakı-Naxçıvan dəmir yolu layihəsinin əhəmiyyətindən danışdı .....                        Təhsilin rəqəmsallaşmasına 3 milyon ayrıldı .....                        İran yığması Dünya Çempionatında iştirak etməyəcək .....                        İspaniya səfirini geri çağırdı - İsraildən .....                       
Tarix : 19-05-2016, 17:50
Dilqəm Əsgərovla Şahbaz Quliyevin azad edilməsi ilə bağlı növbəti müzakirə



Milli Məclis sədrinin müavini Bahar Muradova Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisinin rəhbəri Yelena Aymone Sessera ilə görüşüb.

Butov.az xəbər verir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanın bütün beynəlxalq təşkilatlarla, o cümlədən BQXK ilə əməkdaşlığa böyük önəm verdiyini deyən B. Muradova bildirib ki, bu əməkdaşlıq həm təşkilatın dəyərlərinə, həm də Azərbaycanın maraqlarına uyğun şəkildə davam edir.

O qeyd edib ki, Ermənistanla təmas xəttində yaşayan Azərbaycan vətəndaşlarının problemlərinin həllində BQXK-nın göstərdiyi səylər təqdirəlayiqdir.

B. Muradova ermənilərin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələyə toxunaraq, bu istiqamətdə BQXK-nın Bakı ofisi ilə birgə göstərilən səylərin daha da artırılmasının vacib olduğu vurğulayıb: “ Təəssüflər olsun ki, onların azad edilməsi üçün hələ də ciddi addım atılmayıb”.

Y. Sessera isə Azərbaycanla faydalı əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib. O bildirib ki, BQXK münaqişə zonasında yaşayan insanlara köməklik göstərməyə həmişə hazırdır. Y. Sessera Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə həyata keçirdikləri müxtəlif layihələri, ANAMA-nın münaqişə zonasındakı səmərəli fəaliyyətini yüksək qiymətləndirib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!